Prezident İlham Əliyev “Baytarlıq haqqında” qanuna dəyişiklikləri təsdiqləyib

Azərbaycanda heyvanlar üçün bioloji preparat istehsalı ilə məşğul olan obyektlərin qeydiyyatı xərcləri artıq dövlət baytarlıq nəzarətinə tabe olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilməyəcək. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Baytarlıq haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Daha çox

AZAL-ın Bakı-Moskva reysləri bərpa olunub

Rusiyanın Moskva şəhəri üzərində hava məkanında olan məhdudiyyətlər aradan qaldırıldığı üçün “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva-Bakı marşrutu üzrə uçuşları dünən axşamdan bərpa olunub. SİA xəbər verir ki, artıq uçuşlar cədvələ uyğun ştat rejimində həyata keçirilir.

Daha çox

“HEYDƏR ƏLİYEV – DAHİ ŞƏXSİYYƏT, UNUDULMAZ LİDER!”

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissənin və Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının birgə əməkdaşlığı ilə rayonda yerləşən “N” saylı hərbi hissədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “HEYDƏR ƏLİYEV – DAHİ ŞƏXSİYYƏT, UNUDULMAZ LİDER!” mövzusunda tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin rayonda yerləşən “N” saylı hərbi hissəsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub, sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar. Azərbaycan Respublikasının Dövlət Himninin…

Daha çox

Qələbə Gününə həsr edilən silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb. SİA xəbər verir ki, virtual kitab sərgisində dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunur. Materialda Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ulu Öndər haqqında söylədikləri dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni təqdim edilir. Virtual kitab sərgisində Ulu Öndərə həsr edilən dövlətçilik, gənclər siyasəti, elm, mədəniyyət, təhsil, səhiyyə, iqtisadiyyat, kitab, mütaliə və digər mövzularda qələmə alınan 80-dən çox kitabın tam mətni də təqdim olunur.…

Daha çox

Prezident Fərman imzalayıb

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb. SİA xəbər verir ki, fərmanda qeyd olunub: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. Müəyyən edilsin ki: 1.1. “Baytarlıq haqqında”…

Daha çox

Milli-mənəvi dəyərlərimiz ən yüksək inkişaf mərhələsinə qədəm qoyub

AMEA Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın anadan olmalarının 102-ci ildönümünə həsr olunmuş “Əbədiləşən ömrün dastanı” adlı tədbir keçirilib. SİA xəbər verir ki, institutun YAP Ərazi partiya təşkilatının dəstəyi ilə reallaşan tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın xatirələri bir dəqiqəlik sükutla yad edilib. Ardınca Folklor studiyasının hazırladığı “Əbədiləşən ömrün dastanı” adlı videoçarx nümayiş olunub. Tədbiri açan Folklor İnstitutunun direktoru, dosent Hikmət Quliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı olmaqla yanaşı, onun hərtərəfli…

Daha çox

Vergi ödəyiciləri üçün nağdsız aparılmalı olan ƏDV hesablaşmalarına dəyişiklik edilib

Azərbaycanda ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri, həmçinin ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən, təqvim ayı ərzində ümumi məbləği əvvəlki ayın dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 %-ni ötən hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada aparılmalıdır. SİA xəbər verir ki, bu dəyişiklik İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na edilib. Qərar iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən imzalanıb. Qərara görə, digər vergi ödəyiciləri üçün isə təqvim ayı ərzində ümumi məbləği…

Daha çox

Tenderdə iştirak haqqı 450 manatdır

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərdə gövdə və mexanizmlərin sığortalanması üçün açıq tender elan edib. SİA xəbər verir ki, tenderdə iştirak haqqı 450 manatdır. Tenderdə iştirak etmək istəyənlər təkliflərini mayın 15-i, saat 17:00-a qədər səhmdar cəmiyyətin yerləşdiyi Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2 ünvanına təqdim edə bilərlər. Təkliflərə mayın 23-ü, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Qeyd edək ki, xidmət çərçivəsində balans dəyəri 80 milyon ABŞ dolları olan “Aitolos”, balans dəyəri 28,5 milyon ABŞ dolları olan “Xocalı” və balans dəyəri 32 milyon dollar olan “Murovdağ” gəmilərinin sığortalanması nəzərdə tutulur.…

Daha çox

İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndərin məzarını ziyarət ediblər

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü günüdür. SİA xəbər verir ki, bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin xatirəsini ehtiramla andı. Sonra birinci xanım Mehriban Əliyeva Ümummilli Liderin xatirəsini dərin hörmətlə yad etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Dövlət başçısı və birinci xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli…

Daha çox