18 qadın və 24 kişi… Aleksandr Lukaşenko ekstremist cinayətlərdə təqsirli bilinən 42 nəfəri əfv edib. Belarus prezindetinin mətbuat xidmətinin məlumatına görə, əfv qərarı “Qələbə bayramı ərəfəsində” qəbul edilib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əfv olunanlar arasında 18 qadın və 24 kişi var. Onlardan 13-də xroniki xəstəlik var, biri əlildir. Məhkumlardan 24-nün azyaşlı, ikisinin çoxuşaqlı övladı var. On nəfərin yaşı 50-dən yuxarı, biri isə pensiya yaşına çatıb. Əli Babayev
Daha çoxDay: May 7, 2025
Azərbaycanın turizm imkanları İsraildə nümayiş etdirilir
Azərbaycanın turizm imkanları Azərbaycan Turizm Bürosu (ATB) və “Azərbaycan Hava Yolları” (AZAL) QSC daxil olmaqla, ümumilikdə 10 yerli tərəfdaşla birgə Təl-Əvivdə keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM 2025) sərgisində nümayiş etdirilir. SİA-nın məlumatına görə, Dövlət Turizm Agentliyindən bildirilib ki, mayın 8-dək davam edəcək sərgidə dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi və digər mövcud turizm məhsulları haqqında ətraflı məlumat təqdim olunub. Həmçinin stenddə Qarabağ və Şərqi Zəngəzur regionunun turizm imkanları nümayiş etdirilib, eləcə də “Konstitusiya və Suverenlik İli” çərçivəsində məlumatlandırma kampaniyası həyata keçirilib. Bundan əlavə, mayın 5-6-da İsrailin Hayfa və…
Daha çox“Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir”
“Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb: “Amma Ulu Öndərin Azərbaycan üçün əvəzsiz xidmətlərindən ən vacibi Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişidir. 90-cı illərdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar…
Daha çoxSabah hava necə olacaq?
“Mayın 8-i və 9-da, yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 23–28 dərəcə isti olacaq”. Bu sözləri SİA-ya açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. Onun sözlərinə görə, bölgələrdə, əksər rayonlarda əsasən yağmursuz hava şəraiti gözlənilir: “Lakin gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı və dolu düşəcəyi mümkündür. Mülayim qərb küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu Aran…
Daha çox“Heydər Əliyevin rəhbərliyi ilə daxili siyasi və iqtisadi sabitlik təmin olundu”
“Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan tarixində əvəzolunmaz yeri vardır. O, ölkəmiz üçün tarixi şəxsiyyət olmaqla yanaşı, həm daxili, həm də xarici siyasətdə atdığı addımlarla bugünkü müasir Azərbaycanın təməllərinin qoyulmasında misilsiz rol oynamışdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Onun sözlərinə görə, Heydər Əliyev hakimiyyətə gəldiyi zaman Azərbaycan çox ağır vəziyyətdə idi: “SSRİ-nin dağılması ilə ölkədə xaos, siyasi böhran və iqtisadi çöküş hökm sürürdü. Dövlətin yenidən qurulması, sabitliyin və idarəetmənin bərpası zəruri idi. Heydər Əliyev bu olduqca çətin və məsuliyyətli missiyanın öhdəsindən öz dərin siyasi zəkası və…
Daha çoxAmerikalıdan dost olarmı?
