CASCFEN “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsinin icrasına başlayıb “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. Bu barədə SİA-ya CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyan layihənin icrası 01.05.2025 – 30.09-2025-ci il tarixlərini əhatə edir: “Ortaq dəyərlərimizi bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz…
Daha çoxDay: May 6, 2025
“Məsələnin Rusiya tərəfindən ciddi araşdırılmasını gözləyirik”
“Azər Badamovun yaşadığı bu hadisədən olduqca təəssüflənirik. Azər Badamov hakim Yeni Azərbaycan Partiyasının üzvüdür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Azər Badamov həmçinin Rusiya ilə Dostluq Qrupunun üzvüdür: “Hər zaman öz çıxışlarında və fəaliyyətində Azərbaycanın qonşu dövlətlərlə münasibətinin inkişafına dəstək verən fikirlər bildirib. Moskva Hava Limanında Azər Badamova qarşı olan münasibət heç də ürəkaçan olmadı. Hesab edirəm ki, Rusiya rəsmi hakimiyyət orqanları bu məsələni araşdırıb müvafiq izahat verəcəklər. Azərbaycan və Rusiya qonşu dövlətlərdir. Bir-birilərinə həmişə hörmətlə yanaşıblar. Belə məsələlərdə kifayət qədər həssas olmaq lazımdır.…
Daha çoxBaş prokuror Qobustanda vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev Qobustan rayonunda vətəndaşları qəbul edəcək. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Belə ki, Kamran Əliyev mayın 13-də saat 10:00-da Qobustan rayon prokurorluğunun inzibati binasında Qobustan, Şamaxı və Ağsu rayon sakinlərinin qəbulunu keçirəcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Qobustan rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki…
Daha çoxBelarusun Baş naziri Fəxri xiyabanı ziyarət edib
Belarus Respublikasının Baş naziri Aleksandr Turçin mayın 6-da Fəxri xiyabana gələrək xalqın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.
Daha çoxNaxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri təyin edilib
Naxçıvan Muxtar Respublikasına (MR) yeni iqtisadiyyat naziri təyin olunub. SİA xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin mayın 6-da keçirilən növbəti sessiyasında Kazim Hüseynəliyevin muxtar respublikanın iqtisadiyyat naziri təyin olunması haqqında qərar qəbul edilib.
Daha çoxEvlənərkən ayrı yaşamaq məsuliyyətdən qaçmaqdır?
“Evlənərkən ayrı yaşamaq məsuliyyətdən qaçmaqdır? Bu sualın cavabı cəmiyyətin və ailələrin dəyərlərinə görə dəyişə bilər. Amma psixoloji baxımdan yanaşsaq, evləndikdən sonra cütlüyün ayrıca evdə yaşaması daha çox məsuliyyəti öz üzərinə götürmək deməkdir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Zeynəb Eyyubova sözlərinə belə davam edib: “Çünki ayrı yaşamaq o deməkdir ki, artıq gənc ailə maddi, mənəvi və sosial olaraq öz həyatına özü cavabdeh olur. Onlar gündəlik xərcləri idarə etməli, evin qayğısını çəkməli, birgə qərarlar qəbul etməli və ortaya çıxan hər hansı problemi valideyn dəstəyi olmadan birlikdə həll etməlidirlər. Bu…
Daha çoxKomitə sədri “20-ci BMT Vesak Günü” münasibətilə keçirilən tədbirdə çıxış edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vyetnamın Ho Şi MİN şəhərində “20-ci BMT Vesak Günü” münasibətilə keçirilən tədbirin açılış mərasimində iştirak edib. SİA xəbər verir ki, tədbirdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin videomüraciəti təqdim olunub. Dövlət Komitəsinin sədri dinin ictimai həyatdakı və beynəlxalq münasibətlərdəki rolunun düzgün müəyyənləşdirilməsi, dinin siyasi məqsədlər üçün istifadəsinin qarşısının alınması və sivilizasiyalararası əməkdaşlığın gücləndirilməsinin vacibliyi barədə danışıb. O bildirib ki, müasir dünyada mürəkkəb sosial və siyasi proseslər baş verir: “Etnik və dini zəmində qarşıdurmalar, irqçilik, dini radikalizm və ksenofobiya kimi hallar…
Daha çoxXocalı və Ağdərəyə 2 min 73 nəfər qayıdıb
2026-cı ilin sonunadək “Böyük Qayıdış” proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min keçmiş məcburi köçkünun Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. SİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bugünədək Xocalı şəhərinə 341 nəfərdən ibarət 85 ailə, Xocalının Ballıca kəndinə isə 172 ailə – yəni 811 nəfər köç edib. Ümumilikdə Xocalıda 1152 nəfər məskunlaşıb. Təkcə Xocalıya deyil, Ağdərəyə də köç davam edir. Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə – 238 nəfər, Suqovuşan kəndinə 180 ailə – 592 nəfər,…
Daha çoxAzərbaycan və İranın beyin mərkəzləri Anlaşma Memorandumu imzalayıblar
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. SİA xəbər verir ki, sənəd “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusundakı tədbir çərçivəsində imzalanıb. Memoranduma əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub. Sənəd BMTM-in İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev və İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırm alar Mərkəzinin rəhbəri (IPIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə tərəfindən imzalanıb.
Daha çoxİlham Əliyev Belarusun Baş nazirini qəbul edib – FOTOLAR
İlham Əliyev Belarusun Baş nazirini qəbul edib – FOTOLAR
Daha çox