Milli Məclis bugünkü xüsusi iclasında “Konstitusiya və Suverenlik İli” ilə bağlı bəyanat qəbul edib. SİA bəyanatı təqdim edir: “Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm siyasi əhəmiyyət və rəmzi məna daşımaqla, dövlətin hüquqi əsasları ilə ərazi bütövlüyü və suverenliyi arasında qırılmaz bağlar olduğunu göstərir. Bu sərəncam xalqımızın və dövlətimizin Konstitusiya və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir, ölkəmizin öz dəyərlərinə və mirasına, keçmişin nailiyyətlərinə əsaslanaraq qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirir. Azərbaycan Respublikasının Milli Məclisi son 32 ildə Ümummilli Lider…
Daha çoxDay: May 9, 2025
ABŞ-da lüks yaxta oğurlamağa cəhd edən rusiyalı həbs edilib…
Təqibdən sonra patrul qayıqları yaxtanı manqrov meşələrinə sürüblər… …Xüsusi təyinatlılar və dəniz piyadaları Florida ştatında (ABŞ) 29 yaşlı Rusiya vətəndaşı Nikolay Vilkovu həbs ediblər – o, 2,5 milyon dollar dəyərində yedək gəmisi və 20 metrlik yaxta oğurlamaqda şübhəli bilinir. SİA xəbər verir ki, bu barədə yerli “Miami Herald” nəşri məlumat yayıb. Maraqlıdır ki, rus sonradan lüks bir gəmidə qaçmağa cəhd edib, lakin təqibdən sonra patrul qayıqları yaxtanı manqrov meşələrinə sürüb və təhlükəsizlik qüvvələri hücumçunu təslim olmaqdan imtina etdikdə saxlamaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Qeyd edək ki,…
Daha çoxBir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Bir qrup şəxsə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasında mədəniyyətin və elmin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib: Axundov Elçin Əbdül oğlu Amənzadə Raihə Barxudar qızı Fərəcov Sərdar Fərəculla oğlu Göyüşov Nəsib Cümşüd oğlu Məmmədov Sabir Novruz oğlu Rövşən Ramiz Məmmədəli oğlu Yaqubova Ella İsmayıl qızı. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Daha çoxUkrayna və ABŞ prezidentləri 30 günlük atəşkəsi müzakirə ediblər
Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donaıd Tramp arasında növbəti telefon danışığının detalları bəlli olub. SİA xəbər verir ki, Zelenski teleqram səhifəsində Prezident Trampla birgə hərəkətlər haqqında danışdığını bildirib, Amerika Birləşmiş Ştatlarının çox ehtiyacı olan dəstəyi, Rusiyaya təzyiq göstərmək – sülh naminə təzyiq haqqında, cəbhədəki vəziyyəti, diplomatik işləri müzakirə etdiyini vurğulayıb. “Biz real və davamlı atəşkəsi necə yaxınlaşdıracağımız barədə danışdıq – ən azı 30 gün. Bu, diplomatiyaya çoxlu şans verə biləcək bir məsələdir. Ukrayna tam atəşkəsə hazırdır, elə bu dəqiqədən – 30 günlük atəşkəsə”, – deyə Zelenski əlavə edib.…
Daha çoxFikrət Qocanın 90 illik yubileyi qeyd olunacaq
Fikrət Qocanın 90 illik yubileyi qeyd olunacaq. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənəddə 2025-ci ilin avqust ayında Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın (Fikrət Göyüş oğlu Qocayevin) anadan olmasının 90 ili tamam olduğu qeyd olunub. Sərəncamda Mədəniyyət Nazirliyinə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq şairi Fikrət Qocanın 90 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməsi tapşırılıb.
