“Əməkdaşlığın yol xəritəsini Prezidentin müsahibəsində gördük”

“Azərbaycan Prezidentinin “Vietnam News Agency” agentliyinə müsahibəsi Çinin media orqanları ilə geniş əməkdaşlıqdan sonra başlanmış prosesin davamı və uzantısı kimi dəyərləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O bildirib ki, Azərbaycanın xarici, iqtisadi, ticarət, investisiya əlaqələrinin inkişafında Cənub-şərqi Asiyaya doğru yeni bir istiqamət açılır: “İndiyə kimi bu istiqamətin əsas ağırlıq gücünü Çinə yönəlik görürdük. İndiki şəraitdə Çinlə bağlı planlar və fəaliyyətlər öz yerində qalmaq şərtilə Cənub-Şərqi Asiyanın inkişaf etmiş ölkələrinə, o cümlədən də Vyetnama, digərlərinə yönəlik istiqamətdə yeni fəaliyyətlərin şahidi oluruq. Hansı ki, Azərbaycan Vyetnamla hərtərəfli…

Daha çox

Rusiya və Çin KXDR ilə bağlı açıqlama veriblər…

Rusiya və Çin digər ölkələri Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı güc tətbiqini dayandırmağa çağırıb. SİA xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunmuş Qələbənin 80 illiyi ilə bağlı əməkdaşlığın daha da dərinləşdirilməsinə dair iki ölkənin Birgə Bəyanatında deyilir. Mətndən göründüyü kimi, Rusiya və Çin “müvafiq dövlətləri” Koreya yarımadasında gərginliyi azaltmaq üçün addımlar atmaqla birtərəfli sanksiyalardan və güclü təzyiqlərdən, habelə Şimal-Şərqi Asiyanın hərbiləşdirilməsi kursundan və orada qarşıdurmaya təhrik etməkdən əl çəkməyə çağırır. …Tərəflər əmindirlər ki, suverenliyə qarşılıqlı hörmət və əlaqəli dövlətlərin milli maraqlarının balanslaşdırılmış şəkildə nəzərə alınması Koreya yarımadasındakı…

Daha çox

dostluq və əməkdaşlığın inkişaf yolu

Qlobal siyasi və iqtisadi münasibətlərin çağdaş mərhələyə qədəm qoyduğu, dünya gündəminin sürətlə dəyişdiyi bir dövrdə Azərbaycan beynəlxalq əməkdaşlıq əlaqələrini yeni coğrafiyalara doğru genişləndirməkdədir. Bu baxımdan, Asiya-Sakit okean regionu, xüsusilə də Vyetnam Sosialist Respublikası ilə münasibətlərin inkişafı mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il mayın 6-da “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə bu istiqamətdə mühüm bir siyasi siqnal olmaqla yanaşı, iki ölkə arasında artan qarşılıqlı marağın və strateji əməkdaşlığın bariz nümunəsidir. Dövlət başçısı müsahibəsində tarixi əlaqələrdən tutmuş müasir dövrdə iqtisadi, enerji, humanitar və beynəlxalq əməkdaşlıq sahələrinə qədər geniş…

Daha çox

Hindistanın “Sindur əməliyyatı” haqqında nə məlumdur..?

“Sindur” böyük simvolik əhəmiyyət kəsb edir… …SİA-nın məlumatına görə, BBC xəbər verir ki, “Sindur əməliyyatı” çərşənbə axşamından çərşənbəyə keçən gecə Hindistanın Pakistana həyata keçirdiyi hava zərbələrinin kod adıdır. 26 hindistanlı turistin ölümü ilə nəticələnən Pahalqam hücumuna cavab olaraq Yeni Dehli Pakistan və Pakistanın idarə etdiyi Kəşmirdə 9 hədəfi vurduğunu bildirib. Hindistanın bəyanatında bu yerlərin “terror infrastrukturu” olduğu bildirilir. Pakistan, öz növbəsində, yalnız altı hədəfin zədələndiyini iddia edib və Hindistanın qisas alacağını vəd edərək, terrorçuları dəstəkləmək ittihamlarını rədd edib. … “Sindur əməliyyatı” adı Hindistanda həm vətəndaşlar,…

