Mayın 9-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib.
SİA xəbər verir ki, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, dahi şəxsiyyətin abidəsi önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək, məzarı üzərinə gül dəstələri düzülüb.