Deputat münaqişənin millətçilik xarakteri daşıdığını bildirib…



Kadırovun müttəfiqi naməlum şəxslərin İnquşetiya sakinlərinə bıçaq və mis dəyənəklərlə hücumu barədə məlumat verib…



Vladimir vilayətində bir qrup silahlı şəxs İnquşetiya sakinlərinə hücum ediblər.

SİA-nın məlumatına görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırovun silahdaşı, Dövlət Dumasının deputatı Adam Delimxanov özünün Teleqram kanalında məlumat verib.

Onun sözlərinə görə, hadisə şahidləri münaqişənin millətçilik xarakteri daşıdığını bildiriblər və o, hadisənin hərtərəfli araşdırılmasını və eləcə də təhrik edənlərin cəzalandırılmasını istəyib.

…Təəssüf ki, etnik azlıqların başına belə bir hadisə gələndə hüquq-mühafizə orqanlarının əməkdaşları çox vaxt buna göz yumurlarş

Bunu Delimxanov bildirib.

Deputat onu da xatırladıb ki, müxtəlif millətlərin nümayəndələri xüsusi hərbi əməliyyatda iştirak edir, eyni zamanda, vətənimizdə bəzi dönərlər nifaq salır, sabitliyə və harmoniyaya xələl gətirir.

Dəlimxanov zərərçəkmişlərin hüquqlarının müdafiəsi üçün bütün tədbirləri görəcəyini bildirib.

Xatırladaq ki, ötən ilin oktyabrında Delimxanov miqrasiya siyasətinin sərtləşdirilməsinin əleyhinə çıxış edərək, Kadırovun fikrini dəstəkləyib.

O qeyd edib ki, problem “bu gün və ya dünən deyil, proseslərin gərginləşdiyi zaman” həll olunmalıdır.

Əli Babayev

Əlaqəli Xəbərlər