Dünyanın sabitliyinə təhlükə törədən bütün münaqişələrin, o cümlədən, Ukrayna, Yaxın Şərq, xüsusilə Qəzzada, Fələstində, habelə Afrikada müharibələrin tezliklə dayandırılmasının, ümumbəşəri mənafelər naminə sülh yolu ilə beynəlxalq hüquq müstəvisində ədalətli həllinin tərəfdarıyıq. SİA xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin dəvəti ilə iştirak etdiyi 28-ci Avrasiya İqtisadi Zirvəsində deyib. O, vəqfin rəhbəri Akkan Suveri Azərbaycanın sadiq dostu adlandırıb. QMİ sədri bildirib ki, dini liderlərin görüşlərinin əsas məqsədi dünyada baş verən qlobal fəlakətlərə və ictimai təhlükələrə qarşı…
Daha çoxDay: May 8, 2025
“Heydər Əliyev irsi – Gələcəyə yol” adlı tədbir keçirilib
Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Heydər Əliyev irsi – Gələcəyə yol” adlı tədbir keçirilib. SİA xəbər verir ki, 7 may 2025-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzi – Eko-Parkda keçirilən tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, Millət vəkili Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, RİH başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının şöbə müdirləri, şəhid ailələri və qazilər, təhsil, səhiyyə, idarə və…
Daha çoxUmico kredit xətti ilə alış-verişə 50% komissiya endirimi
11 may 2025-ci il tarixinədək Umico kredit xətti istifadəçiləri üçün xüsusi kampaniya təqdim olunur. SİA xəbər verir ki, kampaniya çərçivəsində kreditlə 24 ayadək edilən alış-verişlər üzrə komissiya məbləğinə 50% endirim tətbiq edilir. Qeyd edək ki, kampaniya yalnız ikinci və sonrakı alış-veriş əməliyyatlarına aiddir. Bununla yanaşı, yay mövsümünə özəl endirimlər çərçivəsində müştərilər Umico.az-da təqdim olunan məhsulları daha sərfəli qiymətlərlə əldə etmək imkanı qazanırlar. Kampaniyadan faydalanmaq üçün əvvəlcə Umico Market-də elektronika, məişət texnikası, geyim və digər kateqoriyalar üzrə yüzlərlə məhsul arasından seçim edərək “Kreditlə Al” düyməsini klikləmək və şəxsi məlumatları qeyd edib…
Daha çox“Münasibətlər hər iki dövlətin maraqlarına uyğun gəlir”
“Azərbaycan xarici siyasət doktrinasında çoxşaxəli bir siyasət həyata keçirir. Bu siyasət həm iqtisadi sahədə, həm siyasət, həm də təhlükəsizlik sahəsindədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Azad Məsiyev deyib. Onun sözlərinə görə, Azərbaycan həm qonşu dövlətlərlə, həm də dünya dövlətləri ilə bu siyasi kursu həyata keçirməkdədir: “O cümlədən də Vyetnamla da bu kimi siyasi əlaqələr qurulur. Azərbaycanla Vyetnam arasında hələ sovet dövründən belə münasibətlər var. Bununla yanaşı Vyetnam tələbələri Azərbaycanda təhsil alırdı. Azərbaycan neft maşınqayırma sahəsində istehsal edilən məhsullar Vyetnama satılırdı. Sovet dövründən hələ Vyetnamla Azərbaycan arasında təhsil və digər sahələrdə…
Daha çoxAzərbaycan Vyetnamla kibertəhlükəsizlik üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan və Vyetnam arasında İT, rəqəmsallaşma, texnologiyalar və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. SİA xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsində hesabında bildirib. Onun sözlərinə görə, müzakirələr Bakıda səfərdə olan Vyetnamın elm və texnologiya naziri Nguyen Manh Hung ilə görüşdə baş tutub. Tərəflər Vyetnamın İT şirkətlərinin gələcəkdə Azərbaycanda fəaliyyət göstərməsi barədə də fikir mübadiləsi aparıb.
Daha çox“Qadınlar üçün əsas prioritet özlərini azad və rahat hiss etməkdir”
“2025-ci ilin yay trendləri həm rahatlığı, həm də fərdi üslubun ifadəsini ön plana çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında modelyer Səkinə Əliyeva deyib. O bildirib ki, bu mövsüm qadınlar üçün əsas prioritet özlərini azad və rahat hiss etməkdir: “Təbii materiallardan hazırlanmış axıcı donlar, sadə amma zərif kəsimlər və neytral tonlar – bu yay ən çox seçilən detallar olacaq. Moda artıq ciddi və sərt deyil – əksinə, insanın ruhunu əks etdirən, ona nəfəs verən bir dildir. Hər bir qadın tərzində özünü ifadə edə bilməli, geyindiyi libasla “bu mənəm” deyə bilməlidir. “S Atelier”…
Daha çoxBakı şəhər prokurorluğunun yeni korpusunun açılışı olub
Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılışı və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, Baş prokuror Kamran Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin Komitə sədrləri, deputatlar, Baş prokurorluğun rəhbərliyi və prokurorluq əməkdaşları, habelə digər hüquq-mühafizə orqanlarının nümayəndələri və jurnalistlər qatılıb. Qeyd olunub ki, yeni inşa edilmiş korpusla tanış olan iştirakçılara bildirilib ki, bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab…
Daha çoxMMA döyüşçüsü Nikolay Savilov İslamı qəbul etdiyini açıqladı…
…MMA döyüşçüsü Nikolay Savilov Kərim müsəlman adını alaraq İslamı qəbul edib. SİA xəbər verir ki, bu barədə idmançının etirafı ilə video yayımlayan “Exo of Daqestan” Telegram kanalı məlumat yayıb. …Bu, mənim başıma gələ biləcək ən yaxşı şeydir. Bunu Savilov deyib. Döyüşçünün qərarı, onun fikrincə, uzun bir mənəvi axtarışın nəticəsidir. …Mən özüm bu qənaətə gəldim, üç-dörd il düşündüm. Budur, Uca Allah nəhayət mənim ürəyimi açdı, -deyə Kərim bildirib. Yeri gəlmişkən, bu, güc idmanlarının nümayəndələri tərəfindən İslamın qəbul edilməsi ilə bağlı ilk hadisə deyil – məsələn, döyüşçülər Benik Sarkisyan və Sergey Morozov…
Daha çoxGəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Mayın 8-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) təşkilatçılığı ilə Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının rəsmi açılış mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Niyazi Bayramov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində sektor müdiri Otari Qvaladze, ARVK-nın sədri Anar Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkillər və media nümayəndələri iştirak ediblər. Rəsmi mərasimdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncə şəhərində yerləşən Heydər Əliyev park-kompleksində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad…
Daha çoxBakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC Bakıda mayın 9-11-də “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil edəcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, yarmarkada 20-dən artıq rayondan 40-dan çox fermerin iştirakı gözlənilir: “Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçirilən yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 100-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkanın yanında Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək”. Qeyd edilib ki, yarmarkalarda iştirak etmək…
Daha çox