Qızılın qiyməti rekord hədlərə yaxınlaşır

“Son günlər ərzində qlobal əmtəə bazarlarında qızılın qiymətində ardıcıl artım tendensiyası müşahidə olunur. Bu artım, xüsusilə dünyadakı geosiyasi qeyri-müəyyənliklər, dünya iqtisadiyyatında tənəzzül təhlükəsi və mərkəzi bankların qızıl ehtiyatlarına tələbinin rekord həcmdə artması ilə izah olunur”. Bu sözləri SİA-ya açıqlamasında Zərgərlər Assosiasiyanın İdarə heyətinin sədrinin müavini Rövşən Əmircanov deyib. Onun sözlərinə görə, hazırda London Əmtəə Birjasında (LBMA) qızılın bir unsiyasının qiyməti 3,380–3,400 ABŞ dolları aralığında dəyişir ki, bu da tarixi maksimuma yaxın səviyyə hesab olunur: “Bu göstəricilər fonunda müxtəlif əyar dərəcələrinə malik qızıl məmulatlarının qramla satış qiymətləri təxmini olaraq aşağıdakı kimidir:…

Daha çox

İlham Əliyev toplantı iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. SİA-nın məlumatına görə, müraciətdə deyilir: “Hörmətli Zirvə Toplantısının iştirakçıları, Sizi Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının açılışı münasibətilə səmimiyyətlə salamlayıram. Builki Zirvə Toplantısı əlamətdar hadisə – Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin qurulmasının 40-cı ildönümünə təsadüf edir. Bu münasibətlə Vəqfin bütün üzvlərini ürəkdən təbrik edirəm. 1985-ci ildə sülh və dialoq təşəbbüsü olaraq təsis olunmuş Vəqf bu gün öz sıralarında nüfuzlu siyasətçiləri, politoloqları, iqtisadçıları, akademik dairələrin nümayəndələrini və iş…

Daha çox

Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. SİA xəbər verir ki, sərəncama əsasən, Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 5 milyon manat vəsait ayrılıb.

Daha çox

Azərbaycan Cənubi Qafqazda var qüvvəsi ilə çalışır

Hazırda bölgənin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranıb. SİA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır.

Daha çox

“Dəyişikliklər yeniliklərlə yanaşı pis vərdişlər də gətirir”

“Ailə tərbiyəsi və pedaqogika sahəsində müxtəlif vaxtlarda pis vərdişlərlə bağlı çoxlu sayda mübarizə metodları, əxlaqi, mənəvi, kamilləşmə ilə bağlı xüsusi inkişaf yolları olub. Təəssüflər olsun ki, bütün bunlar bütövlükdə cəmiyyətin bütün nümayəndələrini düzgün yola, kamilləşmə yoluna apara bilməyib”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının yaradıcısı, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. O bildirib ki, hər dövrün özünəməxsus pis vərdişləri olur: “Bəzi pis vərdişlər qısamüddətli, bəziləri isə uzunmüddətli olur. Vaxtilə toylarda dava salmaq, Bakı şəhərində…

Daha çox

Sahibə Qafarova vyetnamlı həmkarını Azərbaycana səfərə dəvət edib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycana dövlət səfəri ilə gələn Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüş keçirib. Bu barədə SİA Vyetnam KİV-inə istinadən xəbər verir. Tərəflər ikitərəfli əməkdaşlığın, o cümlədən parlamentlərin koordinasiyası ilə daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. S.Qafarova To Lam Çana Vyetnam Milli Assambleyasının sədri Çan Tan Manı Azərbaycana dəvət məktubunu çatdırıb.

Daha çox

Peruda 5,5 maqnitudalı zəlzələ olub

Peruda Ekvadorla sərhədə yaxın 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib. Mərkəzin məlumatına görə, zəlzələnin episentri Tumbes şəhərindən 23 km cənub-qərbdə, ocağı isə 45 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Daha çox

Bakının bir hissəsində hərəkət tam şəkildə məhdudlaşdırılacaq

Bakının Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi və istismara verilməsi işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, aparılan əsaslı yenidənqurma işləri zamanı yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalının azaldılması məqsədilə hərəkətin tam şəkildə məhdudlaşdırılması zərurəti yaranıb. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. Məlumata əsasən, qeyd olunanları nəzərə alaraq mayın 9-da saat 00:00-dan başlayaraq Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli Xan Xoyski küçəsinə qədər, tam şəkildə nəqliyyat vasitələrinin…

Daha çox

Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfədən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı üzərindən 201 min 837 ədəd bilet satılıb. SİA bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 2024-cü ilin ilk 4 ayı ərzində isə onlayn qaydada 97 min 79 bilet satılmışdı. Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 80 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 319 reys olmaqla 371nəqliyyat vasitəsi…

Daha çox

Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir

Tarixi proseslərin gedişatı göstərir ki, hər bir millətin və dövlətin ən çətin anlarında və taleyüklü məqamlarında onu doğru yola aparan, sözün əsil və məcazi mənasında döyüş meydanında qələbəyə səslənən rəhbərə, şəxsiyyətə və liderə ehtiyac yaranır. Belə ki, tarixi şəxsiyyətlər də xüsusi missiyanın daşıyıcısı olaraq xalqın, millətin digər nümayəndələrindən fərqlənərək, xalqın arasından çıxaraq kütlənin önündə bayraqdar olmaq missiyası ilə doğulur, bu missiyanın da daşıyıcısı olaraq həyatını şəxsi maraqlara deyil, ümummilli maraqlara həsr və fəda edirlər. Bu tarixi missiya müstəqil və müasir Azərbaycan dövlətini yenidən inşa edən, onun adının dünya müstəvisində öndə…

Daha çox