Deməli, SİA-nın dünən də bununla bağlı yazdığı kimi…
…Beləliklə, indi də, ABŞ özünü deportasiya proqramına başlayır. Belə ki, “könüllü olaraq” Birləşmiş Ştatları tərk etməyə razı olan hər bir qeyri-qanuni miqranta min dollar vəd edilir.
Bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamentinin mətbuat xidməti məlumat yayıb. Nə gözəl..?
Amma SİA xatırladır ki, İsveç dövləti ölkəni könüllü tərk edən hər bir qeyri-qanuni miqranta ABŞ-dan fərqli olaraq, daha çox, gərək ki, 32 min evro təklif edir.
…CBP Home Tətbiqindən özünü deportasiya etmək üçün istifadə edən hər hansı sənədsiz əcnəbi 1000 ABŞ dolları məbləğində “yardım” (?) alacaq və bu “yardım” onların ölkələrinə qayıtması proqram vasitəsilə təsdiqləndikdən sonra ödəniləcək.
Bu da agentliyin açıqlamasında deyilir.
Departament əlavə edir ki, özünü deportasiya qeyri-qanuni mühacirlərə ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşları ilə qarşılaşmadan qaçmağa imkan verəcək.
Necə deyirlər, bu, “Birləşmiş Ştatları tərk etməyin şərəfli yoludur”.
İdarə aydınlaşdırıb ki, ilk qanunsuz miqrant artıq evə qayıdıb və min dollar alıb.
…Və onun Honduras vətəndaşı olduğu üzə çıxıb.
Nazirlik həmçinin qeyd edib ki, özünü deportasiya qeyri-qanuni mühacirlərin gələcəkdə ABŞ-a qanuni yolla qayıtmasına kömək edə bilər.
Əli Babayev