Türkiyənin İstanbul şəhərində polis son iki gün ərzində reyd keçirib. SİA xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, reydlər zamanı müxtəlif cinayətlər törətdiyinə görə axtarışda olan və cinayət aləti daşıyan 1005 nəfər saxlanılıb. Bundan əlavə, 25 ədəd sənədsiz tapança, 12 ədəd səs tapançası, 62 ədəd patron və 1688 qram narkotik maddə də aşkarlanıb.
Daha çoxDay: May 7, 2025
Hindistanın raket zərbələri nəticəsində iki mülki şəxs öldü, yaralılar var
Hindistanın Pakistanın Kotli şəhərindəki mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində biri uşaq olmaqla azı iki nəfər ölüb. SİA “Geo Tv”yə istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb. Məlumata görə, Əhmədpurda iki məscidə endirilən zərbələr nəticəsində həmçinin 12 yerli sakin xəsarət alıb. Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri Hindistanın hücumunu utancverici və qorxaqlıq adlandıraraq, zərbələrin Hindistan ərazisindən həyata keçirildiyini açıqlayıb. “Hərbi Hava Qüvvələrimizin təyyarələri havadadır. Bu biabırçı və qorxaq hücum Hindistanın hava məkanından həyata keçirilib. Biz onların Pakistanın hava məkanına…
Daha çoxSabah bu rayonda qaz olmayacaq
“Yaqublu QPS qolu qaz kəməri”nin 15-ci km-də yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar sabah saat 10:00-dan etibarən “Oğuz(Yaqublu)” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə SİA-ya “Azəriqaz” İB-dən bildirilib. Bununla əlaqədar Oğuz şəhər mərkəzi daxil olmaqla və rayonun 23 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Daha çoxBütün HHM qüvvələrini Pakistanla sərhəddə yerləşdirdi
Hindistan Pakistanla sərhədində bütün hava hücumundan müdafiə qüvvələrini yerləşdirib. SİA xəbər verir ki, bu barədə ANI agentliyi Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb. “Hər hansı bir fövqəladə vəziyyətə cavab vermək üçün Hindistan-Pakistan sərhədində bütün hava hücumundan müdafiə bölmələri yerləşdirilib”, – məlumatda bildirilib
Daha çoxFlorida Konqresi kriptovalyuta ehtiyatı yaradılması ilə bağlı qanun layihələrini müzakirədən çıxarıb
Florida Konqresi ştat səviyyəsində kriptovalyuta ehtiyatı yaradılmasına yönəlmiş iki qanun layihəsini müzakirədən çıxarıb. SİA “Cointelegraph”a istinadla xəbər verir ki, fevral ayında təqdim olunmuş Nümayəndələr Palatasının 487 nömrəli qanun layihəsi bəzi büdcə fondlarının vəsaitlərinin 10 faizədək hissəsinin bitkoinə yatırılmasına imkan verəcəkdi. Eyni ayda təqdim olunan Senatın 550 nömrəli sənədi isə ilk kriptovalyutanın vergilər və rüsumlar üçün ödəniş vasitəsi kimi qəbul edilməsini nəzərdə tuturdu. Beləliklə, Vayominq, Cənubi Dakota, Şimali Dakota, Pensilvaniya, Montana və Oklahoma ştatları kimi Florida da ştat səviyyəsində kriptosərmayələrə dair qanunvericilik qəbul etmək yarışından geri çəkildi. Bu ştatlarda da oxşar…
Daha çoxBakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 6. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 7. Babək prospekti, mərkəz istiqamətində; 8. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;…
Daha çoxTramp Hindistanın Pakistana hücumlarını qınadı
ABŞ Prezidenti Donald Tramp Hindistanın Pakistanda bir çox şəhərlər hücumuna reaksiya verib. SİA xəbər verir ki, bu barədə “Samaa” TV məlumat yayıb. Tramp açıqlamasında Pakistan və Hindistan arasında toqquşma barədə məlumatlı olduğunu vəildirib və Hindistanın hücumlarını biabırçı adlandırıb. Bir neçə dəqiqə əvvəl Pakistan Xidmətlərarası İctimaiyyətlə Əlaqələr İdarəsinin (DG ISPR) baş direktoru Hindistan ordusunun Pakistan daxilində üç ayrı nöqtəni vuran raketlər atdığını təsdiqləyib. Təhlükəsizlik mənbələri cavab olaraq Pakistanın Hindistandakı bir neçə hədəfə cavab olaraq raket atdığını bildirib. Pakistanın iki Hindistan qırıcısını vurduğu bildirilir. Bahavalpurda raket hücumunun dini seminariyanı hədəf aldığı bildirilir.…
Daha çoxKiyevdə güclü partlayışlar
Ukraynanın paytaxtı Kiyevdə güclü partlayış səsləri eşidilib. SİA xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb. Qeyd olunub ki, daha öncə ballistik təhlükə ilə əlaqədar paytaxtda hava hücumu xəbərdarlığı elan edilib.
Daha çoxVatikanda seçim başlayır
Vatikanda seçim başlayır
Daha çoxLitva və Latviya hava məkanlarını Aleksandr Vuçiçin təyyarəsi üçün bağlayıb
Litva və Latviya mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsinin öz hava məkanlarında uçuşuna icazə verməyəcək. SİA xəbər verir ki, Litva hökuməti Serbiya Prezidentini daşıyan təyyarənin öz hava məkanına buraxılmamasını “texniki və diplomatik həssaslıq” kimi izah edib. Latviya tərəfi isə bu qərarı “uçuşun məqsədinin siyasi həssaslığı” ilə əsaslandırıb. Qeyd edək ki, mayın 9-da Moskvada Serbiya və Rusiya prezidentlərinin görüşü planlaşdırılır.
Daha çox