Rusiya və Çin digər ölkələri Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı güc tətbiqini dayandırmağa çağırıb.
SİA xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunmuş Qələbənin 80 illiyi ilə bağlı əməkdaşlığın daha da dərinləşdirilməsinə dair iki ölkənin Birgə Bəyanatında deyilir. Mətndən göründüyü kimi, Rusiya və Çin “müvafiq dövlətləri” Koreya yarımadasında gərginliyi azaltmaq üçün addımlar atmaqla birtərəfli sanksiyalardan və güclü təzyiqlərdən, habelə Şimal-Şərqi Asiyanın hərbiləşdirilməsi kursundan və orada qarşıdurmaya təhrik etməkdən əl çəkməyə çağırır.
…Tərəflər əmindirlər ki, suverenliyə qarşılıqlı hörmət və əlaqəli dövlətlərin milli maraqlarının balanslaşdırılmış şəkildə nəzərə alınması Koreya yarımadasındakı problemlərin həlli üçün vacib şərtlərdir.
Bu, bəyanatda deyilir.
Rusiya və Çin yarımadadakı problemlərin həllinə və Şimal-Şərqi Asiyada uzunmüddətli sülh, eləcə də sabitliyin əldə olunmasına töhfə verməyə hazır olduqlarını bildiriblər. Bundan əvvəl Rusiya KXDR-in Kursk vilayəti uğrunda gedən döyüşlərdə iştirakını ilk dəfə rəsmən etiraf edib.
Prezident Vladimir Putin Şimali Koreya döyüşçülərinə təşəkkür edərək, onların beynəlxalq hüquq normalarına tam uyğun hərəkət etdiklərini, həmçinin 2024-cü ilin iyununda imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinə uyğun hərəkət etdiklərini qeyd edib.
Əli Babayev