…Ticarət nişanları Rusiyada avtomobil istehsalçısı Hyundai tərəfindən qeydiyyata alınıb. SİA-nın məlumatına görə, TASS xəbər verir ki, Rospatentdən verilən məlumata görə, ümumilikdə bunlardan üçü var – Hyundai ix10, Hyundai ix40 və Hyundai ix50. Qeyd olunur ki, əmtəə nişanları mal və xidmətlərin beynəlxalq təsnifatının on ikinci sinfinə uyğun olaraq qeydə alınır. Buraya avtomobillər, onlar üçün ehtiyat hissələri və aksessuarlar daxildir. Daha əvvəl bildirilmişdi ki, Hyundai dörd ticarət nişanını Rospatentdə qeydiyyatdan keçirib. Onlar 2024-cü ildə yenidən təqdim edilib və 2025-ci ilin aprelində 2034-cü ilə qədər etibarlılıq müddəti ilə təsdiqlənib. DP-nin sitat gətirdiyi ekspertlər…
Daha çoxDay: May 8, 2025
Azərbaycan-Vyetnam münasibətləri
Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, 66 ilə söykənən Azərbaycan və Vyetnam tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı bu məsələyə xüsusi ilə toxunaraq bildirdi ki, “Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun bu ölkəyə…
Daha çox“Ölkəmizdə hal-hazırda utilizasiya prosesinə strat verilib”
“Bildiyiniz kimi ölkəyə yaşı 10 ildən yuxarı olan avtomobillərin girişi qadağan olunub. Buda əlbəttə ki, bizim avto-parkın yenilənməsi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev deyib. Onun sözlərinə görə, bizim avto-parkın ötən ilin son nəticələrinə görə, 80 faizdən yuxarış yaşı 10 ili keçmiş avtomibillər idi: “Amma bu son illər elektrik və hybrid avtomobillərinin ölkəyə gətirilməsi və gömrük rüsumlarının və əlavə dəyər vergisinin ləğvi məsələsi bizim avto-parklarımızın yenilənməsinə səbəb olub. Lakin hal-hazırda da, avto-parkımızda köhnə avtomobillər var. Lakin hamının bildiyi kimi ölkəmizdə hal-hazırda utilizasiya prosesinə…
Daha çoxQızılın qiyməti rekord hədlərə yaxınlaşır
“Son günlər ərzində qlobal əmtəə bazarlarında qızılın qiymətində ardıcıl artım tendensiyası müşahidə olunur. Bu artım, xüsusilə dünyadakı geosiyasi qeyri-müəyyənliklər, dünya iqtisadiyyatında tənəzzül təhlükəsi və mərkəzi bankların qızıl ehtiyatlarına tələbinin rekord həcmdə artması ilə izah olunur”. Bu sözləri SİA-ya açıqlamasında Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov deyib. Onun sözlərinə görə, hazırda London Əmtəə Birjasında (LBMA) qızılın bir unsiyasının qiyməti 3,380–3,400 ABŞ dolları aralığında dəyişir ki, bu da tarixi maksimuma yaxın səviyyə hesab olunur: “Bu göstəricilər fonunda müxtəlif əyar dərəcələrinə malik qızıl məmulatlarının qramla satış qiymətləri təxmini olaraq aşağıdakı kimidir:…
Daha çoxİlham Əliyev toplantı iştirakçılarına müraciət ünvanlayıb
Azərbaycan Prezidenti İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. SİA-nın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli Zirvə Toplantısının iştirakçıları, Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə salamlayıram. Builki Zirvə Toplantısı əlamətdar hadisə – Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qurulmasının 40-cı ildönümünə təsadüf edir. Bu münasibətlə Vəqfin bütün üzvlərini ürəkdən təbrik edirəm. 1985-ci ildə sülh və dialoq təşəbbüsü olaraq təsis olunmuş Vəqf bu gün öz sıralarında nüfuzlu siyasətçiləri, politoloqları, iqtisadçıları, akademik dairələrin nümayəndələrini və iş…
Daha çoxBalakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb
Prezident İlham Əliyev Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. SİA xəbər verir ki, sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.
Daha çoxAzərbaycan Cənubi Qafqazda var qüvvəsi ilə çalışır
Hazırda bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır.
Daha çox“Dəyişikliklər yeniliklərlə yanaşı pis vərdişlər də gətirir”
“Ailə tərbiyəsi və pedaqogika sahəsində müxtəlif vaxtlarda pis vərdişlərlə bağlı çoxlu sayda mübarizə metodları, əxlaqi, mənəvi, kamilləşmə ilə bağlı xüsusi inkişaf yolları olub. Təəssüflər olsun ki, bütün bunlar bütövlükdə cəmiyyətin bütün nümayəndələrini düzgün yola, kamilləşmə yoluna apara bilməyib”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, hər dövrün özünəməxsus pis vərdişləri olur: “Bəzi pis vərdişlər qısamüddətli, bəziləri isə uzunmüddətli olur. Vaxtilə toylarda dava salmaq, Bakı şəhərində…
Daha çoxSahibə Qafarova vyetnamlı həmkarını Azərbaycana səfərə dəvət edib
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycana dövlət səfəri ilə gələn Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüş keçirib. Bu barədə SİA Vyetnam KİV-inə istinadən xəbər verir. Tərəflər ikitərəfli əməkdaşlığın, o cümlədən parlamentlərin koordinasiyası ilə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. S.Qafarova To Lam Çana Vyetnam Milli Assambleyasının sədri Çan Tan Manı Azərbaycana dəvət məktubunu çatdırıb.
Daha çoxPeruda 5,5 maqnitudalı zəlzələ olub
Peruda Ekvadorla sərhədə yaxın 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Mərkəzin məlumatına görə, zəlzələnin episentri Tumbes şəhərindən 23 km cənub-qərbdə, ocağı isə 45 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Daha çox