ABŞ Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir

ABŞ Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir. SİA xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ-nin müvəqqəti işlər vəkili Hüqo Qevara Tbilisidə yerləşən NATO-nun Əlaqələndirmə Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb. Görüşdə NATO ilə tərəfdaşlıq fəaliyyəti və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub. Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycan hərbi qulluqçularının “NATO-Gürcüstan 2025” kompüter dəstəkli taktiki komanda-qərargah təlimində iştirakını yüksək qiymətləndirir və Azərbaycanın NATO ilə davamlı əməkdaşlığını dəstəkləyir.

Daha çox

“Konstitusiya və Suverenlik-Güclü Dövlətimizin Təməli”

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Konstitusiya və Suverenlik-Güclü Dövlətimizin Təməli” mövzusunda inşa müsabiqəsi keçirib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin vacibliyindən danışıb. O, qeyd edib ki, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi nəticəsində formalaşmış fundamental bir sənəddir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə…

Daha çox

Nazirlər Kabineti mədəni və yaradıcı sənaye ilə bağlı qərar verib

Nazirlər Kabineti mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin, peşələrin (vəzifələrin), məhsul və xidmətlərin siyahısını, eləcə də xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısını təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazirt Əli Əsədov yeni qərar imzalayıb. Qərarla Mədəniyyət Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına tapşırılıb və Azərbaycan Mərkəzi Bankına tövsiyə edilib ki, siyahılar üzrə müvafiq məlumatların toplanılması, hesabatların tərtib edilməsi, təhlil olunması…

Daha çox

Azərbaycan Pakistana qarşı hərbi hücumları pisləyib

Azərbaycan Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb. Məlumatda Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumlar pislənib. “Pakistan xalqı ilə həmrəy olaraq günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”,-deyə qeyd olunub.

Daha çox

Sabah pensiyalar ödəniləcək

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının sabah ödənilməsi nəzərdə tutulub. Bu barədə SİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Daha çox

Qızıl və gümüşün qiyməti azalıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,83% azalaraq 3 394,4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə 0,39% azalaraq 33,25 ABŞ dolları olub.

Daha çox

Azərbaycanda xarici ticarət iştirakçılarının risk qruplarına dair qaydalar təsdiq edilib

Dövlət Gömrük Komitəsinin Kollegiyası “Xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarlarına dair Qaydalar”ı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı kollegiyanın sədri Şahin Bağırov yeni qərar imzalayıb. Qərara əsasən, xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi üçün risk meyarları aşağıdakılardır: – iqtisadi faəliyyət sahəsində qəsdən törədilmiş cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunma; -narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, mülkiyyət, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik, iqtisadi fəaliyyət, ticarət, vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta, gömrük və idarəçilik qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə…

Daha çox

Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb

7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə SİA-ya XİN-dən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

Daha çox