Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Suxumi Dövlət Universitetinin (SDU) rektoru professor Zurab Xonelidze ilə görüşüb. SİA xəbər verir ki, görüş zamanı səfir Azərbaycan və Gürcüstan arasında elm və təhsil sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. O, iki ölkənin müvafiq qurumları qarşısında duran yeni hədəflər və perspektiv layihələr barədə məlumat verib. Universitet rektoru Zurab Xonelidze isə səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan və Gürcüstanın ali təhsil müəssisələri arasında mövcud olan təmasların və birgə layihələrin əhəmiyyətini qeyd edib. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə də fikir mübadiləsi…
Daha çoxDay: May 7, 2025
Azərbaycan Stokholm və Bazel Konvensiyaları üzrə konfranslarda iştirak edib
Azərbaycan İsveçrənin Cenevrə şəhərində keçirilmiş “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel Konvensiyasına Tərəflərin 17-ci, “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyasına Tərəflərin 12-ci konfransında iştirak edib. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, konfranslarda sözügedən konvensiyalara üzv dövlətlərin, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və bu sahədə fəaliyyət göstərən Avropa və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Azərbaycanı tədbirdə Kənd Təsərrüfatı Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri təmsil edib. Konfransda konvensiyaların üzv ölkələrdə icrası…
Daha çoxMay ayı ərzində bir neçə rayonda səyyar “ASAN xidmət” göstərilməsi nəzərdə tutulub
May ayının 27-dək bir neçə rayonda səyyar “ASAN xidmət” göstərilməsi nəzərdə tutulub. Bu barədə SİA-ya “ASAN xidmət”dən məlumat verilib. Bildirilib ki, səyyar “ASAN xidmət” mayın 1-15 Xızıda, 1-27 Astarada, Şirvanda, Şəmkirdə, Xaçmazda, Biləsuvarda, Zərdabda, Ağdaşda, Zaqatalada, 19-27-də isə Xırdalanda vətəndaşlara xidmət göstərəcək. Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Səyyar “ASAN xidmət” avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.…
Daha çoxPakistan Azərbaycanın davamlı dəstəyini çox yüksək qiymətləndirir
Pakistan Azərbaycanın davamlı dəstəyini çox yüksək qiymətləndirir. SİA xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “X”də yazıb. “Hindistanın günahsız mülki şəxslərə qarşı hücumu qarşısında Azərbaycanın Pakistana davamlı dəstəyini çox yüksək qiymətləndiririk. Pakistan və Azərbaycan qardaş olaraq daim birlikdə olacaqlar!”,- diplomat qeyd edib.
Daha çoxAzərbaycan Türkiyə ilə yeni laboratoriya şəbəkəsinin qurulmasına dair yeni müqavilə imzalayıb
Azərbaycan Metrologiya İnstitutu (AzMİ) yeni laboratoriya şəbəkəsinin qurulması ilə bağlı Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında yeni müqavilə imzalanıb. SİA xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, sənədi iki qurumun rəhbəri – Xamis Seyranov və Mustafa Çetintaş imzalayıb. Müqaviləyə əsasən, AzMİ-nin nəzdində 10 yeni laboratoriyanın qurulması, həmçinin 4 mövcud laboratoriyanın təkmilləşdirilməsi işləri nəzərdə tutulub. Yeni laboratoriyalarda qazlarda və mayelərdə kalorifik dəyərlər, qaz metrologiyası, üzvi və qeyri-üzvi kimya, akustik, fırlanma anı, qaz və su…
Daha çoxTürkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi
Türkiyənin 2025-ci ilin birinci rübü üzrə turizm gəlirləri açıqlanıb. SİA xəbər verir ki, Türkiyəyə bu ilin ilk üç ayında 8.844 milyon turist qəbul edib və ilin ilk 3 ayında turizmdən rekord məbləğdə– 9.5 milyard ABŞ dolları gəlir əldə edib. 2025-ci ilin yanvarın 1-dən martın 31-dək Türkiyə 8.844 milyon turist qəbul edib və 9.5 milyard ABŞ dolları həcmində turizm gəliri əldə edib. Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy İstanbulda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə tarixində birinci rüb üzrə ən yaxşı nəticəni göstərib. Ersoy qeyd edib: “BMT Turizm Təşkilatının…
Daha çoxAMB-nin sədrinin müşaviri vəzifəsindən azad edilib
Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Ziya Əliyev vəzifəsindən azad edilib, Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti vəzifəsinə təyinat alıb. SİA xəbər verir ki, o indiki vəzifəsinə bu ilin fevral ayında təyin edilmişdi. Ziya Əliyev bundan əvvəl AMB-nin baş direktoru vəzifəsini tutub.
Daha çoxBağdadda İraq və Azərbaycan XİN başçıları arasında görüş keçirilir
Bağdadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İraqın Baş nazir müavini, xarici işlər naziri Fuad Hüssein ilə ikitərəfli görüşü başlayıb.SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, C.Bayramov İraqda səfərdədir.
Daha çoxPakistan Hindistan əsgərlərinin ağ bayraq qaldırdığını bildirib..?
Pakistan Hindistan ordusunun döyüş təyyarələrinin məhv edilməsindən sonra ağ bayraq qaldırdığını bildirib… …Hindistan əsgərləri Kəşmirdə Nəzarət Xəttində Chora kompleksində ağ bayraq qaldırıb. Bunu Pakistanın informasiya və yayım naziri Attaullah Tarar deyib. Onun sözlərinə görə, Hindistanın analoji hərəkətləri digər ərazilərdə də qeydə alınıb. SİA-nın məlumatına görə, “Samaa.tv” xəbər verir ki, həqiqəti artıq gizlətmək mümkün olmadığından hətta Hindistan mediası da qəzaya uğrayan təyyarənin görüntülərini nümayiş etdirib. Lakin Hindistanın rəsmi orqanları hələlik bu məlumatı təsdiqləməyib. Tarar əlavə edib ki, Pakistan hücuma məruz qalmasına baxmayaraq, müharibə qaydalarına əməl edir. Zərbələr…
Daha çoxAZAL Hindistana reysini təxirə salıb
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Hindistanın Mumbay şəhərinə həyata keçirməyi planlaşdırdığı 2-059 nömrəli reysi Pakistanın hava məkanının bağlı olması səbəbindən təxirə salıb. SİA bu barədə AZAL-a istinadən xəbər verir. Aviaşirkət bəyan edib ki, uçuşların təhlükəsizliyi rəhbər tutularaq vəziyyət diqqətlə izlənilir və sərnişinlər yeniliklər barədə məlumatlandıracaq. Bundan başqa, AZAL-ın Bakıdan Rusiyanın paytaxtı Moskvaya yerinə yetirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri təyinat məntəqəsində hava məkanının bağlı olması səbəbindən gecikir. Gecikən reyslərin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunublar.
Daha çox