Aİ Ukraynaya 1 milyard avro verəcək

Aİ xarici işlər nazirləri mayın 9-da Kiyevə səfəri zamanı Ukraynaya silah istehsalı üçün 1 milyard avro ayrılacağını elan edəcəklər. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib. “Nazirlər sabah Ukraynaya gedəcək və orada ölkənin müdafiə sənayesi üçün 1 milyard avro ayrılacağını elan edəcəklər”, – Kallas deyib.

Daha çox

“Qərbi Azərbaycana Qayıdış” olimpiadasının rayon turu İsmayıllıda təşkil olunub

smayıllıda məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadasının ilk mərhələsi keçirilib Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı Rayon Təhsil Sektoru üzrə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Qərbi Azərbaycana qayıdış” adlı olimpiadanın birinci mərhələsi uğurla başa çatıb. Tədbirdə rayonun müxtəlif məktəblərindən IX və X sinif şagirdləri biliklərini sınayıblar. SİA-nın bölgə müxbiri xəbər verir ki, olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında Qərbi Azərbaycanın zəngin tarixi, coğrafiyası, mədəni irsi, görkəmli şəxsiyyətləri, ədəbiyyatı, folkloru və toponimləri haqqında bilikləri artırmaq, onlarda milli kimlik və tarixi yaddaşın möhkəmləndirilməsinə töhfə verməkdir. Şagirdlərə həm fərdi, həm də komanda…

Daha çox

Bir qrup incəsənət xadiminə Azərbaycan Prezidentinin mükafatı veriləcək

Bir qrup incəsənət xadiminə Azərbaycan Respublikası Prezidentinin mükafatı veriləcək. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, səhnə fəaliyyəti ilə bağlı aşağıdakı aparıcı incəsənət xadimlərinə Prezident mükafatı veriləcək. Abbasova-Budaqova Afaq Nurəhməd qızı Abdullayev Mətləb Fətəli oğlu Abdullayeva Xurşud Lütvəli qızı Abdurahmanov Yusif Fikrət oğlu Adıgözəlov Yalçın Vasif oğlu Ağasiyev Tural Aydın oğlu Ağaverdiyeva Məsməxanım Aslan qızı Ağayeva Aygül Asəf qızı Allahverdiyeva Naibə Siyavuş qızı Amanova Almaz Hüseyn Aşurov Mustafa Əhməd oğlu Atakişiyev Firdovsi Nurəddin oğlu Babayev Allahverən Hacı oğlu Babayeva İnarə Əhməd qızı Bayramov Səyyad…

Daha çox

Uğurlu siyasət kursu Ulu Öndərin azərbaycançılıq konsepsiyasının tərkib hissəsidir

“Bu il Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü sonsuz ehtiramla qeyd edir. Ümummilli Lider Heydər Əliyevin müdrik dövlət xadimi, təcrübəli siyasətçi, müasir müstəqil Azərbaycan dövlətini möhkəm təməl üzərində quran və ölkəni davamlı inkişaf yoluna çıxaran qüdrətli şəxsiyyət kimi həyat və fəaliyyəti yeni tariximizin ən mühüm mərhələsini təşkil edir. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, müasir dövlətçilik tariximiz məhz Heydər Əliyev dühasının çoxşaxəli və məhsuldar fəaliyyətinin canlı salnaməsidir. Ulu Öndər ictimai fikri hər zaman dövrün keyfiyyətcə yeni və pozitiv dəyişikliklərinə hazırlamaq, yaranmış tarixi şəraitə uyğun…

Daha çox

Roma Katolik Kilsəsinin rəhbəri Robert Fransis Prevost olub

Yeni – 267-ci Roma Katolik Kilsəsinin rəhbəri ABŞ-dan olan kardinal Robert Fransis Prevost seçilib. SİA xəbər verir ki, katoliklərin yeni ruhani lideri Müqəddəs Pyotr Kilsəsinin eyvanından dünyaya tanıdılıb. Onun adı Leo XIV olacaq. Uzun illər Peruda işləyən 69 yaşlı Prevost yoxsullara münasibəti və immiqrasiya siyasətləri baxımından Papa Fransisklə oxşar fikirlərə sahibdir. Robert Fransis Prevost ABŞ-dan seçilən ilk Papadır.

