“Xurma çəyirdəyi qəhvəsi son illərdə sağlam alternativ içki kimi tanınmağa başlayıb. Bu qəhvə xurmanın çəyirdəklərinin qurudulub, qovrulub və üyüdülməsi ilə hazırlanır”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ceyhunə Yusifova deyib. Ceyhunə Yusifova sözlərinə belə davam edib: “Tərkibində kofein olmadığı üçün kofeini məhdudlaşdırmalı olan insanlar üçün ideal seçimdir. Hazırlanması: Xurmanın çəyirdəkləri yuyulur, qurudulur və xüsusi temperaturda qovrulur. Daha sonra toz halına gətirilir və klassik qəhvə kimi dəmlənir. İstəyə görə darçın, mixək, zəncəfil kimi ədviyyatlarla zənginləşdirilə bilər. Əsas Faydaları: Antioksidantlarla zəngindir: Xurma çəyirdəklərində yüksək miqdarda polifenol və digər antioksidantlar var. Bu maddələr hüceyrələri…
Daha çoxDay: May 7, 2025
“Onların texniki vəziyyəti şübhə doğura bilər”
“Ümumiyyətlə, ehtiyat hissəsi avtomobil üçün çox vacibdir. Bəzi hallarda yenisini almaq daha məqsədəuyğundur. Təbii ki, köhnə ehtiyat hissələrindən də istifadə etmək mümkündür, amma bu, onların vəziyyətindən asılıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosasiyasının nümayəndəsi Eyyub Əliyev deyib. Eyyub Əliyev sözlərinə belə davam edib: “Məsələn, avtomobilin gövdəsində yerləşən bufer zədələnibsə, onun yerinə işlənmiş bufer də qoyula bilər. Eyni şey faralara da aiddir. Əgər faraların müəyyən hissələrində zədə varsa, onların da işlənmişini istifadə etmək mümkündür. Amma avtomobil daxilində yerləşən mühüm detallar yenisi ilə əvəzlənməlidir. Çünki işlənmiş hissələr hansısa qəza keçirmiş…
Daha çox“Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” mövzusunda tədbir keçirilir
Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru” mövzusunda tədbir keçirilir. SİA xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha çox“Hündürmərtəbəli evlərin tikintisi dayandırılmalıdır”
“Torpaq sürüşmələri dağıdıcı, sənaye müəsisələrinə, kənd təsərrüfatına, yol infrasturukturuna, əkin sahələrinə ciddi ziyan verən təbii fəlakət sayılır. Ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsi torpaq sürüşməsidir”. Bu sözləri SİA-ya açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, yağış sularının hopub keçirməyən qatın üzərində yığılması sürüşmə əmələ gətirir: “Sürüşmə eroziya, aşınma, seysmik hadisələr və digər təbii proseslər, həmçinin yerin geoloji şəraitini nəzərə almadan aparılan tikinti işlərinin təsiri ilə yaranır. Torpaq sürüşmələrinin əsas səbəbi təbii geoloji proseslər və insan…
Daha çox“Həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazıldı”
“Hər birinizi salamlayır, dəvətimizi qəbul edərək “Konstitusiya və Suverenlik İli” çərçivəsində xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etdiyinizə görə təşəkkürümü bildirirəm”. SİA xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqov deyib. Onun sözlərinə görə, danılmaz faktdır ki, Azərbaycan xalqı üçün bütün taleyüklü məsələlərin həlli məhz güclü lider amili, onun milli-mənəvi dəyərlərə və zamanın tələblərinə əsaslanan titanik fəaliyyəti, qətiyyətli və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Bu gün qürurla ifadə edirik…
Daha çoxKOBİA “Caspian Oil and Gas” sərgisində KOB-lar üçün ayrıca stend quracaq
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) iyunun 2-4-də Bakıda keçiriləcək 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində (“Caspian Oil and Gas”) KOB-ların iştirak etməsi üçün ayrıca stend quracaq. Bu barədə SİA-ya KOBİA-dan məlumat verilib. Xatırladaq ki, iyunun 2-4-də Bakı Ekspo Mərkəzində 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) keçiriləcək. Sərgidə neft, qaz və energetika sahəsində fəaliyyət göstərən yerli və beynəlxalq aparıcı şirkətlər bir araya gələcək. Kiçik və orta biznes subyektlərinin (KOB) neft-qaz sektorunun təchizat zəncirində iştirakının artırılması, bu sahədə əməkdaşlıq…
Daha çoxBağdadda İraq və Azərbaycan XİN başçıları arasında geniştərkibli görüş olub
Bağdadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn arasında geniştərkibli görüş keçirilib. SİA xəbər verir ki, görüş çərçivəsində iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və rabitə, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirməklə həm ikitərəfli, həm də çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün imkanlar müzakirə edilib. Həmçinin daha geniş regional və qlobal inkişaf məsələləri nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüb. Nazir Ceyhun Bayramov qarşı tərəfi münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minatəmizləmə və sülh səyləri,…
Daha çoxAzərbaycana turistlər ən çox hansı ölkələrdən gəlir?
“Hal-hazırda statistikaya görə ölkəmizə əsasən ən çox Rusiyadan qonaqlar gəlir. Amma nəzərə alsaq ki, əksəriyyəti bizim öz vətəndaşlarımızdı və daha sonradan rus vətəndaşlığı alıblar”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib. Onun sözlərinə görə, həmin insanlar öz evinə qayıdırmış kimi edirlər və heç bir oteldə qalmırlar: “Rus vətəndaşlığını alan insanların təbii ki, Azərbaycanda öz evləri var və orada qalırlar. Xarici pasportu olmasına baxmayaraq tamamilə turist sayılmırlar. İkinci yerdə gedən Hindistan ölkəsindən kifayət qədər ölkəmizə qonaq gələn turistlər var. Dünyada əhalisinə görə, Hindistan hətta Çin ölkəsini belə keçib.…
Daha çoxAzərbaycan aparılan islahatlarla ən irəlidə olan ölkələrindən biridir
Azərbaycan bank sektorunda aparılan islahatlarla Qazaxıstan və Ermənistanla yanaşı, regionun (Qafqaz və Mərkəzi Asiya) ən irəlidə olan ölkələrindən biridir. SİA xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyindən bildirilib. Burada islahatların iki əsas istiqaməti önə çəkilir. Birinci istiqamət tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Bildirilir ki, Azərbaycan bank sektorunda şəffaflığın artırılması, kapital adekvatlığının təmin olunması və institusional dayanıqlığın gücləndirilməsi məqsədilə mühüm addımlar atır. Bu islahatlar tənzimləyici orqanların effektivliyini artırmaqla yanaşı, maliyyə sabitliyinin qorunmasına da xidmət edir. İkinci istiqamət isə bank sektorunda potensial böhranların sistemli şəkildə idarə olunmasına imkan…
Daha çoxAzərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi bu tarixdə bağlı olacaq
Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi mayın 9-da bağlı olacaq. SİA xəbər verir ki, bu barədə diplomatik korpusun “X” hesabında paylaşım edilib. Bildirilib ki, bu addım 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə atılır.
Daha çox