Naxçıvan Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilmiş Kazım Hüseynəliyev kollektivə təqdim olunub. SİA xəbər verir ki, onu kollektivə iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev təqdim edib. R.Abdullayev bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatları, Naxçıvanın iqtisadiyyatının davamlı inkişafına göstərilən diqqətdir. Təqdimetmə mərasimində iştirak edən Naxçıvanın Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov və bölgədə Prezidentin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvanın iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi münasibətilə Kazım Hüseynəliyevi təbrik edib, ona fəaliyyətində uğurlar arzu ediblər. Nazirliyin Aparatının və tabe…
Daha çoxDay: May 9, 2025
Ötən gün 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 8-də ümumi çəkisi 48,4 kiloqrama yaxın narkotik vasitə, 300 ədəd metadon həbi və 48 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Daha çoxTarixdən gələn dostluq əlaqələri
Qlobal siyasi arxitekturanın yenidən formalaşdığı, yeni çoxqütblü dünya düzəninin daha da dərinləşdiyi bir dövrdə dövlətlər öz maraqlarını təmin etmək və beynəlxalq arenada mövqelərini möhkəmləndirmək üçün çoxvektorlu siyasət həyata keçirirlər. Dördüncü sənaye inqilabının yaratdığı yeni texnoloji çağırışlar, dəyişən iqtisadi-siyasi güc balansı ölkələrin daha çevik və əhatəli xarici siyasət aparmasını zəruri edir. Bu baxımdan, Azərbaycan Respublikasının Avrasiya ölkələri, o cümlədən Vyetnam Sosialist Respublikası ilə münasibətləri xüsusi strateji önəm daşıyır. Azərbaycan və Vyetnam arasında dostluq münasibətləri 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə səfəri ilə qurulub. Daha sonra Ümummilli…
Daha çoxKüləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti mayın 10-11-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. SİA xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Gəncə, Naftalan, Qazax, Goranboy, Mingəçevir, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Hacıqabul, İmişli, Ağcabədi, Beyləqan, Neftçala, Salyan, Sabirabad, Xızı, Xaçmaz, Şirvan, Şabran, Şəki, Qax, Zaqatala, Balakən, Siyəzən, Oğuz, Qəbələ, Quba, Qusar, Qobustan, Şirvan, Biləsuvar, Tovuz, Samux, Saatlı, Bərdə, Tərtər, Yevlax, Ağdamda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Daha çoxAzərbaycan hansı sahələrdə artıq dünyanın bir çox ölkələrini üstələyib?
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hesab edir ki, Azərbaycan öz inkişaf səviyyəsi ilə postsovet ölkələrini geridə qoyaraq, bu gün özünü Fransa ilə müqayisə edə bilər. Bu barədə Eldar Əzizov Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbirdə və Bakı Şəhər Prokurorluğunun yeni inzibati binasının açılışında çıxış edərkən bildirib. “İşğaldan azad edilmiş ərazilərdə işlər sürətli templə aparılır. Bu ərazilərlə yanaşı, paytaxtda və digər regionlarda da inkişaf davam edir, islahatlar həyata keçirilir. Digər postsovet ölkələrində durğunluq müşahidə olunsa da, bizdə inkişaf sürətlə gedir. Azərbaycanda həyat səviyyəsi yüksəkdir. Bu gün…
Daha çoxİlham Əliyev və Mehriban Əliyeva həlak olan azərbaycanlıların xatirəsini anıblar
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar. SİA xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Daha çoxMehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva 9 May – Faşizm üzərində Qələbə Gününün 80 illiyi münasibətilə “İnstagram” hesabında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Əziz veteranlar! Biz sizin mərdliyinizlə, cəsarətinizlə və şücaətinizlə fəxr edirik! Böyük Qələbə Gününüz mübarək!”
Daha çoxVətəndaşların bank kartlarından 11 min manatdan çox oğurlandı
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır: “Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 5000, 1010, 1000, 880, 849, 744, 660, 600, 200, 160, 125, 73, 50, 42 manat pul vəsaitləri bank kartlarından oğurlanıb. Bir daha…
Daha çoxMSK nümayəndə heyəti Albaniyada parlament seçkilərini müşahidə edəcək
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti 2025-ci il mayın 11-də Albaniyada keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə Tiranaya səfərə yola düşüb. SİA xəbər verir ki, Albaniya Mərkəzi Seçki Komissiyası sədrinin Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədrinə ünvanladığı dəvətə əsasən, Albaniyada parlament seçkilərinin müşahidəsində Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov və Katibliyin şöbə müdiri Ramin Nurəliyev iştirak edirlər. Səfər çərçivəsində Mərkəzi Seçki Komissiyası nümayəndələrinin Albaniya Mərkəzi Seçki Komissiyasının rəhbərliyi və digər rəsmi şəxslərlə görüşlər keçirməsi, ali seçki qurumları arasında əlaqələrin və seçkilərə dair müxtəlif sahələrdə təcrübə mübadiləsinin dərinləşdirilməsi imkanları yönündə…
Daha çox“9 May – Faşizm üzərində Qələbə günüdür” adlı virtual sərgi təqdim olunub
Azərbaycan Milli Kitabxanasında 9 May – Faşizm üzərində Qələbə günü ilə əlaqədar “Faşizm üzərində Qələbə (1941-1945)” adlı elektron məlumat bazası, “9 May – Faşizm üzərində Qələbə günüdür” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. SİA xəbər verir ki, kitabxanadan bildirilib ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Müharibə haqqında sitatlar”, “İkinci Dünya müharibəsi – xülasə”, “Xatirələr, məktublar”, “Nəşrlər” və bir sıra materiallar nümayiş olunur. Virtual sərgidə isə mövzu ilə bağlı nəşr olunmuş kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar, fotolar nümayiş etdirilir.
Daha çox