DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub. Bu barədə SİA-ya DTX-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülüb. Daha sonra DTX-nin akt zalında keçirilmiş tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin…

Daha çox

“Neftçi”nin yeddi futbolçusu “Turan Tovuz”la oyunu buraxacaq

“Neftçi”nin yeddi futbolçusu Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz”a qarşı keçirəcəkləri oyunu buraxacaq. Bu barədə SİA-ya “ağ-qaralar”ın mətbuat xidmətindən məlumat verilib. Emil Səfərov, Robert Bauer, Rafael Quzzo, Ramil Şeydayev, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün meydana çıxmayacaq. Qeyd edək ki, mayın 10-da Tovuz şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 19:30-da start götürəcək.

Daha çox

“Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib

Binəqədi rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında dahi rəhbərin abidəsini ziyarət ediblər. Sonra qonaqlar gənc rəssamların rəsm işlərindən ibarət sərgi ilə tanış olublar. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Ulu Öndərə həsr olunmuş sənədli film nümayiş etdirilib. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan…

Daha çox

Sabahın hava proqnozu açıqlanıb

Mayın 10-u üçün hava proqnozu açıqlanıb. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə…

Daha çox

Naxçıvanın iqtisadiyyat naziri kollektivə təqdim edilib

Naxçıvan Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilmiş Kazım Hüseynəliyev kollektivə təqdim olunub. SİA xəbər verir ki, onu kollektivə iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev təqdim edib. R.Abdullayev bildirib ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatları, Naxçıvanın iqtisadiyyatının davamlı inkişafına göstərilən diqqətdir. Təqdimetmə mərasimində iştirak edən Naxçıvanın Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov və bölgədə Prezidentin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvanın iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi münasibətilə Kazım Hüseynəliyevi təbrik edib, ona fəaliyyətində uğurlar arzu ediblər. Nazirliyin Aparatının və tabe…

Daha çox