Suriya Türkiyə və Səudiyyə Ərəbistanı ilə hava nəqliyyatı sazişləri imzalayıb

Suriya həcc ziyarəti zamanı suriyalı zəvvarların daşınması üçün Türkiyə və Səudiyyə Ərəbistanı ilə hava nəqliyyatı sazişləri imzalayıb. SİA xəbər verir ki, sənədlər Suriyanın Vəqflər Nazirliyinin Həcc və Ümrə İdarəsi ilə “Türk Hava Yolları” və “Centromo Hava Yolları” arasında imzalanıb. Məlumata görə, müqavilələr zəvvarların Dəməşq Beynəlxalq Hava Limanından Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanına, geridönüşdə isə Mədinədəki Şahzadə Məhəmməd bin Əbdüləziz Hava Limanından Suriya paytaxtına daşınmasını asanlaşdırmaq məqsədilə bağlanıb. Müqavilələrə əsasən, hər bir zəvvara ümumi çəkisi 40 kiloqrama qədər olan iki çanta (hər çanta 20 kiloqram) daşımağa icazə veriləcək, bundan əlavə,…

Daha çox

Çaylarda sululuq artıb

Avtomat hidroloji stansiyaların mayın 9-u saat 10:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb. SİA xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçayda 7 sm, Kür çayının aşağı axınında Kür-Surrada 19 sm, Kür-Salyanda 42 sm, Kür-Şirvanda 48 sm, Kür-Bankədə 21 sm, Araz çayının aşağı axınında Araz-Novruzluda 17 sm, Araz çayının yuxarı axınında isə 19 sm artım qeydə alınıb.

Daha çox

“Dini-mənəvi müxtəlifliyin qorunması siyasətimizin istiqamətlərindən birini təşkil edir”

Çoxəsrlik zəngin tolerantlıq ənənələrinə və multikultural dəyərlərə malik Azərbaycanda dini-mənəvi və etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin yeni seçilmiş Roma Papası XIV Leo Həzrətlərinə təbrik məktubunda deyilir.

Daha çox

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər tutulub

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, mayın 8-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 139, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.

Daha çox

Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsə təbrik məktubu göndərib. SİA xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Federal Kansler, Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram. Azərbaycan-Almaniya əlaqələri geniş gündəliyə malikdir. Biz ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütün istiqamətlər, xüsusilə də iqtisadiyyat, ticarət, energetika, o cümlədən alternativ və bərpaolunan enerji, humanitar və digər sahələr üzrə inkişafına böyük əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq Azərbaycan ilə Almaniya arasında münasibətlərin…

Daha çox

Ötən gün 48 kiloqramdan çox narkotik vasitə aşkar olunub

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 8-də ümumi çəkisi 48,4 kiloqrama yaxın narkotik vasitə, 300 ədəd metadon həbi və 48 ədəd çətənə kolu aşkar olunub. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Daha çox

İlham Əliyev Daniel Noboa Azini təbrik edib

Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq münasibətlərinin daha inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ekvador xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.

Daha çox

Türkiyədə 311,5 kiloqram narkotik maddə ələ keçirilib

Türkiyənin Şanlıurfa və Van vilayətlərində həyata keçirilən əməliyyatlarda 311,5 kiloqram narkotik maddə ələ keçirilib. SİA xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib Məlumata görə, Vanda keçirilən əməliyyatla 234 paket halında 126 kiloqram heroin və 84,5 kiloqram marixuana olmaqla ümumilikdə 210,5 kiloqram narkotik maddə ələ keçirilib. Şanlıurfada baş tutan digər əməliyyatda isə bir TIR-da 131 paket halında 68,5 kq heroin, 53 paket halında 23,5 kq skunk, 16 paket halında 9 kq toz marixuana olmaqla ümumilikdə 101 kq narkotik maddə ələ keçirilib.

Daha çox

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə “Gənclərin Peşə Bələdçisi” layihəsi çərçivəsində düşərgə mərhələsinə start verilib. Birliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə layihə gəncləri effektiv şəkildə peşə təhsilinə cəlb etmək, onların motivasiyasını artırmaq, bacarıqları və əmək bazarı ehtiyacları arasında körpü yaratmaq üçün “gənclərin peşə bələdçilərini” formalaşdırmağı hədəfləyir. Lənkəranda keçirilən düşərgədə Respublikanın 16 müxtəlif regionundan 25 multiplayer iştirak edir. 4 günlük düşərgə çərçivəsində iştirakçılar üçün bir sıra praktiki və nəzəri təlimlər keçirilir. Təlimlərdə multiplayerlərə əmək bazarının tələbləri, peşə seçiminin əhəmiyyəti,…

Daha çox

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında Azərbaycan nefti bahalaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,33 dollar və ya 2,10 faiz artaraq 64,58 dollar olub. Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Daha çox