“Azərbaycanda ümumiyyətlə, qiymətlərin bahalaşma tendensiyası ilboyu davam edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Yəni, ərzaq məhsulları hər həftə, hər ay bahalaşır. Amma məsələn, 10 ildən bir, 5 ildən bir insanlara lazım olan qapı, pəncərə kimi məhsullar hər gün bahalaşa bilmir. Çünki onlara ciddi tələbat yoxdur. Ona görə də müəyyən bir dövr keçdikdən sonra, ildə bir dəfə və ya iki ildən bir bu məhsullara ehtiyac yaranır. Yəni, bu sahədə də qiymətlər bazar qiymətlərinə uyğun olaraq bahalaşır. Məsələn, heç bir xərc çəkmədən…
Daha çoxDay: May 8, 2025
İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır
İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə aparılır. SİA xəbər verir ki, bunu Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib. O bildirib ki, ölkədə bütün sahələrdə olan inkişaf prokurorluq orqanlarında da müşahidə olunur: “İşğaldan azad olunan ərazilərdə işlər ildırım sürəti ilə həyata keçirilir. Həmin ərazilərlə yanaşı, paytaxtda və digər regionlarda də inkişaf gedir, islahatlar aparılır. Digər postsovet ölkələrində durğunluq var, lakin bizim ölkəmizdə inkişaf sürətlə gedir. Azərbaycanda yaşayış səviyyəsi yüksəkdir.…
Daha çoxPakistan və Hindistan arasında böyük hava döyüşü baş verib…
Bu döyüş müasir dövrün ən böyük və ən uzun döyüşlərindən biri idi… Pakistan və Hindistan arasında böyük hava döyüşü baş verib. Bu döyüş müasir dövrün ən böyük və ən uzun döyüşlərindən biri olub. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Pakistanın təhlükəsizlik mənbəsi CNN-ə bildirib ki, Pakistan və Hindistana məxsus 125 döyüş təyyarəsi hava məkanını tərk etməyib. Tərəflər qarşılıqlı raket zərbələri endirib və döyüş bir saatdan çox davam edib. Raket zərbələri bəzən 160 kilometrdən çox məsafədə baş verirdi. Mənbə bildirib…
Daha çoxNaxçıvanda may ayının pensiya ödənişləri başa çatdırılıb
Naxçıvan Muxtar Respublikası (MR) üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb. SİA-nın məlumatına görə, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayının pensiya ödənişi başa çatdırılıb.
Daha çoxProkurorluq orqanları cinayətkarlara qarşı mübarizəni yüksək səviyyədə aparır
Prokurorluq orqanları cinayətkarlara qarşı mübarizədə peşə fəaliyyətlərini yüksək səviyyədə yerinə yetirirlər. SİA xəbər verir ki, bunu Bakı şəhər prokuroru Elşən Abbasov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib. Onun sözlərinə görə, prokurorluq orqanlarında vətəndaş məmnunluğu üstün tutulur: “Yeni istifadəyə verilən binalar, prokurluq orqanlarının infrastrukturunun yaxşılaşdırılması onların peşə fəaliyyətini də yüksək səviyyəyə qaldırır. Ona görə də yeni korpusun müasir şəraitinin Bakı Şəhər Prokurorluğunun fəaliyyətinin daha da səmərəli və məhsuldar olmasına töhfə verəcəyinə inanıram”.
Daha çoxNYMEX əmtəə birjasında təbii qaz bahalaşıb
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, iyunda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,36% artaraq 3,641 ABŞ dolları təşkil edib.
Daha çoxDünya bazarlarında neftin qiyməti artıb
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyul müqaviləsinin dəyəri 0,61% artaraq 1 barelə görə 61,49 ABŞ dolları təşkil edib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,71% artaraq 58,66 ABŞ dollarına bərabər olub.
Daha çoxƏn çox konklav təcrübəsi olan 5 kardinal seçici
Sikstin Kapellasında başlayan və 267-ci Roma Papasının seçilməsi üçün keçirilən konklavda (seçki) yaşı 80-dən aşağı və seçkiyə qatılmaq hüququ olan 133 kardinal səs verir. SİA xəbər verir ki, seçki prosesində mühüm təcrübəyə malik 5 kardinal seçici var. Yaşı 79 olan Sarayevonun keçmiş arxiyepiskopu Vinko Pulyiç 1994-cü ildə kardinal olub. O, təxminən 31 ildir kardınal seçicidir, iki konklavda iştirak edib: 2005-ci ildə XVI Benedikt seçilən konklav və 2013-cü ildə Papa Fransisk seçilən konklav. Vinko Pulyiç budəfəki konklavda cəmi dörd ay fərqlə səs verə bilir. Sentyabrın 8-də onun 80 yaşı tamam olacaq…
Daha çoxİtaliyada Avropa-Aralıq dənizi jurnalistika mükafatları təqdim olunub
İtaliyanın paytaxtı Romada Birinci Beynəlxalq Avropa-Aralıq dənizi jurnalistika mükafatlarının təqdimetmə mərasimi keçirilib. SİA xəbər verir ki, Aralıq dənizi Jurnalistlər Cəmiyyətinin, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının Avropa Media Bölməsinin (AIPS Europe) və İtaliya İdman Mətbuatı Birliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə müxtəlif ölkələrin səfirləri, idman jurnalistikasının inkişafında xidmətləri olmuş şəxslər və müxtəlif media qurumlarının rəhbərləri iştirak ediblər. Aralıq dənizi Jurnalistlər Cəmiyyətinin sədri, türkiyəli jurnalist Dündar Keşaplı Birinci Beynəlxalq Avropa-Aralıq dənizi jurnalistika mükafatları təşəbbüsünün formalaşması prosesindən danışıb. Digər çıxış edənlər Avropa-Aralıq dənizi jurnalistika mükafatlarının təqdimetmə mərasimlərinin davamlı xarakter almasını arzulayıblar. Daha sonra Aralıq dənizi…
Daha çoxBakının bir sıra yollarında tıxac müşahidə edilir
Bakının bir sıra yollarında tıxac müşahidə edilir. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 2. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər; 8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər…
Daha çox