Əkrəm İmamoğlunun “X” hesabı bloklandı

İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində həbs edilən İstanbulun sabiq meri Əkrəm İmamoğlunun “X” sosial şəbəkə hesabına məhkəmə qərarı ilə giriş bloklanıb. SİA bu barədə “NTV Türkiyə”yə istinadən xəbər verir. Məlumata görə, məhkəmə İmamoğlunun sözügedən sosial şəbəkə hesabına girişi bloklamaqla bağlı qərarı İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna və “X” platformasına çatdırılıb. Qərarla onun sosial şəbəkə hesabı Türkiyə sərhədləri daxilində bloklanıb. Lakin digər ölkələrdən İmamoğlunun hesabına giriş mümkündür.

Daha çox

Rusiya əməliyyatları dayandırdı

Rusiya Prezidenti Vladimir Putinin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə elan etdiyi atəşkəs qüvvəyə minib. SİA xəbər verir ki, Rusiya mayın 8-dən 11-nə kimi bütün hərbi əməliyyatları dayandırıb. Qeyd edək ki, mayın 3-də Ukrayna Prezidenti Vladimir Zelenski açıq şəkildə bu təklifi rədd edib. O, 30 günlük atəşkəs təklif edib. Rusiya tərəfi isə bildirib ki, Ukrayna atəşkəs rejimini pozarsa, Rusiya Silahlı Qüvvələri hücumları dəf etməyə hazır olacaq.

Daha çox

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Bu gün Bakıda Azərbaycan tərəfinin vasitəçiliyi ilə İsrail və Türkiyə nümayəndələri arasında danışıqlar keçiriləcək. SİA xəbər verir ki, bu barədə “Kan 11” telekanalı məlumat yayıb. Bildirilib ki, görüş Bakının vasitəçiliyi ilə təşkil edilib. Görüş Türkiyənin Suriyada artan fəallığı və iki ölkə arasında birbaşa hərbi toqquşma təhlükəsi ilə bağlı gərginliyin azaldılmasına yönəlib. Qeyd edək ki, bir müddət öncə İsrail Baş naziri Benyamin Netanyahunun Bakı səfəri regiondakı son proseslərdən dolayı təxirə salınıb.

Daha çox

Hindistan 20-dən çox hava limanının fəaliyyətini dayandırdı

Hindistanın şimalında Pakistanla həmsərhəd olan ən azı 21 hava limanının fəaliyyəti mayın 10-dək dayandırılıb. SİA xəbər verir ki, bu barədə “The Hindu” nəşri yazır. Nəşr bildirir ki, hökumət müvafiq qərarı Pakistanla sərhəd yaxınlığında hərbi zərbələr fonunda verib. Məhdudiyyətlər Cammu və Kəşmir bölgəsindəki, həmçinin Pəncab, Himaçal Pradeş, Racastan və Qucarat əyalətlərindəki hava limanlarına təsir edib. Qeyd olunur ki, bu hava limanlarının bir çoxundan təkcə aviaşirkətlər deyil, Hindistan Hərbi Hava Qüvvələri də istifadə edir.

Daha çox

İsveç cəzadan şərti olaraq azad etmə qaydalarını sərtləşdirməyi təklif edir

İsveç hökuməti şərti olaraq vaxtından əvvəl azadlığa çıxmaq üçün tələb olunan minimum cəza müddətinin ümumi həbs müddətinin üçdə ikisindən dörddə üçə qədər artırılmasını təklif edir. SİA xəbər verir ki, əvvəlki hökumət komissiyasının məhkumların reabilitasiyası ilə bağlı riskləri və əhəmiyyətli əlavə xərcləri – 7 milyard İsveç kronu qədər (təxminən 650 milyon dollar) olduğunu əsas gətirərək bu cür dəyişikliklərə qarşı xəbərdarlıq etməsinə baxmayaraq, hakimiyyət islahatlara artıq 2026-cı il yanvarın 1-dən başlamağı planlaşdırır. “Təşəbbüs cəmiyyətin ağır cinayətlərə münasibətini sərtləşdirmək məqsədi daşıyır”, – deyə ədliyyə naziri Gunnar Strömmer mətbuat konfransında bildirib. Birinci mərhələdə yenilik…

Daha çox

Qonağın şərəfinə dövlət ziyafəti verilib

Mayın 7-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın və xanımı No Fon Linin şərəfinə dövlət ziyafəti verilib. SİA xəbər verir ki, ziyafətdə Azərbaycan və Vyetnam musiqilərindən ibarət konsert proqramı təqdim olunub.

