“XXI əsr, dünya iqtisadiyyatının sürətlə dəyişdiyi, insanların maddi tələbatlarının artdığı bir dövrə çevrilmişdir”. Bu sözləri SİA-ya açıqlamasında sosial və mənəvi məsələlər üzrə ekspert Ramal Əliyev deyib. O bildirib ki, hər bir insanın həyatında maddi imkanlar vacibdir, çünki bu imkanlar yalnız şəxsi həyatın keyfiyyətini deyil, həm də ümumi sosial rifahı təyin edir: “İnsanın maddi tələbatları bir çox sahəni əhatə edir: ev, minik vasitələri, təhsil, sağlamlıq və sair. Lakin bu tələblər ilə insanların gəlirləri arasındakı balans bəzən ciddi problemlər yaradır. Əksər hallarda, insanın istədiyi maddi mülklərə sahib olmaq üçün çox çalışması və…
Daha çoxDay: May 8, 2025
Qarabağdakı sənaye parklarının rezidentlərinə 8 milyon manata yaxın azadolma tətbiq olunub
Bu il mayın 1-nə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki sənaye parklarının rezidentlərinə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və xammala görə 142 təsdiqedici sənəd verilib, nəticədə 8 milyon manata yaxın vergi və rüsumlardan azadolma tətbiq olunub. SİA bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir. Xatırladaq ki, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında investisiya kapitalı 400 milyon manata yaxın olan 45 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Onlar 4 mindənartıq daimi iş yeri yaratmağı planlaşdırırlar. Artıq bu sənaye parklarında görülmüş işlərə…
Daha çoxAzərbaycan oğulları İkinci Dünya Müharibəsinin qəhrəmanlarıdır
Rusiyada hazırlanan “pamyat-naroda.ru” saytı isə Azərbaycana qarşı qərəz nümayiş etdirib Dünya yaranandan mala-mülkə, insan əsarətinə, torpaq ilhaqına susamış baş cəlladlar fitnə-fəsadla müharibələr törətmişlər. Nəticədə yüz minlərlə insan müharibələrin qurbanı olmuş, minlərlə şəhər, kənd və qəsəbələr dağdılaraq məhv edilib. Yəqin ki, bundan sonra da müharibələrdən qaçmaq mümkün olmayacaq. Albert Eynşteyn deyirdi ki, super gücə malik hegemon dövlətlər olduqca, müharibələr həmişə olacaqdır. Bəşər tarixində ən qanlı savaş kimi tarixə düşən İkinci Dünya müharibəsindən çox yazılıb, danışılıb, bədii və sənədli filmlər çəkilib. Amma hələ də çox suallara, bir çox mətləblərə tam aydınlıq gətirilməyib.…
Daha çoxAzərbaycan-Vyetnam Birgə Biznes Şurası yaradılır
Azərbaycan və Vyetnam iş adamları arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Biznes Şura yaradılır. Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri çərçivəsində “Bakı KOB evi”ndə KOBİA və Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında Azərbaycan-Vyetnam Biznes Şurasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və VINEN-in prezidenti Dinh Viet Hoa imzalayıblar. Azərbaycan-Vyetnam Biznes Şurası hər iki ölkənin sahibkarlarının təşəbbüslərini dəstəkləyəcək, iş adamları arasında əlaqələrin…
Daha çox“Onun ən böyük şah əsəri bugünkü müstəqil Azərbaycan dövlətidir”
“Heydər Əliyevin ən böyük xüsusiyyəti öz xalqını sevməsidir”. SİA xəbər verir ki, bu sözləri “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclasda deputat Aydın Hüseynov deyib. O bildirib ki, Ulu Öndər vəzifədə olduğu müddətdə bütün enerjisini xalqına sərf edib: “Sonrakı mərhələdə Azərbaycana rəhbərlik edərək siyasi büronun üzvü mərhələsinə qədər yüksəldi. Onun ən böyük şah əsəri bugünkü müstəqil Azərbaycan dövlətidir. Siyasi, iqtisadi qələbələrimiz haqqında dəfələrlə söz açmışıq. Azərbaycanın dünəni, bu günü Ulu Öndərin uğurlarının nəticəsidir. Ulu Öndərdən sonra siyasət davam etdirilib. Biz İlham Əliyevin bu siyasəti uğurla davam etirdiyi üçün minnətdarıq.…
Daha çoxQadınlar hansı kişilərdən uzaq dururlar?
