Hindistan Ordusu “Sindoor əməliyyatı”na başladığını elan edib. SİA-nın məlumatına görə, Reuters agentliyinin jurnalisti İdris Əli bildirib ki, Hindistan hakimiyyəti Pakistandakı “terrorçu” infrastruktura hücuma keçdiklərini açıqlayıb. Hindistan səlahiyyətliləri “Sindoor əməliyyatı” çərçivəsində doqquz yerə hücum etdiklərini bildiriblər. “Ədalət zəfər çaldı. “Jai Hind!” – bu, Hindistan ordusunun mətbuat xidmətinin öz X səhifəsində dərc etdiyi yazıdır. Pakistan Müdafiə Nazirliyi Hindistanın ölkədəki hədəflərə raket zərbəsi endirdiyini təsdiqləyib. Əli Babayev
Daha çoxDay: May 7, 2025
ABŞ-ın keçmiş vitse-prezidenti Trampın siyasətini ələ salır…
“Putin yalnız gücü başa düşür..?” …ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens ABŞ prezidenti Donald Trampı Ukraynaya “qeyri-sabit” dəstəyinə görə tənqid edib və Amerika prezidentinin Rusiya rəhbəri Vladimir Putinin “sülh istədiyi” barədə dəfələrlə verdiyi zəmanəti ələ salıb. …Son üç il bizə bir şey öyrətdisə, bu, Vladimir Putinin sülh istəməməsidir; o, Ukraynanı istəyir. Bizim Ukraynanın təxminən iki aydır razılaşdığı atəşkəs razılaşmasına əməl etməyimiz, Rusiyanın isə gecikdirməkdə və bəhanələr gətirməkdə davam etməsi bunu sübut edir. SİA-nın məlumatına görə, Pens bunu CNN-ə deyib. O, həmçinin deyib ki, Putin “yalnız gücü…
Daha çox“Rusiya daima Qərblə əməkdaşlığa hazır olduğunu bəyan edib…”
Keçmiş kəşfiyyatçı Ritter: Qərb Ukrayna və NATO-nun genişlənməsi ilə bağlı Rusiyaya yalan danışdı..? Rusiya Qərb ölkələrinə qarşılıqlı fayda üçün əməkdaşlıq təklifləri ilə müraciət edib, ABŞ və Avropa isə Ukrayna ilə münaqişəyə səbəb olan NATO-nun genişlənməsi barədə Moskvaya yalan danışıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ABŞ ordusunun təqaüddə olan kəşfiyyatçısı Skott Ritter deyib. Onun sözlərinə görə, Rusiya Federasiyası hər kəsin faydalanması üçün əməkdaşlığa hazır olduğunu daim bəyan edib. Tramp administrasiyası əvvəlcə Rusiyanın haqlı olduğunu etiraf edib. Onlar qeyd ediblər ki, NATO-nun genişlənməsi münaqişəyə…
Daha çoxBu ərazilərdə bir neçə saat işıq olmayacaq
Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə mayın 7-də elektrik xətləri sifarişə əsasən açılacaq. SİA xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 17:00-dək Cavanşir, Ceyhun Hacıbəyli, İlqar Zülfüqarov, Məhəmməd Hadi küçələrində əhali və qeyri əhali abonentlərinin elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Daha çoxRusiya ordusundakı kubalı muzdluların siyahısı dərc edilib..?
Ruslar orduya yazılmaq üçün ənənəvi sxemdən istifadə olunurdu: rüşvət, aldatmaq, məcbur etmək. …Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Mən yaşamaq istəyirəm” layihəsində rusların Ukraynaya qarşı müharibədə istifadə etdiyi kubalı muzdluların siyahısı göstərilib. SİA-nın məlumatına görə, muzdluların tam siyahısı layihənin Telegram kanalında dərc olunub. …“Mən yaşamaq istəyirəm”in yazdığına görə, Rusiya 2023-cü ilin əvvəlindən fəal şəkildə Kubadan muzdlu əsgərlər cəlb edir. …Kubalılar Şri-Lankalılar, Nepallılar və Mərkəzi Asiya ölkələrindən olanlar Ukraynaya qarşı istifadə edilən muzdlu qüvvələrin əsasını təşkil edir. Layihənin mütəxəssisləri 2023-2024-cü illərdə Rusiya Silahlı Qüvvələri ilə müqavilə…
Daha çoxİnvestorlar Çindən qaçır..?
İnvestorlar Çindən qaçır..?
Daha çoxSüni intellekt Rafaelin rəsminin tapmacasını həll edib…
Söhbət “Qızılgül Madonnası”ndan gedir… …Böyük Britaniya və ABŞ-dan olan tədqiqatçılar rəsmlərin müəllifliyini təsdiqləmək üçün süni intellektə əsaslanan xüsusi alqoritm hazırlayıblar. SİA-nın məlumatına görə, ScienceAlert yazır ki, bu proqram insan gözünə görünməyən nüansları çəkir. Müəllifi müəyyən etmək üçün alimlər süni intellektə sənət tarixində məşhur olan formal tədqiqat metodundan istifadə etməyi öyrədiblər. Mütəxəssislər rəssamın bütün məlum imzalı əsərlərini müqayisə edir və onun imza üslubunun xarakterik xüsusiyyətlərini vurğulayırlar. Müəllifin üslubu həmişə fərdi və bir şəxsə aiddir, məsələn, əl yazısı… Tədqiqat üçün Rafaelin “Qızılgüllü Madonna” (Madonna della rosa) tablosu…
Daha çoxABŞ-ı tərk etməyə razı olan qeyri-qanuni şəxs min dollar alacaq…
Bunun üçün proqram yaradılıb…. Deməli, SİA-nın dünən də bununla bağlı yazdığı kimi… …Beləliklə, indi də, ABŞ özünü deportasiya proqramına başlayır. Belə ki, “könüllü olaraq” Birləşmiş Ştatları tərk etməyə razı olan hər bir qeyri-qanuni miqranta min dollar vəd edilir. Bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin mətbuat xidməti məlumat yayıb. Nə gözəl..? Amma SİA xatırladır ki, İsveç dövləti ölkəni könüllü tərk edən hər bir qeyri-qanuni miqranta ABŞ-dan fərqli olaraq, daha çox, gərək ki, 32 min evro təklif edir. …CBP Home Tətbiqindən özünü deportasiya etmək üçün istifadə edən…
Daha çoxMisirdə Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi bu ölkənin Qalyubiyyə vilayətinin əl-Qanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Dostluq Parkında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar tədbir keçirib. SİA xəbər verir ki, tədbirdə Qalyubiyyə vilayətinin qubernatoru Əymən Atiyyə, Azərbaycan səfiri Elxan Poluxov, əl-Qanatır əl-Xeyriyyə şəhərinin meri Əhməd Əbu Bəkr, Azərbaycan icmasının üzvləri, yerli mətbuat nümayəndələri və ziyalılar iştirak ediblər. Qalyubiyyə qubernatoru Misirlə Azərbaycan arasında qədim tarixi əlaqələrin olduğunu vurğulayıb və xalqımızın Ümummilli Lideri Heydər Əliyevə və dost Azərbaycan xalqına yüksək ehtiramını ifadə edib. O, Heydər Əliyevi “müasir Azərbaycanın dirçəlişinin…
Daha çoxBelarus Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
Mayın 6-da Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin Azərbaycana rəsmi səfəri başa çatıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Belarusun Baş naziri Aleksandr Turçini Füzuli Beynəlxalq Hava Limanında Azərbaycanın Baş naziri Əli Əsədov yola saldı.
Daha çox