Daha çox

Putinin elan etdiyi atəşkəs qüvvəyə mindi

Rusiya prezidenti Vladimir Putinin Qələbənin 80-ci ildönümü münasibətilə elan etdiyi atəşkəs qüvvəyə minib. SİA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Humanitar səbəblərlə elan edilmiş atəşkəs 11-nə keçən gecə yarısına kimi qüvvədədir. Putinin qərarına əsasən, bu müddət üçün bütün hərbi əməliyyatlar dayandırılıb. Ukrayna tərəfinin “bu nümunəni izləyəcəyi” gözlənilir. Atəşkəs pozulduğu halda, “adekvat və effektiv cavab” veriləcək. Xatırladaq ki, Rusiya lideri atəşkəs təklifini aprelin 28-də səsləndirib. Mayın 3-də Ukrayna prezidenti Vladimir Zelenski Putinin təklifini rədd edib. Zelenski deyib ki, Ukrayna Moskvaya Qələbə Paradına gələcək dünya liderlərinin təhlükəsizliyinə zəmanət…

Daha çox

Türkiyə Prezidenti ölkəsinin Pakistanla həmrəy olduğunu bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığında Hindistanın Pakistan ərazisinə endirdiyi zərbələrdən sonra artan gərginliyi müzakirə edib. SİA xəbər verir ki, Türkiyə dövlətinin başçısı İslamabadla həmrəy olduğunu, habelə həlak olan pakistanlıların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib. Türkiyə Prezidenti Pakistanın balanslaşdırılmış siyasətini dəstəklədiyini bildirib, İslamabadın Cammu və Kəşmirdəki terror aktı ilə bağlı şəffaf və obyektiv beynəlxalq araşdırmanın aparılması təşəbbüsünü vaxtında edilmiş adlandırıb. Ərdoğan Ankaranın Cənubi Asiyada gərginliyin qarşısının alınmasına mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb, Türkiyənin bu istiqamətdə diplomatik səylərini davam etdirəcəyinə…

Daha çox

Ərdoğan sabiq nazirə vəzifə verdi

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan sabiq meşə və su işləri naziri Veysəl Əroğlunu ölkənin İraqdakı xüsusi nümayəndəsi təyin edib. SİA xəbər verir ki, bu barədə məlumat “Resmi Gazete”də dərc olunub. Qeyd edək ki, Veysel Əroğlu 2007-2011-ci illərdə Ətraf mühit və meşə naziri, 2011-2018-ci illərdə Meşə və su işləri naziri vəzifələrində çalışıb.

Daha çox

Azərbaycanın faşizm üzərində qələbə çalınmasında çox böyük rolu olmuşdur

“Azərbaycan Respublikasının İkinci Dünya müharibəsində faşizm üzərində qələbə çalmasında çox böyük rolu olmuşdur və bu barədə çox sayda məlumat və material əldə etmək mümkündür. 1418 gün davam edən bu müharibədə Azərbaycan, o dövrdə 3,4 milyon əhalisi olan bir respublika olaraq iştirak etmişdir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. Onun sözlərinə görə, Azərbaycanın faşizm üzərində qələbədəki rolunu rəqəmlərlə də təsdiqləmək mümkündür: “Buna görə də əhalimizin fəaliyyətini məhz rəqəmlər vasitəsilə göstərək: Azərbaycan müharibədə 681 min nəfərlə, o cümlədən 10 min qadınla iştirak etmişdir. Azərbaycanın bu müharibədə…

Daha çox