Apreldə Çinin xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. SİA xəbər verir ki, bu barədə Çinin Baş Gömrük Administrasiyası açıqlama yayıb. Bu dövrdə ixrac 9,3 faiz, idxal isə 0,8 faiz çoxalıb. İxracda əsas yeri (təxminən 60 faiz) maşınqayırma, elektronika məhsulları tutub. İlin 4 ayında ölkənin xarici ticarəti 2,4 faiz çoxalaraq 14,14 trilyon yuana çatıb. İxrac 7,5 faiz artsa da, idxal 4,2 faiz azalıb. Qeyd edək ki, bəzi ekspertlər ABŞ ilə Çin arasında ticarət və ya rüsum müharibəsi fonunda Çinin xarici ticarətinin azalacağını proqnozlaşdırırdı. Donald Tramp…
Daha çoxDay: May 9, 2025
Bakıda Neyrocərrahların Birinci Beynəlxalq Konqresi keçiriləcək
Sabah Bakıda Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresi keçiriləcək. SİA xəbər verir ki, Azərbaycan Neyrocərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə baş tutacaq tədbir mayın 10-11-də keçiriləcək. Konqresin keçirilməsində məqsəd neyrocərrahiyyə sahəsində beynəlxalq standartlara uyğun müalicə metodlarını müzakirə etmək, innovativ texnologiyaların tətbiqi və Azərbaycanda bu sahənin inkişafına töhfə verməkdir. Azərbaycan Neyrocərrahlarının Birinci Beynəlxalq Konqresində 12 ölkədən 250-dən çox yerli və əcnəbi neyrocərrah, nevroloq iştirak edəcək. Onlar kəllə əsası cərrahiyyəsi, epilepsiya cərrahiyyəsi, pediatrik neyrocərrahiyyə, neyroonkologiya, spinal neyrocərrahiyə və digər sahələrdə ən aktual məsələləri müzakirə edəcəklər. Dünyanın ən məşhur neyrocərrahlarından olan britaniyalı Henri Marş fəxri qonaq…
Daha çoxBu gün 30 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şimal-qərb küləyi axşam cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı…
Daha çoxKomitədə Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib
Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki Azərbaycan icmalarının üzvləri Fəxri Xiyabanı ziyarət ediblər. Komitədən SİA-ya bildirilib ki, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil və gül dəstələri qoyulub. Diasporla İş üzrə Dövlət Komitəsində Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Komitənin sədri Fuad Muradov çıxışında Ulu Öndərin müstəqil Azərbaycan…
Daha çoxİsveçin KAJ qrupu “Eurovision” mahnısındakı melodiyaya görə plagiatlıqda şübhəli bilinir
“Eurovision-2025” Mahnı Müsabiqəsində İsveçi təmsil edən KAJ musiqi triosu plagiatla bağlı mübahisələrin tam mərkəzindədir. SİA xəbər verir ki, internet istifadəçiləri “Bara bada bastu” mahnısındakı akkordeon melodiyası ilə hindistanlı ifaçı Devinder Sanninin “Enough is Enough” treki arasında oxşarlıq aşkar ediblər. Melodiyalar eynidir. Lakin məlum olduğu kimi, melodiya mahnının müəllifləri tərəfindən “Splice” beynəlxalq audiokitabxanası vasitəsilə qanuni olaraq alınıb. Bu cür səs ilmələri – luplar – artıq mövcud mahnının bir hissəsi olmadığı halda “Eurovision”da istifadə edilə bilər. Prodüser Yanne Höyuti, akkordeon hissəsinin canlı olaraq tamamlandığını təsdiqləyib, lakin əvvəlcə o, standart “Splice” lupundan gəlmiş…
Daha çoxƏmmanda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə Azərbaycanın İordaniyadakı səfirliyinin təşkilatçılığı və Əmman Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə paytaxtın Yeni Bədr rayonunda yerləşən Ulu Öndərin adını daşıyan küçədə ağacəkmə aksiyası keçirilib. SİA Azərbaycanın İordaniyadakı səfirliyinə istinadla xəbər verir ki, Əmman Böyükşəhər Bələdiyyəsinin nümayəndələrinin, Yeni Bədr Bələdiyyəsinin rəhbər heyətinin, eləcə də Azərbaycan diasporunun fəalları və səfirliyin əməkdaşlarının iştirakı ilə təşkil olunmuş tədbirdə səfir Eldar Səlimov çıxış edib. Diplomat çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib. E.Səlimov çıxışında qonaqların diqqətini Ulu Öndər Heydər…
Daha çoxAjda Pekkan iki il sonra geri qayıdır
Türkiyənin super starı Ajda Pekkan iki illik fasilədən sonra yeni layihələr üzərində çalışmağa başlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda onun dostu və musiqi redaktoru Murat Aziret xəbər verib. “2 il yarımlıq fasilədən sonra bu gündən etibarən əziz Ajda Pekkanla yeni bir dövrə başlayırıq. Ajda məşqləri və yay mövsümü başlayır” deyə o bildirib.