Daha çoxİtaliya Prezidenti və Baş naziri Papa XIV Leonu təbrik ediblər
İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonu təbrik ediblər. SİA xəbər verir ki, Sercio Mattarella Papa XIV Leoya ünvanlandığı məktubda İtaliya xalqı adından pontifikatın uzun və məhsuldar olmasını arzulayıb. İtaliya Prezidenti hər bir insanın Papa XIV Leonun duasından və mehriban yaxınlığından məhrum qalmayacağına əminliyini ifadə edib. O qeyd edib ki, dünyanın çox hissəsinin qeyri-insani münaqişələrlə sarsıldığı və günahsız insanların bu vəhşiliyin ən ağır nəticələrinə məruz qaldığı bu tarixi məqamda bütün insanlar üçün toxunulmaz hüquqların, ləyaqət və azadlığın təminatı əsasında sülhə əsaslanan…
Daha çoxUlu Öndər Heydər Əliyevin siyasi portretindən ştrixlər
Azərbaycan tarixində xalqla lider arasında yaranan mənəvi bağlılıq nümunələri çox deyil. Ancaq Heydər Əliyev şəxsiyyətində bu bağ sadəcə, siyasi simpatiya deyildi – bu, bir xilaskar inamı, milli qürur və gələcəyə ümid idi. Siyasi portretinə nəzər salanda aydın olur ki, Ulu Öndər Azərbaycan xalqı üçün təkcə rəhbər yox, həm də ümid işığı, təhlükədən çıxış yolu, sabaha gedən yolun bələdçisidir. 1990–1992-ci illər – milli dövlətçiliyin mürəkkəb dövrü XX əsrin sonlarında Azərbaycan Sovet imperiyasının dağılması ilə yeni müstəqil mərhələyə qədəm qoydu. Amma bu mərhələ sevinc yox, daha çox acı ilə başladı. 1990-cı il…
Daha çoxAİ Ukraynaya 1 milyard avro verəcək
Aİ xarici işlər nazirləri mayın 9-da Kiyevə səfəri zamanı Ukraynaya silah istehsalı üçün 1 milyard avro ayrılacağını elan edəcəklər. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib. “Nazirlər sabah Ukraynaya gedəcək və orada ölkənin müdafiə sənayesi üçün 1 milyard avro ayrılacağını elan edəcəklər”, – Kallas deyib.
Daha çox“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının rayon turu İsmayıllıda təşkil olunub
smayıllıda məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilk mərhələsi keçirilib Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektoru üzrə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Qərbi Azərbaycana qayıdış” adlı olimpiadanın birinci mərhələsi uğurla başa çatıb. Tədbirdə rayonun müxtəlif məktəblərindən IX və X sinif şagirdləri biliklərini sınayıblar. SİA-nın bölgə müxbiri xəbər verir ki, olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında Qərbi Azərbaycanın zəngin tarixi, coğrafiyası, mədəni irsi, görkəmli şəxsiyyətləri, ədəbiyyatı, folkloru və toponimləri haqqında bilikləri artırmaq, onlarda milli kimlik və tarixi yaddaşın möhkəmləndirilməsinə töhfə verməkdir. Şagirdlərə həm fərdi, həm də komanda…
Daha çoxBir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin mükafatı veriləcək
Bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatı veriləcək. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Prezident mükafatı veriləcək. Abbasova-Budaqova Afaq Nurəhməd qızı Abdullayev Mətləb Fətəli oğlu Abdullayeva Xurşud Lütvəli qızı Abdurahmanov Yusif Fikrət oğlu Adıgözəlov Yalçın Vasif oğlu Ağasiyev Tural Aydın oğlu Ağaverdiyeva Məsməxanım Aslan qızı Ağayeva Aygül Asəf qızı Allahverdiyeva Naibə Siyavuş qızı Amanova Almaz Hüseyn Aşurov Mustafa Əhməd oğlu Atakişiyev Firdovsi Nurəddin oğlu Babayev Allahverən Hacı oğlu Babayeva İnarə Əhməd qızı Bayramov Səyyad…
Daha çox