ABŞ Konqresinin Nümayəndələr Palatası Gürcüstana qarşı sanksiya qanun layihəsini təsdiqləyib Gürcüstan-Amerika münasibətləri yaxın gələcəkdə kəskin şəkildə pisləşə bilər. Nümayəndələr Palatasının bazar ertəsi, mayın 5-də qəbul etdiyi qanun layihəsini ABŞ Senatı təsdiq edərsə və prezident Donald Tramp imzalarsa, bu baş verəcək. Meqobari Aktı adlanan qanun respublikada hakim Gürcü Arzusu (GA) partiyasının liderlərinə qarşı sanksiyaları nəzərdə tutur. Sənəd Vaşinqtonun Tbilisinin xarici və daxili siyasətindən, xüsusilə insan haqlarının pozulması, habelə Rusiya, Çin və İranla əməkdaşlıq baxımından narazılığını nümayiş etdirir. Buna baxmayaraq, Gürcüstan hakimiyyəti hələ də ABŞ-la münasibətlərin “yenidən qurulmasına” ümid edir. Qanun layihəsini…
Daha çoxİslamın modernləşməyə ehtiyacı var?
Dinşünas, ilahiyyatçı Elşad Mirinin SİA-ya müsahibəsini təqdim edirik: – İslam Azərbaycanda doğru tədris olunur? – İslam dini sadəcə Azərbaycan İlahiyyat İnstitutunda rəsmi şəkildə tədris olunur. Bir də yenicə fəaliyyətə başlayan Azərbaycan İlahiyyat Kollecində tədris olunur. Tədris vəsaitləri ilə tanış deyiləm. Ancaq müəllimlərini, rektorunu tanıyıram. Orada tədris olunan dərs vəsaitlərini heç cür əldə edə bilmədiyimiz üçün bir söz deyə bilmirəm. Amma təəssüflər olsun ki, oradakı bəzən müəllimlərin, yaxud da, müəyyən internet, teleməkanlardan çıxdıqları zaman dinləyəndə görürəm ki, bu gün onların tədris etdiyi yanaşma indiyə kimi bizə gələn mollalığın bir üst səviyyəsi…
Daha çox“Təcrübə göstərir ki, kredit götürmək gəlirdən asılı deyil”
“Təcrübə göstərir ki, kredit götürmək gəlirdən asılı deyil”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elman Sadıqov deyib. Onun sözlərinə görə, çünki bəzi insanlar var ki, gəlirindən aslı olmayaraq kreditdən istifafə edir: “Bəzi seqment isə ümumiyyətlə, gəlirlərinin nisbətən aşağı olması, tələblərinin gəlirlərindən daha yüksək olması səbəbindən kreditdən istifadə edir. Bu, bəzi insanlarda adət halını alır, bəzi insanlarda isə zərurət halında baş verir. Hər hansı bir xəstəlik, yaxud da, övladlarının toyu olarkən, ciddi bir hadisə baş verdikdə kredit götürürlər. Bütün dünyada ölkələr arasında maliyyə savadlılığına görə fərq var. “Kreditdən istifadə etmə kültürü” deyilən…
Daha çoxBağdadda İraq və Azərbaycan XİN başçılarının geniştərkibli görüşü olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqa rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Geniştərkibli görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri, xüsusilə də iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, elm, mədəniyyət, təhsil, turizm üzrə tərəfdaşlığın perspektivləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.…
Daha çoxUşaq bezi alarkən hansı məqamlara diqqət edək?
Uşaq bezləri körpə baxımında ən əsas və vacib ehtiyaclardan biridir. Körpənin dəri sağlamlığının qorunmasında və rahatlığının təmin edilməsində düzgün uşaq bezi seçimi və dəyişdirmə üsulları böyük əhəmiyyət kəsb edir. SİA mövzu ilə bağlı araşdırma aparıb. Bez seçərkən nələrə diqqət etməliyik? Bez seçimi həm körpənin rahatlığı, həm də dəri sağlamlığı üçün vacibdir. Səhv uşaq bezinin seçilməsi dəri qıcıqlanması və narahatlığa səbəb ola bilər. Düzgün uşaq bezi seçərkən nəzərə alınmalı olan əsas amillər bunlardır: 1. Bezi ölçüsü və çəki uyğunluğu Uşaq bezləri ümumiyyətlə körpənin çəkisinə görə təsnif edilir. Bezi sıx olmamalıdır, həm…
Daha çox