Azərbaycanın Gürcüstandakı səfiri SDU-nun rektoru ilə təhsil sahəsində əməkdaşlığı müzakirə edib


Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Suxumi Dövlət Universitetinin (SDU) rektoru professor Zurab Xonelidze ilə görüşüb. SİA xəbər verir ki, görüş zamanı səfir Azərbaycan və Gürcüstan arasında elm və təhsil sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb.

O, iki ölkənin müvafiq qurumları qarşısında duran yeni hədəflər və perspektiv layihələr barədə məlumat verib.

Universitet rektoru Zurab Xonelidze isə səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan və Gürcüstanın ali təhsil müəssisələri arasında mövcud olan təmasların və birgə layihələrin əhəmiyyətini qeyd edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi aparıblar.

Əlaqəli Xəbərlər