Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı, Qarabağ Regional Gənclər və İdman İdarəsi və Tərtər–Ağdərə rayonları üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Əbədiyaşar dahi şəxsiyyət –Heydər Əliyev” adlı konfrans keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayon gənclərinin iştirakı ilə keçirilən konfransda əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən Anar Əsgərov, rayon icra hakimiyyətinin əməkdaşı Zabil Paşayev, YAP rayon təşkilatının əməkdaşı…
Daha çoxDay: May 7, 2025
Azərbaycanın söz sahibi olduğunu təsdiq edən SÜLHMƏRAMLILIQ
Dünyada baş verən proseslərin, ələlxüsus da bəzi dövlətlər arasında olan müxtəlif qarşıdurmaların fonunda rəsmi Bakı məhz həmin qarşıdurmaların aradan qaldırılmasında vasitəçi olaraq qəbul edilməkdədir. Son bir ay ərzində Bakıda iki dövlətlərarası görüşün və bir mühüm rəsmi səfərin baş tutması heç də təsadüfi sayılmır. Belə məlum olur ki, Azərbaycan artıq sülhün, əmin-amanlığın tərəfində olan, sülhsevər dövlət olaraq tanınır və ölkəmizin sülhməramlılığı bütün dünyada yuksək qiymətləndirilir. Münaqişə edən iki ölkənin bir araya gətirilməsi, münaqişənin aradan qaldırılması istiqamətində atılan hər bir addım ancaq alqışa layiqdir Qlobal diplomatiyanın təzahürləri açıq-aşkar göründüyü bir vaxtda diqqət…
Daha çoxİraq Prezidenti Ceyhun Bayramovu qəbul edib, ikitərəfli və regional məsələlər müzakirə edilib
İraq Prezidenti Abdullatif Camal Rəşid Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı Azərbaycan və İraq arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri, o cümlədən qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov ölkələrimiz arasında yüksək səviyyəli səfərlərin, intensiv siyasi dialoqun əməkdaşlığın siyasi, iqtisadi, ticarət, enerji, sərmayələr, nəqliyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə müsbət şəkildə irəliləməsinə…
Daha çoxBayraktar TB2-dən yeni rekord
Türkiyənin Bayraktar TB2 döyüş pilotsuz uçan aparatı 11,3 kilometrə qalxaraq öz yüksəklik rekordunu qırıb. Bu barədə “Baykar” şirkəti X sosial şəbəkəsində məlumat yayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki,”Bayraktar TB2T-AI 37 096 fut (11,3 km – red.) hündürlüyünə çataraq öz yüksəklik rekordunu qırıb”, – məlumatda deyilir. Rekord yüksək hündürlükdə sistemin işini müəyyən edən və sınaqdan keçirən sınaq uçuşu zamanı qeydə alınıb. Təkmil Bayraktar TB2T-AI turbo mühərrik və ən son süni intellekt sisteminə malikdir. Əvvəlki hündürlük rekordu fevralın sonunda sınaqlar zamanı qeydə alınıb və 30,318 fut (9,2 km) olub. Bayraktar…
Daha çox“Alça acqarnına çox qəbul edildikdə mədə turşuluğunu artıra bilər”
“Azərbaycan üçün alça mövsümi əsasən aprel ayının sonundan başlayır. Demək olar ki, iyun ayının əvvəlinə kimi, hətta bəzi bölgələrdə iyul ayının əvvəlinə kimi yetişir. Ən çox erkən yetişənlər isə cənub bölgəsində, hansı ki Lənkəran, Masallıda alça daha erkən yetişir”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. Onun sözlərinə görə, alçanın ən bol olan vaxtı isə may ayıdır ki, həmin ayda alçaların qiyməti daha normal olmalıdır: “Çünki artıq təbii öz mövsümündə yetişir və belə olan halda bölgələrdən yetərli qədər gətirilən alçalar satışda olur ki,…
Daha çox“Pakistan kifayət qədər təmkinlə davranır”
“Pakistan-Hindistan arasındakı indiki gərginlik uzun sürən gərginlikdir. İstər-istəməz müharibə şəraiti formalaşır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, bu proseslərin hər birində üçüncü qüvvələrin rolu var. Hətta istəkləri var. Çünki indiki halda biz görürük, hansı mövqedən güc mərkəzləri və eləcə də beynəlxalq təşkilatlar çıxış edirlər. Əgər Pakistan birmənalı şəkildə beynəlxalq hüquqa istinad edirsə, bildirir ki, aprel ayında baş vermiş terror aktında 26 nəfər tələf oldu. O, Pakistanın iştirakı ilə olmayıb, bu, təxribat da ola bilər. Sadəcə bu məsələni sağlam başla və sabit bir tərzdə müzakirə etmək…
Daha çoxOrban fon der Leyenə kəskin cavab verib…
Macarıstanın baş naziri Viktor Orban Avropa Komissiyasının sədri Ursula fon der Leyeni Ukraynanın Avropa İttifaqına üzvlüyünü sürətləndirmək çağırışına görə tənqid edib. Qeyd edək ki, siyasətçi daha əvvəl bəyan etmişdi ki, Avropa İttifaqı Kiyevin qoşulması prosesini sürətləndirməli və bu il Ukrayna ilə substantiv danışıqlara başlamalıdır. …Ukrayna pul və silah alır. SİA-nın məlumatına görə, Orban bunu X sosial şəbəkədə yazıb. Onun dediyinə görə, Avropalı vergi ödəyiciləri hesabı ödəyir. Ayıbdır! Xatırladaq ki, aprelin 14-də Macarıstanda Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı ictimai sorğuya start verilib. Poçtla göndərilən bülletendə bir sual yer alır:…
Daha çox“Belə yerlərdə avtomobili park etmək qadağandır”
“Dayanma qadağan olunmuş yerlərdə avtomobili park etmək qadağandır. Bunun 20 manat cəriməsi var. Avtobus zolaqları isə başqa məsələdir, cəriməsi də artırıldı. Amma istər taksi dayanacağı olsun, istər dayanma qadağan olunmuş yerlər olsun, belə yerlərdə avtomobili park etmək qadağandır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib. O bildirib ki, dayanma və durma qaydalarını pozan şəxs nəqliyyat vasitəsinin yanında olmadıqda və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdıqda (tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olma), nəqliyyat vasitəsi müvəqqəti olaraq Daxili…
Daha çoxVyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycana dövlət səfərinə gələn Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın 7-də rəsmi qarşılanma mərasimi olub. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinə raport verdi. Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri…
Daha çox“Limitsiz enerji yaxınlaşır…” Alimlər belə deyir….
Fiziklər onilliklər ərzində onları çaşdıran problemi həll ediblər..? …Termonüvə birləşməsini tədqiq edən alimlər onilliklər ərzində fizikləri narahat edən termonüvə reaktorları problemini həll ediblər. Bu, təmiz və qeyri-məhdud enerji əldə etməyə yaxınlaşmağa imkan verir. SİA-nın məlumatına görə, tədqiqat Physical Review Letters jurnalında dərc edilib, Interesting Engineering yazır. Hazırda bütün dünya alimləri təmiz və faktiki olaraq qeyri-məhdud olan termonüvə enerjisini əldə etmək üçün çox çalışırlar. Bu, Günəşin nüvəsində baş verən atomları birləşdirən eyni proses olan nüvə sintezi vasitəsilə edilə bilər. Bu sintez nəticəsində böyük miqdarda enerji ayrılır.…
Daha çox