Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Mayın 7-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,70% – 41,113.97 bəndədək, S&P 500 indeksi 0,43% – 5,631.28 bəndədək, Nasdaq indeksi isə 0.27% – 17,738.16 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında mayın 7-də FTSE 100 indeksi 0.44% – 8,559.33 bəndədək, Almaniyanın DAX indeksi 0.57% – 23,115.96 bəndədək, Fransanın CAC-40 indeksi isə 0,91% – 7,626.84 bəndədək azalıb. Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.10% artaraq 1.1312 dollar təşkil edib.

Daha çox

Taksi tapmag cetinlesib sebebi nedir?

“Son illərdə Bakı şəhərində taksi tapmaq əvvəlki illərlə müqayisədə daha da çətinləşib. Xüsusilə səhər və axşam pik saatlarında, eləcə də yağışlı və soyuq havalarda sərnişinlərin taksi axtarışında çətinlik çəkməsi adi hala çevrilib. Bu vəziyyətin bir neçə əsas səbəbi mövcuddur ki, onlar həm iqtisadi, həm sosial, həm də texnoloji amillərlə bağlıdır”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, ilk növbədə, yanacaq qiymətlərinin artması sürücülərin gündəlik qazancına mənfi təsir göstərir. Avtomobilin saxlanılması, texniki xidməti və ehtiyat hissələrinin bahalaşması fonunda qazancın azalması bir çox sürücünü bu sahədən…

Daha çox

Qızılın ucuzlaşması davam edir

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 0,07% azalaraq 3 389,4 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə 0,62% artaraq 32,99 ABŞ dolları olub.

Daha çox

1995-ci ildə qəbul edilmiş Azərbaycan Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb

Heydər Əliyev iyirminci və iyirmi birinci əsrlərdə Azərbaycanı parçalanmaqdan, yox olmaqdan xilas edərək ölkəni hüquqi, demokratik və müstəqil dövlət kimi yenidən inşa edib. SİA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı şəhər prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib. O bildirib ki, ölkə başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycan dövlətçiliyinin əsas sütunlarının bir daha təhlil edilməsi və mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası…

Daha çox

Kapital Bank-ın 30 000 000 manat həcmində istiqraznın abunə yazılışı başladı

7 may 2025-ci il tarixində Kapital Bank-ın 30 000 000 (otuz milyon) manat həcmində istiqrazlarının abunə yazılışına bankın filial və şöbələrində start verilib. SİA xəbər verir ki, istiqraz sahibi olmaq istəyən müştərilər 21 may 2025-ci il tarixinədək ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər. Kapital Bank-ın manat istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 11% artıra bilər. Təklif edilən istiqrazların hər birinin nominal dəyəri 100 AZN, faizlərin ödəniş dövrü 30 gündən bir, tədavül müddəti 1 ildir. Maliyyə bazarının bu unikal təklifi müştərilərə aylıq gəlir qazandırır. Qeyd…

Daha çox

dünəni, bu günü və sabahı”

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə Nəqliyyat və Kommunikasiya əlaqələri: dünəni, bu günü və sabahı” adlı elmi seminar keçirilib. SİA xəbər verir ki, Bakı Atatürk Mədəniyyət Mərkəzində təşkil olunan seminar çərçivəsində Türkiyə-Azərbaycan əlaqələrindən danışılıb, nəqliyyatın iqtisadiyyatın aparıcı qüvvəsi olduğu vurğulanıb. Həmçinin, Ümummilli Lider Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadiyyatına verdiyi töhfələrdən danışılıb, bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bildirilib.

Daha çox

Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir. SİA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir və Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılış mərasimində deyib. Onun sözlərinə görə, dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini qoruyub saxlayaraq hüquqi dövlətin təməlini möhkəmləndirib, Prezident İlham Əliyevin rəhbərliyi altında isə dövlət suverenliyi tam təmin edilərək ərazi bütövlüyü bərpa olunub. Baş prokuror həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə orqanlarının inkişafı və müasirləşdirilməsi istiqamətində…

Daha çox

Ulu Öndərin 102-ci ildönümü münasibətilə ağacəkmə kampaniyası keçirilib

Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə Xətai İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı, SƏS Media Qrupu və “SSAL-2” şirkətinin təşkilatçılığı ilə ağacəkmə kampaniyası keçirilib. SİA xəbər verir ki, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə simvolik olaraq 102-i ağac əkilib. Həmin ağaclardan 51-i küknar, 51-i isə eldar şamıdır. Bununla yanaşı tədbirdə millət vəkilləri, ictimai-siyasi xadimlər və digər şəxslər iştirak ediblər.

Daha çox

Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib

Ali Məhkəmənin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransında iştirak etmək üçün Türkiyənin Antalya şəhərində səfərdə olub, Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib. Bu barədə SİA-ya Ali Məhkəmədən məlumat verilib. İnam Kərimov çıxışında qeyd edib ki, Türk Dövlətlərinin Ali Məhkəmələrinin vahid platformada növbəti dəfə bir araya gəlməsi birgə dəyərlər və ortaq hüquqi irs əsasında əməkdaşlığı gücləndirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüsün rəsmi təməlinin 2023-cü ilin 19 oktyabrında Azərbaycanın Şuşa şəhərində imzalanmış Bəyannamə ilə qoyulduğunu xatırladan sədr Konfransın hüquqi əməkdaşlığın başlanğıcı üçün mühüm…

Daha çox

“Azercell Telekom” MMC bəzi tarif paketlərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı açıqlama yaydı

“Azercell Telekom” MMC abunəçilərə təqdim etdiyi bəzi tarif paketilərinin istifadə şərtlərinin dəyişməsi ilə bağlı mediada yayılan məlumatlara aydınlıq gətirib: Yayımlanan açıqlamada bildirilir ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqaviləsinin 2.7.-ci maddəsinə əsasən yalnız abunəçilər üçün daha əlverişli, güzəştli və sərfəli vəziyyət yaradılan zaman tariflər Azercell tərəfindən birtərəfli qaydada öz mülahizəsinə əsasən dəyişdirilə bilər. Digər hallarda isə kütləvi informasiya vasitələri (“KİV”) ilə abunəçiləri öncədən xəbərdar etməklə mövcud qanunvericiliyə uyğun olaraq sərbəst şəkildə dəyişdirilə bilər. “Azercell Telekom” MMC bildirir ki, bütün dəyişikliklər abunəçilərin istifadəsinə verilən nömrələrlə…

Daha çox