“Hindistan-Pakistan müharibəsi dünyaya təsir edir”

“Hindistan-Pakistan müharibəsi təbii ki, dünyaya təsir edir. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları və Çin Xalq Respublikası arasında rəqabət gedir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi-ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, bu rəqabətdə Çinin iqtisadi cəhətdən dünyaya daha çox mal satmasının qarşısını alırlar, ticarət dövriyyəsini minimuma endriməyə çalışırlar: “Əslində Rusiya-Ukrayna müharibəsinin bir səbəbi də odur ki, Rusiya üzərindən Avropa bazarına Çin mallarının çıxmasının qarşısı alındı. İndi də Çin malları dünya bazarına Pakistan üzərindən həyata keçirilir. Bunu da yenə əngəlləmək istəyirlər. Bilirsiniz ki, Hindistanla Çin rəqabətdədir. Hindistan da ABŞ-nin yanında yer alır.…

Daha çox

Kallas Putin tribunalına doğru son addım elan edib..?

Xüsusi tribunalın layihəsi hazırdır və siyasi təsdiqini gözləyir. …Mayın 9-da Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Lvovda Kiyevə müdafiə üçün daha 1 milyard avro ayrıldığını, eləcə də Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunalın yaradılmasında son addımı elan edəcək. SİA xəbər verir ki, DW müxbirinin verdiyi məlumata görə, Kallas cümə axşamı, mayın 8-də Varşavada Avropa İttifaqı xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə müvafiq bəyanatla çıxış edib. …Sabah biz müharibə cinayətləri, təcavüz cinayətləri üzrə tribunalın yaradılması üçün yekun siyasi təsdiqi verəcəyik. Bunu da…

Daha çox

İkinci Dünya Müharibəsində qazanılan QƏLƏBƏNİN TARİXİ VƏ ƏNƏNƏLƏRİ

İkinci Dünya Müharibəsində Qələbə Günü sovet və rus xalqlarının tarixində böyük və müqəddəs bayram hesab olunur. Bu bayram hər il may ayının 9-da qeyd olunur. 2025-ci ildə Qızıl Ordunun nasist Almaniyası üzərində tam və qeyd-şərtsiz qələbə qazanmasından düz 80 il keçir. Bu müddət ərzində 9 may tarixi, onun simvolları və adət-ənənələri haqqında kifayət qədər məlumat var. Qələbə gününün tarixi 1945-ci il mayın 9-da Qızıl Ordu Berlində tarixi qələbəyə imza atdı. Uğurlu hücum əməliyyatı mayın 2-də başa çatdı və bir həftə sonra Almaniyanın qeyd-şərtsiz təslim olması aktı imzalandı. Moskva vaxtına çevrildikdə,…

Daha çox

VKP Mərkəzi Komitəsinin Baş katibinin Azərbaycana səfəri başa çatıb

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycan Respublikasına dövlət səfəri mayın 8-də başa çatıb. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini hava limanında Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.

Daha çox

“NASA 2026-cı ildə Marsa raket göndərə bilər..?”

…Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) tezliklə Marsa raket göndərmək variantlarını nəzərdən keçirir. …Biz 2026 və 2028-ci illərdə buraxılış pəncərələri də daxil olmaqla bütün variantları qiymətləndiririk ki, nəticədə Marsa insanları endirməyə imkan verəcək texnologiyaları sınaqdan keçiririk. SİA-nın məlumatına görə, “Politico” bunu NASA-nın mətbuat katibi Betanu Stivens-ə istinadən bildirir. …Bu, 2026 və 2028-ci illər nəzərdə tutulur, çünki bu, Yer və Marsın bir-birinə ən yaxın olacağı dövrlərdir və bu, uçuşlar üçün əlverişlidir. Politico-nun qeyd etdiyi kimi, NASA-nın bəyanatı kosmosun tədqiqində prioritetlərin dəyişdirilməsindən xəbər verir, çünki ABŞ Konqresi artıq Ayın kəşfiyyatı proqramını…