Daha çoxTramp yenə hədələdi
Rusiya və Ukrayna ilə danışıqlar davam edir. ABŞ tərəfləri 30 günlük qeyd-şərtsiz atəşkəsə çağırır”. SİA xəbər verir ki, bunu Amerika Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb. “Ümid edək ki, məqbul atəşkəs əldə olunacaq və hər iki ölkə bu birbaşa danışıqların toxunulmazlığını qoruduğuna görə cavabdehlik daşıyacaq. Əgər atəşkəsə əməl olunmasa, ABŞ və tərəfdaşları əlavə sanksiyalar tətbiq edəcək”, – Tramp qeyd edib. O, həmçinin Avropa ölkələri ilə birlikdə Rusiya və Ukrayna arasında sülhün təmin edilməsinə sadiq qaldığını vurğulayıb. “Bu atəşkəs sonda sülh razılaşmasına gətirib çıxarmalıdır. Bütün bunları çox tez…
Daha çoxHindistan Hərbi Dəniz Qüvvələri Pakistanı vurmağa başladı
Hindistan Hərbi Dəniz Qüvvələri “intiqam əməliyyatı” çərçivəsində Pakistanda çoxsaylı hədəfləri vurmağa başlayıb. SİA xəbər verir ki, bu barədə NDTV-nin yaydığı məlumatda bildirilib. Nəşrin yazdığına görə, Hindistan Hərbi Dəniz Qüvvələri “Pakistan tərəfindən Cammu və Kəşmirdə raket zərbələrinə cəhd formasında ciddi eskalasiya”dan sonra əməliyyata başlayıb. Hindistan Birgə Müdafiə Heyətinin məlumatına görə, mayın 9-na keçən gecə Pakistan raket və dronlardan istifadə etməklə Hindistanın Cammu, Pathankot və Udhampurdakı hərbi bazalarına hücum edib.
Daha çoxPakistan ordusu Hindistanın daha iki qırıcısını məhv etdi
Çin istehsalı olan ən yaxşı Pakistan qırıcı təyyarəsi çərşənbə günü ən azı iki Hindistan hərbi təyyarəsini vurub. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. İki ABŞ rəsmisi agentliyə bildirib ki, bu, Pekinin qabaqcıl döyüş təyyarəsi üçün mühüm mərhələdir. Hindistan Hərbi Hava Qüvvələrinin sözçüsü “Reuters”in hesabatı ilə bağlı suala cavab verməyib. Aparıcı Çin qırıcı təyyarəsinin Qərb rəqibinə qarşı performansı Pekinin Tayvan və ya daha geniş Hind-Sakit Okean hövzəsi ilə bağlı hər hansı qarşıdurmada necə nəticə göstərə biləcəyini öyrənmək üçün Vaşinqtonda yaxından izlənir. Adının açıqlanmasını istəməyən ABŞ rəsmilərindən biri Pakistanın…
Daha çox