“İki ölkə arasında mehriban qonşuluq, dostluq münasibətləri inkişaf edəcək”

“İran və Azərbaycan arasında münasibətlər əvvəlki dövrlərdə ziddiyyətli, problemli olsa da, yeni dövrdə münasibətlərdə yeni bir mərhələ başlanılmışdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib. Onun sözlərinə görə, bu da İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra daha aydın şəkildə müşahidə olunur: “Keçirilən biznes forum, verilən açıqlamalar, mesajlar, bəyanatlar, ikitərəfli münasibətləri daha da möhkəmləndirməyə yönəlmişdir. Hesab edirəm ki, qarşıdakı dövrdə Bakı və Tehran arasında münasibətlər daha da dərinləşəcək. Artıq bunun işartıları var. Bunun ilkin nəticələri göz qabağındadır. Bank Melli İranın yenidən fəaliyyətə başlaması da bunun bir nümunəsi…

Daha çox

Belarus Baş naziri Füzuli şəhərinə gəlib

Belarus Baş naziri Aleksandr Turçin Azərbaycana səfəri çərçivəsində Füzuli şəhərinə gəlib. Bu barədə SİA xəbər verir. A.Turçin Füzuli Beynəlxalq Aeroportunda qarşılanıb. Qonağa Füzuli Beynəlxalq Hava Limanı haqqında məlumat verilib. Bildirilib ki, 2021-ci ildə istifadəyə verilən hava limanı rekord müddətdə – təxminən 9 aya tikilib. Füzuli Beynəlxalq Hava Limanı bu gün təkcə nəqliyyat qovşağı deyil, həm də Qarabağ regionunun əlçatanlıq və inkişaf simvoludur. Qarabağın hava qapısı olan Füzuli Beynəlxalq Aeroportu bölgənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir.

Daha çox

Qadının geyimi, yoxsa üzündəki ifadə önəmlidir?

Sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyevin SİA-ya müsahibəsini təqdim edirik: – Geyim əxlaq ölçüsü sayıla bilər? – Bu mövzu bizim əxlaqi dəyərlərimizə, milli-mənəvi, mental dəyərlərimizə ciddi zərbə vuran məsələlərdir. Son dönəmlər, əsas da son 30 ildə böyük şirkətlər məhsulların satışı üçün müxtəlif marketinq üsullarına əl atırlar. Bu məqsəd birbaşa məhsulun satışının artımına xidmət edir. Burada təəssüfləndirici məqam ondan ibarətdir ki, bəzi kriteriyalar gözlənilməlidir. Ələlxüsus da müsəlman ölkələrində, türk dövlətlərində, Qafqaz dövlətlərində riayət edilməlidir. Onlara riayət edilmir. Riayət olunmayan, reklam kriteriyalarını aşan səbəblərdən biri də gənc qadınların bu satışı…

Daha çox

İtaliyanın “Eni” şirkəti və Azərbaycan enerji sahəsində əməkdaşlığı müzakirə edib

İtaliyanın “Eni S.p.A” şirkəti və Azərbaycan enerji sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Eni”nin prezidenti Cüzeppe Zafarana ilə görüş keçirdim. Söhbət zamanı bu şirkətin Azərbaycan və İtaliya arasında qarşılıqlı faydalı enerji əməkdaşlığının inkişafında iştirakının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb”, – diplomat qeyd edib.

Daha çox

Belarusun Baş naziri Zəfər parkını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Bakıdakı Zəfər parkını ziyarət edib. SİA xəbər verir ki, yüksək qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Belarusun Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44…

Daha çox

Antalyanın möcüzəli təbiəti və mədəniyyət xəzinələri

Türkiyə Rivierasında yerləşən gözəl Antalya şəhəri ilboyu istirahət üçün ən yaxşı istiqamətlərdən biri hesab olunur. Mülayim iqlimi, möhtəşəm sahil xətti, qədim abidələri və dünya səviyyəli kurortları ilə tanınan bu şəhər öz gözəlliyi ilə turistləri valeh edir. Lakin Antalyanın daha az tanınan, turizm izdihamından uzaq, sanki cənnəti xatırladan məkanları da var ki, hətta ən təcrübəli turistləri belə heyrətləndirə və valeh edə bilər. Bu gizli incilər sizə təbiəti, mədəniyyəti və tarixi fərqli və orijinal bir şəkildə yaşamaq imkanı verir, Antalyanın tamam başqa bir üzünü tanımağa şərait yaradır. Antalyanın ən gözəl məkanlarını sizə…

Daha çox

Azərbaycan Prezidenti Belarusun Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçini qəbul edib. SİA xəbər verir ki, dövlətimizin başçısı Azərbaycanla Belarus arasında əlaqələrin möhkəm dostluğa və qarşılıqlı etimada əsaslandığını qeyd edərək, Aleksandr Turçinin Baş nazir vəzifəsinə təyin olunmasından sonra ilk səfərlərindən birini Azərbaycana etməsinin məhz ölkələrimiz arasında olan sıx tərəfdaşlıq münasibətlərinin mahiyyətindən xəbər verdiyini dedi. Prezident İlham Əliyev Azərbaycanla Belarus arasında mövcud siyasi əlaqələrin ruhuna uyğun olaraq iqtisadi-ticari münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Aleksandr Turçin, ilk növbədə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident…

Daha çox

Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş idman festivalı keçirilib

Bu gün “OCEP” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman festivalı keçirilib. SİA-nın verdiyi məlumata görə, 6 may tarixində Bakı şəhəri 7 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə hazırlanmış festivalda Milli Olimpiya Komitəsinin nümayəndələri, Niderlandın Azərbaycanda fövqaladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndələri və valideynlər iştirak ediblər. Festivalda Ulu Öndər haqqında hazırlanmış stendlər, idman oyunları və şagirdlərin rəsm işləri nümayiş olunub. Festivalda ilk olaraq Azərbaycan Respublikasının dövlət himni səsələndirilib və daha sonra festival açıq elan olunub. Festivalda xüsusi milli rəqslərimiz…

Daha çox

Bakıda kibertəhlükəsizlik konfransı keçiriləcək

Bu il oktyabrın 9-10-da “Bakı Konqres Mərkəzi” MMC-də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin təşkil etdiyi “Critical Infrastructure Defense Challenge 2025” (CIDC-2025) tədbiri çərçivəsində kibertəhlükəsizlik konfransı keçiriləcək. SİA rəsmi açıqlamaya istinadən xəbər verir ki, konfrans iştirakçıları qlobal kibermühitdə süni intellekt, “deepfake”, “Zero Trust” kimi yeni texnologiyaların tətbiqi, real insidentlərin təhlili, informasiya təhlükəsizliyi bazarının inkişaf perspektivləri və s. kimi kiberməkandakı problemlərlə bağlı təqdimat və panel müzakirələrdə iştirak edəcək, eləcə də ekspertlərdən real tövsiyələr əldə edəcəklər. CIDC-2025 çərçivəsində həmçinin “Ağıllı şəhərlərdə kibermüharibə” adlı təlim-məşqlər keçiriləcək. Məqsəd virtual…

Daha çox