Daha çox

AZƏRTAC və Vyetnamın VNA agentliyi tərəfdaşlıq müqaviləsi imzalayıb

Xəbər verildiyi kimi, mayın 7-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Vyetnam Xəbər Agentliyi (VNA) arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə mayın 8-də AZƏRTAC-da keçirilən görüşdə mübadilə olunub. SİA-nın məlumatına görə, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin Vyetnamın Bakıda səfərdə olan VNA xəbər agentliyinin Baş direktoru xanım Vu Viet Trang ilə görüşündə agentliklərin əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycan və Vyetnam əlaqələrinin müxtəlif istiqamətlərdə inkişaf etdiyini deyən Vüqar Əliyev informasiya sahəsində də münasibətlərin yüksələn xətlə davam etdiyini diqqətə çatdırıb. Bildirib ki, AZƏRTAC və VNA uzun illərdir uğurla əməkdaşlıq edir və imzalanan…

Daha çox

Münasibətlər bütün istiqamətlər üzrə dinamik inkişaf edir

Azərbaycan ilə Vyetnam arasında yarım əsrdən artıq davam edən dostluq münasibətləri mövcuddur. Bu münasibətlərin əsası 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri ilə qoyulub. Həmçinin, 1983-cü ildə o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin Vyetnama etdiyi səfər tərəflər arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb. Bu əlamətdar görüşlər, ölkələrimiz arasında əməkdaşlığın təməlini təşkil edib. Dövlət başçımız cənab İlham Əliyevin 2014-cü ildə Vyetnama etdiyi dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycana rəsmi səfəri…

Daha çox

Hyundai Rusiyaya “qayıdır”..?

…Ticarət nişanları Rusiyada avtomobil istehsalçısı Hyundai tərəfindən qeydiyyata alınıb. SİA-nın məlumatına görə, TASS xəbər verir ki, Rospatentdən verilən məlumata görə, ümumilikdə bunlardan üçü var – Hyundai ix10, Hyundai ix40 və Hyundai ix50. Qeyd olunur ki, əmtəə nişanları mal və xidmətlərin beynəlxalq təsnifatının on ikinci sinfinə uyğun olaraq qeydə alınır. Buraya avtomobillər, onlar üçün ehtiyat hissələri və aksessuarlar daxildir. Daha əvvəl bildirilmişdi ki, Hyundai dörd ticarət nişanını Rospatentdə qeydiyyatdan keçirib. Onlar 2024-cü ildə yenidən təqdim edilib və 2025-ci ilin aprelində 2034-cü ilə qədər etibarlılıq müddəti ilə təsdiqlənib. DP-nin sitat gətirdiyi ekspertlər…

Daha çox

Azərbaycan-Vyetnam münasibətləri

Coğrafi cəhətdən uzaq məsafədə olmalarına baxmayaraq, 66 ilə söykənən Azərbaycan və Vyetnam tarixi dostluq, tərəfdaşlıq münasibətlərinə malikdir. İki ölkə əsas sektorlarda praqmatik yanaşma və ümumi maraqlara əsaslanan davamlı və qarşılıqlı faydalı əlaqələr qurur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə zamanı bu məsələyə xüsusi ilə toxunaraq bildirdi ki, “Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Azərbaycan – Vyetnam münasibətlərini təhlil edərkən Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin rolunu xüsusi ilə qeyd etmək lazımdır. Onun bu ölkəyə…

Daha çox

“Ölkəmizdə hal-hazırda utilizasiya prosesinə strat verilib”

“Bildiyiniz kimi ölkəyə yaşı 10 ildən yuxarı olan avtomobillərin girişi qadağan olunub. Buda əlbəttə ki, bizim avto-parkın yenilənməsi ilə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev deyib. Onun sözlərinə görə, bizim avto-parkın ötən ilin son nəticələrinə görə, 80 faizdən yuxarış yaşı 10 ili keçmiş avtomibillər idi: “Amma bu son illər elektrik və hybrid avtomobillərinin ölkəyə gətirilməsi və gömrük rüsumlarının və əlavə dəyər vergisinin ləğvi məsələsi bizim avto-parklarımızın yenilənməsinə səbəb olub. Lakin hal-hazırda da, avto-parkımızda köhnə avtomobillər var. Lakin hamının bildiyi kimi ölkəmizdə hal-hazırda utilizasiya prosesinə…

Daha çox