…2023-cü ildə baş verən zəlzələ zamanı doğmalarını itirən iki müəllim Türkiyənin Qaziantep şəhərində toy ediblər. SİA-nın məlumatına görə, Nurdağı məktəbinin direktoru 46 yaşlı Mehmet Aydın 42 yaşlı bədən tərbiyəsi müəllimi Ayşə Örzdemirlə evlənib. Zəlzələ zamanı yeni evlənənlərin hər biri bütün ailəsini itiriblər. Mehmet 72 saat dağıntılar altında qalıb. Həyat yoldaşı və iki uşağı dünyasını dəyişib. Ayşə də ərini və iki uşağını itirib. Onların yolları zəlzələdən zərər çəkmiş təhsil işçilərinə mükafatların təqdim olunduğu 2024-cü ildə Müəllimlər Günü münasibətilə keçirilən tədbirdə kəsişib. Mehmetlə Ayşə görüşüb, itki kədəri onları bir-birinə daha da yaxınlaşdırıb,…
Daha çoxDay: May 6, 2025
“Heydər Əliyev sosial siyasəti prioritet istiqamətlərdən biri olaraq müəyyən etmişdir”
“Heydər Əliyevin müasir dövlətçilik siyasətinin başlıca prinsipi “dövlət xalq üçündür” ideyasıdır. Ümummilli liderin müəllifi olduğu Konstitusiyamızda bu ideyanın sosial mahiyyəti bariz şəkildə öz təsdiqini tapmışdır. Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövlətinin daxili siyasətində, sosial ədalət, sosial rifah, sosial müdafiə xətti həmişə prioritet istiqamət kimi müəyyən olunur. Heç təsadüfi deyildir ki, bizim dövlət büdcəmizdə sosial xərclərin payının 30%-dən yuxarı olması artıq ənənə halını almışdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib. Musa Quliyev sözlərinə belə davam edib: “Müstəqil Azərbaycanın dövlət quruculuğu və inkişafı strategiyasını müəyyən edərkən Ümummilli lider Heydər Əliyev…
Daha çoxBelarusun Baş naziri Ağdama gəlib
Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Füzuli rayonundan sonra Ağdama gəlib. SİA xəbər verir ki, səfər proqramına Ağdam Sənaye Parkı və rayonun Qızıl Kəngərli kəndində icra olunacaq aqroşəhərcik layihəsi ilə tanışlıq daxildir. Qeyd edək ki, Azərbaycan və Belarus arasında 2024-cü il oktyabrın 3-də imzalanmış sənədlərdə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulub.
Daha çoxAzərbaycanda vergi ödəyiciləri üçün yeni elektron xidmət istifadəyə verilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidmətini istifadəyə verib. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, yeni elektron xidmət Nazirlər Kabinetinin təsdiqlədiyi “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları”na uyğun olaraq yaradıkıb, Dövlət Vergi Xidmətinin inzibati yükünü artırmadan onun informasiya sistemlərində vergi ödəyicisinə aid kommersiya və vergi sirri təşkil edən məlumatların ötürülməsinə, yaxud idarə edilməsinə imkan verir. Elektron xidmətdən istifadə gücləndirilmiş elektron imza vasitəsilə vergi ödəyicilərinin vergi orqanlarında olan elektron kabinetləri üzərindən həyata keçirilir. Bu zaman…
Daha çoxPolisə “daş atmaq” kimlərin marağındadır? ANALİZ
Polisə “daş atmaq” kimlərin marağındadır? ANALİZ
Daha çoxBelarusun Baş naziri Ağdam Sənaye Parkında olub
Belarusun Baş naziri Aleksandr Turçin Ağdam Sənaye Parkını ziyarət edib. SİA-nın məlumatına görə, Belarus hökumətinin başçısı parkın fəaliyyəti və rezidentləri ilə tanış olub. Hazırda 27 sahibkarlıq subyekti parkın rezidenti, daha 5-i isə qeyri-rezidentidir. Parkda həyata keçirilən layihələrə investisiya qoyuluşu 148 milyon ABŞ dolları məbləğində qiymətləndirilir ki, bu da 2100-dən çox iş yerinin yaradılmasına imkan verəcək. İnvestorlar tərəfindən artıq 66 milyon ABŞ dolları sərmayə qoyulub, 649 iş yeri yaradılıb. Hazırda parkda 9 müəssisə fəaliyyət göstərir. Bundan əlavə, 10-dan çox yeni müəssisənin tikintisi həyata keçirilir. Qeyd edək ki, Ağdam Sənaye Parkı Azərbaycan…
Daha çox“Mətbuat prinsip etibarı ilə özünəməxsus cəmiyyətin süzgəcidir”
“Mətbuatımızın qarşıdan gələn 150 illiyi ölkəmizin ictimai-siyasi, mədəni həyatında çox böyük hadisədir. Prezident İlham Əliyev bu məsələni layiqincə dəyərləndirir və bilir ki, bu bütün cəmiyyətlə qeydolunası bir tədbir olmalıdır. Digər tərəfdən bu yubileyin özü xalqımızın həyatında böyük rol oynaya biləcək bir hadisədir. Çünki biz mətbuatımızın bayrağını hər zaman uca tutmalıyıq. Həmçinin bani atalardan bizə qalan böyük bir miras var. Biz onu dəyərləndirməli, yaddan çıxarmalı deyilik. Təbii ki, dövlət başçısı bu məsələni qabardaraq məhz bu sərəncamı imzalayıb və bildirir ki, bu tədbir yüksək səviyyədə keçirilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq…
Daha çoxAllahşükür Paşazadə Türkiyəyə səfər edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək. SİA xəbər verir ki, səfər Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə baş tutacaq. QMİ sədri mayın 7-8-də İstanbulda keçiriləcək 28-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edəcək. Vəqfin 40-cı ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrini təmsil edən dövlət rəsmiləri, nüfuzlu din xadimləri, siyasətçilərin iştirak edəcəyi zirvədə Şeyxülislam Allahşükür Paşazadə fəxri qonaq kimi iştirak və çıxış edəcək.
Daha çox“Bakı Minsk Ticarət İqtisadiyyat Evi” ləğv olunur
“Bakı Minsk Ticarət İqtisadiyyat Evi” MMC ləğv olunduğunu elan edib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Gürgan qəsəbəsi, İlqar Məcidov küçəsi, ev 42, mənzil 1 ünvanına bildirə bilərlər. Xatırladaq ki, “Bakı Minsk Ticarət İqtisadiyyat Evi” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır.
Daha çoxBaş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirilib
İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə media nümayəndələri ilə yanaşı, prokurorluq əməkdaşları və tələbələr də iştirak ediblər. Tədbirdə bildirilib ki, informasiya texnologiyalarının sürətli inkişafı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində cinayət təqibi orqanlarının, media subyektlərinin və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrin qurulmasını və birgə layihələrin həyata keçirilməsini labüd edir. Bu səbəbdən media subyektləri və vətəndaş cəmiyyəti institutları ilə Baş Prokurorluq müntəzəm əlaqədədir, müasir çağırışlara cavab verən tədbirlər keçirilir. Növbəti layihə mayın 6-da Baş Prokurorluğun Mətbuat xidməti…
Daha çox