Azərbaycan Ali Məhkəməsinə sədr müavini və məhkəmə kollegiyalarına sədr, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarına sədr və bəzi birinci instansiya məhkəmələrinə sədrlər təyin edilib. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Ali Məhkəməsi üzrə: – Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini; – Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri; – Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri; – Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri; – Sənan Firudin oğlu Hacıyev…
Daha çoxDay: May 6, 2025
Bəzi rayonlara leysan, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
Bəzi rayonlara leysan, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
Daha çox“Qırmızı Körpü” gömrük postunda 450 avtomobil gözləyir”
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 450avtomobil gözləyir. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 98, Biləsuvar gömrük postunda 125, Mazımqara gömrük postunda 15, Samur gömrük postunda 87 yük maşını var. Məlumata görə, hazırda Xanoba gömrük postunda gözləyən avtomobil yoxdur. AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.
Daha çoxAzərbaycan və Pakistan arasında gömrük sahəsində Anlaşma Memorandumu təsdiqlənib
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Gömrük Xidməti (Federal Gəlirlər Şurası) arasında ilkin elektron məlumat mübadiləsinin yaradılması haqqında Anlaşma Memorandumu”nu təsdiq edib. SİA xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsaəsn, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfə bildiriş göndərməlidir.
Daha çoxTürkmənistandan Azərbaycana pomidor idxalına məhdudiyyət qoyulub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Türkmənistandan idxal edilən pomidor məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. Bu barədə SİA-ya AQTA-dan məlumat verilib. Bildirilib ki, nümunələrin laborator müayinəsi nəticəsində 11 məhsul partiyasında pomidor meyvələrinin qonur qırışıqlıq virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb. Faktla bağlı məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib. Hazırda aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, Türkmənistandan pomidor idxalına müvəqqəti qadağa qoyulub, Türkmənistanın müvafiq qurumuna virus aşkarlanmış təsərrüfatda sağlamlaşdırıcı tədbirlərin görülməsi barədə…
Daha çoxBelarusun Baş naziri Ağdamın Sarıcalı kəndində bərpa işlərinin gedişi ilə tanış olub
Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycanın Ağdam rayonunun Sarıcalı kəndində olub. SİA-nın məlumatına görə, A.Turçin bu kənddə işğaldan azad edilmiş ərazilərdə bərpa prosesi ilə şəxsən tanış ola bilib. Birinci mərhələdə Ağdam rayonunun Sarıcalı kəndinə 895 nəfərin (203 ailə) köçürülməsi planlaşdırılır. Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndində yeni inşa edilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə tanış olublar.
Daha çox“Din alimləri arasında birmənalı qarşılanmır”
Yaslarda və dəfn mərasimində ölünü dəfn edərkən, onu son mənzilə yola salarkən musiqi sədaları altında dəfn etmək İslam dini baxımından müzakirə edilərkən, əsas meyar Qurani-Kərim, Sünnə və alimlərin fətvaları olur. Mərasimlərdə musiqi istifadəsi, xüsusilə də yas və dəfn mərasimlərində, din alimləri arasında birmənalı qarşılanmır”. Bu sözləri SİA–ya açıqlamasında Neftçala şəhəri “Sahib Əzzaman” məscidinin imamı, dini və ictimai xadim Qorxmaz Paşayev deyib. Onun sözlərinə görə, ənənəvi İslam fiqhində yas mərasimində musiqi sədalarının səsləndirilməsi məkruh (bəyənilməyən) və ya haram hesab edilir: “Yas, əsasən təvəkkül, dua, Quran oxunuşu və mərhum üçün rəhmət diləmək…
Daha çoxBelarusun Baş naziri Ağdamda aqroholdinqin tikintisi ilə tanış olub
Belarusun Baş naziri Aleksandr Turçin Ağdam rayonunun Qızıl Kəngərli kəndinə səfəri çərçivəsində burada inşa olunan aqroşəhərciklə tanış olub. SİA-nın verdiyi məlumata görə, layihə Belarus hökuməti tərəfindən həyata keçirilir və iri aqroholdinqin yaradılmasını, heyvandarlıq, quşçuluq və tərəvəzçiliyin inkişafını nəzərdə tutur. Müəssisənin 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində Ağdam rayonunda 420 ailə üçün yaşayış məntəqəsi də inşa ediləcək. Qarabağ iqtisadi rayonunda aqroşəhərciyin tikilməsi təşəbbüsü Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ildə Azərbaycana etdiyi dövlət səfəri zamanı irəli sürülüb.
Daha çoxHikmət Hacıyev İran XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri (IPIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə ilə görüşüb. SİA xəbər verir ki, görüş çərçivəsində ikitərəfli münasibətlər və beynəlxalq məsələlər barədə müzakirələr aparılıb.
Daha çoxAzərbaycan və Pakistan arasında hərbi-texniki sahələrdə əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
Azərbaycan və Pakistan arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi müzakirə olunub. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov “X”də yazıb. Diplomat müzakirə Pakistanın müdafiə istehsalı üzrə federal naziri Muhammad Raza Hayat Harraj ilə görüş çərçivəsində baş tutub.
Daha çox