Daha çox

“Heydər Əliyevin siyasi kursunun bəhrələrini görürük”

“Azərbaycan xalqı Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin doğum gününü daim xüsusi fəxr və qürurla xatırlayır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib. O bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dünya durduqca xalqımızın yaddaşından silinməyəcək və qəlbində yaşayacaq: “Məlumdur ki, Heydər Əliyev hələ Dövlət Təhlükəsizliyi Xidməti sıralarında çalışdığı dövrdə daim təhlükəsizlik orqanlarının milliləşməsi ilə bağlı çox ciddi siyasət həyata keçirib. Ölkədə milli kadrların yetişdirilməsi, bu sahədə milli gənclərin, vətənpərvər insanların irəli çəkilməsi prosesi onun əsas iş prinsipi olmuşdur. Ondan…

Daha çox

Avropa Ay proqramlarının kəsilməsinə reaksiya verir…

…Avropa Kosmik Agentliyi (ESA) ABŞ prezidenti Donald Trampın administrasiyasının təklif etdiyi büdcə variantına daxil olan NASA ilə birgə Orion və Gateway Ay proqramlarında mümkün ixtisarlara cavab verib. SİA-nın məlumatına görə, bu barədə “European Spaceflight” (ES) nəşri yazır. Nəşr xatırladır ki, Ağ Evin büdcə təklifi NASA-nın xərclərini 25 faiz azaltmağı təklif edir ki, bu da ilk növbədə Artemidanın Ay proqramına təsir edəcək, Orion və Gateway-i effektiv şəkildə ləğv edəcək. Trampın təklifini şərh edən ESA-nın baş direktoru Yozef Aşbaxer bildirib ki, artıq müvafiq məsələ ilə bağlı NASA ilə danışıqlar aparılır. Onun sözlərinə…

Daha çox

Qəribə və donmuş münaqişə

Hindistan Hərbi Hava Qüvvələrinin “Sindoor” əməliyyatı çərçivəsində Pakistan və Pakistanın nəzarətində olan Kəşmirdə doqquz hədəfi vurduğu və Pakistanın beş hind qırıcısını vurduğunu bildirdiyi Hindistan və Pakistan arasında yeni qarşıdurma hələ bitməyib. Görünən budur ki, qarşıdurma özünün pik həddinə çatmayıb. Kəşmirdə nəzarət xəttində davam edən atışmalara və Hindistanın Pakistanla həmsərhəd olan şimal bölgələrindəki 20-dən çox hava limanında əməliyyatların mayın 10-dək dayandırılmasına baxmayaraq, münaqişənin qaynar mərhələsinin başa çatması yaxın gələcəyin məsələsidir. Bölünmüş Kəşmirin Hindistan hissəsindəki Pahalqam şəhərində aprelin 22-də törədilən terror aktından sonra müharibə təhlükəsi hər kəsi narahat etməkdədir. Pakistan hakimiyyəti mülki…

Daha çox

Papa XIV Leo dünyada sülh çağırışı edib

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo (Robert Fransis Prevost) Müqəddəs Pyotr meydanına toplaşan izdiham qarşısında çıxış edib. SİA xəbər verir ki, Papa XIV Leo Müqəddəs Pyotr Kilsəsinin eyvanından Müqəddəs Pyotr meydanına toplaşan təxminən 150 min nəfəri salamlayıb. O, çıxışında dünyada sülh üçün çağırış edib. ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media hesabındakı paylaşımında Birləşmiş Ştatlardan seçilən ilk Papa olan Robert Fransis Prevostu təbrik edib. “Yeni Papa seçilən kardinal Robert Fransis Prevostu təbrik edirəm. Onun ABŞ-dan seçilən ilk Papa olması böyük şərəfdir. Bu, ölkəmiz üçün də böyük şərəfdir. Mən Papa…

Daha çox

YAP Ağcabədi rayon təşkilatında tədbir keçirilmişdir

May ayının 8-də YAP Ağcabədi rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri və ƏPT sədrləri ilə yanaşı keçirilmiş mini futbol və şahmat turnirlərinin, bədii qiraət və inşa müsabiqələrinin qalibləri də iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov tədbiri açmış, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir. Yeni Azərbaycan Partiyasının banisi, Ulu Öndər Heydər Əliyevin və…

Daha çox