…Ermənistanın baş naziri Nikol Paşinyan üç keçmiş Ermənistan liderini Dağlıq Qarabağ məsələsi ilə bağlı debatda iştirak etməyə dəvət edib. SİA-nın məlumatına görə, onun sözlərini TASS sitat gətirir.
Ermənistan hökumətinin başçısından dəvəti Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan, Ermənistanın ikinci prezidenti və tanınmamış Dağlıq Qarabağ Respublikasının birinci prezidenti Robert Köçəryan, keçmiş prezident və baş nazir Serj Sarkisyan alıb.
…Serj Sarkisyan, Robert Köçəryan, Levon Ter-Petrosyan, deməyə sözünüz varmı? Gəlin canlı yayıma çıxaq və danışaq.
Qeyd edək ki, Paşinyan, Köçəryanın 2020-ci ildə Azərbaycanla döyüşlərin hazırkı baş nazirin siyasəti ucbatından başlanması barədə bəyanatını şərh edərkən deyib.
…Paşinyan daha əvvəl bəyan etmişdi ki, “Qarabağ hərəkatını” canlandırmaq cəhdləri Ermənistan üçün dağıdıcıdır. O, əlavə edib ki, ölkədə yeni – sosial-psixoloji inqilab başlayıb və onun 2018-ci ilin “məxməri inqilabı”ndan heç də az əhəmiyyətli adlandırmayıb.
Əli Babayev