“Təbiidir ki, qadından-qadına çox fərq var. Bəzən demək olar ki, 80 faiz qadınlar daha çox onlara sahiblənən bəyləri sevirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib. Onun sözlərinə görə, hətta kriminal şəxsiyyət tipi olan kişiləridə qadınlar çox vaxt bəyənir və onlara üstünlük verirlər: “Çünki o kişilərin qadına qarşı sayğısı, qadına qarşı qoruma mövqeyi, qadını daha uca tutması, qadını daha diqqətdə saxlaması qadınların xoşuna gəlir. Qadınlar seviləndə, qadınlar qısqanılanda düşünürlər ki, biz sevilirik. Bir balaca diqqət əskikliyi olduğu zamanda qadınlar pis olmağa başlayır və kompleksə düşürlər. Bir kişi bir qadını…
Daha çoxSOCAR karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni mərhələyə start verib
Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) həyata keçirilən transformasiya layihəsi çərçivəsində karbohidrogen ehtiyatlarının idarə olunmasında yeni bir mərhələyə start verilib. Bu barədə SİA-ya SOCAR-dan məlumat verilib. Bildirilib ki, bu istiqamətdə SPE/PRMS standartlarına keçid prosesinə başlanılıb. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, birinci mərhələ – keçid dövrü ərzində 22 əsas yataqda SPE/PRMS sisteminə uyğun idarəetmə modeli tətbiq ediləcək, ikinci mərhələdə digər yataqların bu sistemə inteqrasiyası həyata keçiriləcək. Pilot layihədə isə “Qərbi Abşeron” yatağında daxili resurslar hesabına SPE/PRMS standartlarına uyğun ehtiyat hesablaması aparılacaq. Bu məqsədlə, “upstream” sahəsində çalışan bir sıra…
Daha çox“Biz 44 günlük savaşdan geri dönəndə Heydər Əliyevin atdığı təməli görürük”
“Biz 44 günlük savaşdan geri dönəndə Heydər Əliyevin atdığı təməli görürük”. SİA xəbər verir ki, bu sözləri “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclas zamanı deputat Fazil Mustafa deyib. O bildirib ki, ən böyük səbəb onun real tarixi doğru oxuması idi: “Hətta uğurunun səbəbi budur. Bir çıxışında Heydər Əliyev fikir söylədi ki, biz tarixdə Azərbaycan Xalq Cumhuriyyətinin ənənlərini davam etdirərək bu inkişafı irəli aparacağıq. O dövrdə də bütün fəaliyyətini buna sərf etmiş oldu. Konstitusiyanın qəbulu ilə Azərbaycanın inkişafına zəmin yaratdı. Hər dəfə tarix irəlilədikcə Heydər Əliyev obrazının yeniləşməsinin şahidi…
Daha çoxAzercell tərəfdaşlığı ilə keçirilən “Baku Flames” festivalı dünyanın aparıcı reklam və yaradıcılıq sahəsinin mütəxəssislərini bir araya gətirdi
Lider mobil operator “Baku Flames” Beynəlxalq Yaradıcılıq və Effektivlik Festivalının rəsmi tərəfdaşı qismində çıxış edib. Qlobal reklam və kreativ sənaye nümayəndələrinin qatıldığı bu tədbir çərçivəsində Azercell-in təşkil etdiyi “Tatamidən kənarda – Daha yaxşı gələcək naminə mübarizə” adlı panel sessiyası iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb. Panel zamanı korporativ tərəfdaşlıqların sosial təsiri, gənclər arasında sağlam həyat tərzinin təşviqi və idman dəyərlərinin cəmiyyətə inteqrasiyası mövzularında müzakirələr aparılıb. “Endorphin” kreativ agentliyinin direktoru Orxan Kərimin moderatorluğu ilə keçirilən paneldə Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad…
Daha çoxBakı Şəhər Prokurorluğunun yeni korpusunun açılışı və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib
Mayın 8-də Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılışı və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin komitə sədrləri, deputatlar, Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri və prokurorluq əməkdaşları, habelə digər hüquq-mühafizə orqanlarının nümayəndələri və jurnalistlər iştirak ediblər. Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Yeni inşa olunmuş korpusla tanış olan iştirakçılara bildirilib…
Daha çox