Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqa rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Geniştərkibli görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri, xüsusilə də iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, elm, mədəniyyət, təhsil, turizm üzrə tərəfdaşlığın perspektivləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.…
Daha çoxDay: May 7, 2025
Uşaq bezi alarkən hansı məqamlara diqqət edək?
Uşaq bezləri körpə baxımında ən əsas və vacib ehtiyaclardan biridir. Körpənin dəri sağlamlığının qorunmasında və rahatlığının təmin edilməsində düzgün uşaq bezi seçimi və dəyişdirmə üsulları böyük əhəmiyyət kəsb edir. SİA mövzu ilə bağlı araşdırma aparıb. Bez seçərkən nələrə diqqət etməliyik? Bez seçimi həm körpənin rahatlığı, həm də dəri sağlamlığı üçün vacibdir. Səhv uşaq bezinin seçilməsi dəri qıcıqlanması və narahatlığa səbəb ola bilər. Düzgün uşaq bezi seçərkən nəzərə alınmalı olan əsas amillər bunlardır: 1. Bezi ölçüsü və çəki uyğunluğu Uşaq bezləri ümumiyyətlə körpənin çəkisinə görə təsnif edilir. Bezi sıx olmamalıdır, həm…
Daha çoxAzərbaycanda qaz təsərrüfatı obyektlərinin istismarı üçün dövlət rüsumu artırılıb
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi haqqında Milli Məclisin aprelin 11-də qəbul etdiyi qanunu təsdiqləyib. SİA xəbər verir ki, yenilənmiş qanuna əsasən, maye və təbii qaz təsərrüfatı obyektlərinin istismarı üçün dövlət rüsumunun məbləği 1 100 manatdan 2 500 manata çatdırılıb. Bundan başqa, dövlət başçısı “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu da təsdiq edib. Dəyişikliyə əsasən, lisenziyanın və icazənin şərtlərinə riayət edilməsinə nəzarət edən orqanlar lisenziya (icazə) sahiblərinin fəaliyyətinə nəzarət zamanı isenziyanın və icazənin şərtlərinə riayət edilməsi sahəsində normativ hüquqi aktlarda nəzərdə tutulan inzibati tədbirlərlə…
Daha çox“Dostluq gələcək əməkdaşlıq üçün geniş perspektivlər vəd edir”
“Azərbaycan və Vyetnam arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib. O bildirib ki, iki ölkə arasında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan əlaqələr, gələcək əməkdaşlıq üçün geniş perspektivlər vəd edir. Azərbaycan və Vyetnam arasında iqtisadi-ticari münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur. Hazırda iki ölkə arasında yalnız iqtisadi artımı stimullaşdırmağa deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaratmağa yönəlmiş yeni əməkdaşlıq imkanları müzakirə olunur. Bu əməkdaşlıq hər iki ölkə iqtisadiyyatının şaxələndirilməsinə əhəmiyyətli töhfə verə bilər. Ölkələr arasında əlaqələrin möhkəmləndirilməsinin ən perspektivli…
Daha çoxAzərbaycandakı sənaye parkları “yaşıl enerji” ilə təchiz ediləcək
Prezident İlham Əliyev sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi (“yaşıl enerji”) ilə təchizatına dair əlavə tədbirlər haqqında fərman imzalayıb. SİA xəbər verir ki, fərmana əsasən, Nazirlər Kabineti sənaye parklarının elektrik enerjisinə ümumi tələbatına (o cümlədən bərpa olunan enerji mənbələrindən zəmanətli tariflə elektrik enerjisinin istehsalı həyata keçirilən layihələr üzrə) uyğun həcmdə elektrik enerjisinin sənaye parklarının idarəedici təşkilatına ayrılmasının enerji balansında nəzərdə tutulmasını təmin etməki, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Dövlətin yaratdığı sənaye parklarının idarəedici təşkilatı həmin parkların rezidentləri və qeyri-rezidentləri ilə bağlanılacaq müqavilələrə uyğun olaraq…
Daha çoxAzərbaycan və İraq arasında əlaqələrin genişləndirilməsi vacibdir
Azərbaycan İraqdan olan tələbələrə, eləcə də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) digər üzv ölkələrinin nümayəndələrinə təqaüdlər və qrantlar təqdim edir. SİA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 7-də Bağdadda iraqlı həmkarı Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib. Nazirin sözlərinə görə, ölkələr bir çox sahələrdə əlaqələri genişləndirməyi hədəfləyir və istiqamətlərdən biri də təhsildir.
Daha çoxAzercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
2025-ci il mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü və Azercell-in eksklüziv tərəfdaşlığı ilə paytaxtın ənənəvi kütləvi idman tədbiri olan “Bakı Marafonu” uğurla baş tutdu. Builki marafon da müxtəlif yaş qruplarından olan minlərlə insanı bir araya gətirərək sağlam həyat tərzi ətrafında birləşdirdi. “Küləyə qalib gəl” şüarı altında təşkil olunan qaçış üçün təxminən 28 000 nəfər müraciət etmişdi. Yarış iştirakçıları Dövlət Bayrağı Meydanından start götürərək 21 kilometrlik dairəvi marşrut üzrə mübarizəyə qoşuldular. Lider mobil operatorun dəstəyilə keçirilən marafonda artıq bir neçə ildir ki, atletlərin nişan nömrələrinə xüsusi rəqəmsal xronometrlər (timekeeper) yerləşdirilir. Bu…
Daha çoxSuraxanı rayonunda Ulu Öndərin 102 illiyi ilə bağlı tədbir keçirilir
Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “El Pəhləvanları İctimai Birliyi” və SƏS Media Qrupun təşkilatçılığı ilə açıq havada tədbir keçirilir. SİA xəbər verir ki, tədbir Suraxanı rayon İcra Hakimiyyətinin ərazisində keçirilir. Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı çıxış edərək Ulu Öndərin doğum gününün silsilə tədbirlərlə davam etdiyini bildirib. “El Pəhləvanları İctimai Birliyi”nin başçısı Nurəddin Beyləqanlı çıxış edərək SƏS Media Qrupuna və İcra Hakimiyyətinə təşəkkürünü bildirib.
Daha çox“İvanovka Aqropark” 12 milyon manatdan çox kapitalla qeydiyyata alınıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İvanovka Aqropark” ASC-ni dövlət qeydiyyatına alıb. SİA Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, yeni aqropark İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 12 233 650 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 1 885 manat olan 6 490 ədəd səhm əsasında formalaşıb. Aqroparkın qanuni təmsilçisi müəyyən edilməyib. Xatırladaq ki, bu ilin fevral ayında İvanovkada fəaliyyət göstərən Nikitin adına kolxoz adını və təşkilati-hüquqi formasını dəyişərək “İvanovka Aqropark”a çevrildiyini elan edib. Həmin kolxoz Kalinin adına kolxoz kimi 1936-cı ildə yaradılıb. 1953-cü ildən 1994-cü…
Daha çoxCeyhun Bayramov iraqlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqa səfəri çərçivəsində həmkarı Fuad Hüseyni Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi barədə məlumatlandırıb. SİA xəbər verir ki, bu barədə C.Bayramov bu gün Fuad Hüseynlə birgə mətbuat konfransında bildirib.
Daha çox