Daha çox

Milli Qəhrəman İlqar Mirzəyevin anım mərasimi keçirilib

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günü münasibətilə mayın 8-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu onun məzarını ziyarət edib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Hərbi qulluqçular, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri və məktəblilərin iştirak etdiyi anım mərasimi şəhidlərimizin ruhuna duaların oxunması ilə başlayıb. Daha sonra mərasim iştirakçıları İ.Mirzəyevin məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüblər. Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin…

Daha çox

Azərbaycanın Baş naziri To Lamla görüşüb

Baş nazir Əli Əsədov Azərbaycanda dövlət səfərində olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin (VKP MK) Baş katibi To Lam ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüş əsnasında Əli Əsədov səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə (VKP MK) Baş katibi To Lam arasında aparılan danışıqların əhəmiyyətini qeyd edib. Bu danışıqların, həmçinin əməkdaşlığın müxtəlif sahələrini əhatə edən imzalanan sanballı ikitərəfli sənədlər paketinin iki dost ölkənin dövlətlərarası əlaqələri tarixində yeni səhifə açacağına əminlik ifadə olunub. Vurğulanıb ki, Azərbaycan-Vyetnam münasibətləri çox qədim və zəngin ənənələrə malikdir. Qarşılıqlı…

Daha çox

İngiltərədə universitetlərin 40 faizdən çoxu maliyyə çətinlikləri ilə üz-üzədir

İngiltərədə ali təhsil müəssisələrini tənzimləyən “Office for Students” təşkilatının yeni hesabatına görə, ölkədəki universitetlərin 40 faizdən çoxu bu ilin yayına qədər maliyyə kəsiri ilə üzləşəcək. AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hesabatda universitetlərin maliyyə durumunun pisləşməsinin əsas səbəbi Böyük Britaniyaya gələn beynəlxalq tələbələrin sayının azalması olduğu bildirilib. Xüsusilə 2024-cü ilin yanvarında qüvvəyə minən viza qaydalarındakı dəyişikliklər bu sahəyə ciddi təsir göstərib. Hesabatda həmçinin qeyd olunub ki, qeydiyyatda olan 270 ali təhsil müəssisəsindən 117-si, yəni 43 faizi iyul ayına qədər zərərlə fəaliyyət göstərəcəyini bildirib. Bu, universitetlərin ardıcıl üç ildir maliyyə çatışmazlığı…

Daha çox

Azadlığın İllüziyası – Rəqəmsal Panoptikon Çağı

“Hər şeyin göründüyü, heç kimin gizlənə bilmədiyi bir dünya düşün”. İnsan öz azadlığını necə və nə zaman itirdiyini hiss etməz çox vaxt. Xüsusilə də bu itki ona bər-bəzəkli təqdim olunursa, azadlıq yoxluğu belə zövqlə yaşanır. Biz indi elə bir dövrdəyik: ekranlardan boylanan nəzarət qüllələri, telefonlarımızın içində yerləşən gözlər və könüllü şəffaflıq illuziyası. Bu yeni dünya Panoptikonun özüdür, özü də rəngli, cazibədar, aldadıcı bir şəkildə. Və biz bu dünya içində görünmədiyimizi sandığımız halda, daim izlənildiyimizi bilən könüllü məhbuslarıq. Panoptikon nə idi, nə oldu? 18-ci əsrdə Jeremy Bentham tərəfindən irəli sürülmüş Panoptikon…

Daha çox

Paytaxtın 5 müntəzəm marşrutunun hərəkət sxemi dəyişdirilir

Bakının Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinə qədər nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar 9 may tarixindən 2, 9, 11, 24 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdiriləcək. SİA-nın məlumatına görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA ) bildirilib ki, 2 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla küçələri ilə hərəkət edəcək. 9 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla (son dayanacaq) küçələri ilə təşkil olunacaq. 11 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz küçələri ilə hərəkət edəcək. 24…

Daha çox