Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin yeni seçilmiş Roma Papası XIV Leo Həzrətlərinə təbrik məktubunda deyilir.