May ayının 27-dək bir neçə rayonda səyyar “ASAN xidmət” göstərilməsi nəzərdə tutulub. Bu barədə SİA-ya “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, səyyar “ASAN xidmət” mayın 1-15 Xızıda, 1-27 Astarada, Şirvanda, Şəmkirdə, Xaçmazda, Biləsuvarda, Zərdabda, Ağdaşda, Zaqatalada, 19-27-də isə Xırdalanda vətəndaşlara xidmət göstərəcək.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Səyyar “ASAN xidmət” avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.
Qeyd edək ki, hazırda Xızıda səyyar “ASAN xidmət”in iş qrafiki saat 11:00-dan 17:00-a qədərdir.