Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirdi

Böyük Britaniya Xəzinədarlığının sənədinə əsasən, “Soglasie” sığorta şirkəti və 101 tankerin Rusiya Federasiyası ilə əlaqəsinə görə Rusiyaya qarşı sanksiyalar genişləndirilib. SİA xəbər verir ki, məhdudiyyətlər həmçinin Honq-Konqda yerləşən batareya istehsalçısı “BX Energy” və müstəqil ticarət şirkəti olan “Nord Axis Ltd”yə də tətbiq edilib. Onların Rusiya karbohidrogenlərinin ticarəti ilə məşğul olduqları iddia edilir. Norveçin texniki xidmət göstərən “Romarine AS” şirkəti də sanksiyalara məruz qalıb. “Coral Energy Group”un (keçmiş “2Rivers Group”) rəhbər işçiləri olan 5 Azərbaycan vətəndaşı da sanksiya siyahısına əlavə edilib. Onların Rusiyanın “kölgə donanması” ilə əlaqəli olduğu güman edilir.

Daha çox

Dövlət Komitəsinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

Mayın 9-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib. SİA xəbər verir ki, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, dahi şəxsiyyətin abidəsi önünə əklil qoyulub, xatirəsi dərin ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək, məzarı üzərinə gül dəstələri düzülüb.

Daha çox

Moskvada faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirilib

Rusiyanın paytaxtı Moskva şəhərindəki Qırmızı meydanda faşizm üzərində Qələbənin 80-ci ildönümü münasibətilə Qələbə paradı keçirilib. SİA xəbər verir ki, əvvəlcə Rusiya Prezidenti Vladimir Putin çıxış edib, İkinci Dünya müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Rusiya Prezidenti paradı qəbul edib. Rusiya Prezidenti Vladimir Putin və rəsmi qonaqlar – xarici ölkələrin rəhbərləri “Naməlum əsgər”in məzarını və “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha çox

Kreml Qələbə Paradında KXDR ordusu ilə bağlı bir detalı açıqlayıb

Qələbə paradında Kursk vilayətinin azad edilməsində iştirak edən Şimalı Koreya (KXDR ) bölmələrinin komandirləri iştirak ediblər. SİA-nın məlumatına görə, bu barədə Birinci Kanalda Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. …Bunlar ən yüksək rütbəli zabitlər, yəni Koreya hərbçilərinin Kursk vilayətinin azad edilməsi əməliyyatında iştirakını təmin edən komandirlər idi, – deyə o bildirib. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi əlavə edib ki, Rusiya lideri Şimali Koreya ordusunun zabitləri ilə görüşüb və onlara təşəkkür edib. Əli Babayev

Daha çox

Qüdrətli Azərbaycanın QURUCUSU

Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyalarının işığında zirvədən-zirvəyə, qələbədən-qələbəyə doğru irəliləyək dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Vətəni və xalqı qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır, işıqlı gələcəyimiz təmin olunur. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş Azərbaycan xalqı öz xilasına, bugünkü tərəqqisinə görə özünü Heydər Əliyevə borclu sayır. Tarixi qələbələrə imza atmış, böyük nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə söz sahibinə çevrilmiş Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlətdir. Dahi Şəxsiyyət Heydər Əliyev tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət…

Daha çox

Solovyov fransız jurnalisə qarşı “şuluqluq” edib..?

…Moskvada keçirilən Qələbə Paradında rusiyalı teleaparıcı Vladimir Solovyov fransız jurnalistlə mübahisə edib. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Shot Telegram kanalı məlumat yayıb. Solovyov jurnalistə deyib ki, avropalılar, onun fikrincə, rusların sevgisinə layiq deyillər. O, müxbirə “Sevgiyə layiq deyilsənsə, qorxuya layiqsən” deyib. Cavabında fransız jurnalist Solovyovdan Avropa xalqına nə çatdıra biləcəyini soruşub. Buna cavab olaraq teleaparıcı avropalıları oyanmağa, azad olmağa və öz taleyini yaşamağa çağırıb. Bundan əvvəl məlum olub ki, Moskvada keçirilən yubiley Qələbə Paradında Rusiya prezidenti Vladimir Putinin sinif rəhbəri Vera Qureviç də iştirak edib. 91…

Daha çox

“Qələbədə Azərbaycan xalqının da mühüm və tarixi rolu olub”

“Bu gün 1941–1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümüdür. Bəlli olduğu kimi həmin illər gedən qanlı müharibədə, o cümlədən faşizm üzərində əldə edilən qələbədə Azərbaycan xalqının da mühüm və tarixi rolu olub. Bununla bağlı çoxsaylı tarixi faktlar var və mən onları təkrar sadalamaq istəmir. Lakini iki məqam var ki, onun üzərində xüsusi olaraq dayanmalıyıq”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Nadir Azəri deyib. Onun sözlərinə görə, bunlardan biri müharibədə tarixi qələbənin əldə edilməsində insan faktoru ilə bağlıdır: “Məlumat üçün bildirim ki, həmin müharibə illərində faşizmə qarşı döyüşlərdə iştirak…

Daha çox

DİN əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

Mayın 10-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 102 il ötür. SİA xəbər verir ki, bu münasibətlə Daxili İşlər Nazirliyinin əməkdaşları mayın 9-da Fəxri xiyabana gedərək müstəqil dövlətimizin memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Daha çox

Vatikan yeni Papanın taxta çıxacağı tarixi açıqladı

Papa XIV Leonun taxta çıxma mərasimi mayın 18-i bazar günü baş tutacaq. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, həmin gün XIV Leo Vatikanın Müqəddəs Pyotr meydanında təntənəli mərasimlə papalıq taxtına çıxacaq. Qeyd edək ki, ənənəvi olaraq pontifiklərin taxta çıxma mərasimində dünyanın hər yerindən mötəbər qonaqlardan ibarət nümayəndə heyətləri iştirak edir.

Daha çox