Britaniya və Hindistan arasında ticarət sazişi imzalanıb

Böyük Britaniya və Hindistan üç ildən çox davam edən fasilələrlə aparılmış danışıqlardan sonra tarixi ticarət sazişini imzalayıblar. Bu saziş Britaniya şirkətlərinə Hindistana viski, avtomobil və digər məhsulların ixracını asanlaşdıracaq, həmçinin Hindistandan geyim və ayaqqabı idxalına tətbiq olunan vergiləri azaldacaq. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Britaniya hökumətinin verdiyi açıqlamada sazişin immiqrasiya siyasətinə, o cümlədən Britaniyada təhsil alan hindistanlı tələbələrə münasibətdə heç bir dəyişikliyi nəzərdə tutmadığı qeyd olunub. Böyük Britaniyanın biznes və ticarət naziri Conatan Reynolds bildirib ki, bu sazişin Britaniya biznesi və istehlakçıları üçün faydası böyükdür. Ötən il Britaniya…

Daha çox