Türkiyə vape satışı və reklamı ilə bağlı qaydaları sərtləşdirir…


Turistlər Türkiyəyə səyahət etməzdən əvvəl vapes və elektron siqaret aksesuarlarının alınmasında problem yaşaya biləcəklərinə hazır olmalıdırlar. Belə ki, hazırda bu ölkədə onların reklamına və satışına ciddi məhdudiyyətlər qoyulub. SİA-nın məlumatına görə, turistlərə Türkiyəyə səfər edərkən gözlənilməz problemlə qarşılaşa biləcəkləri barədə xəbərdarlıq edilib.

Elektron siqaretlərin komponentlərinin reklamına və satışına qoyulan sərt məhdudiyyətlər səbəbindən turistlər sadəcə olaraq tətildə olarkən onları ala bilməyəcəklər.

…Yerli mağazalar və kurortlar çox vaxt birdəfəlik elektron siqaretləri, patronları satmaqdan və ya maye doldurmaqdan çəkinirlər, xüsusən də turizm bölgələrində…

Bunu “Turprom” bildirib.

Antalya, Marmaris və Bodrumdan qayıdan turistlər vape alarkən problemlərlə üzləşiblər. Odur ki, vap və elektron siqaretdən istifadə edən turistlərə onları yolda özləri ilə götürmələri tövsiyə olunur.

Qaydalar ölkəyə şəxsi maye ehtiyatlarının, o cümlədən adambaşına 10-a qədər birdəfəlik vap, bir təkrar doldurulan cihazın, habelə ümumi həcmi 30 ml-dən çox olmayan əvəzedici butulkaların və ya patronların idxalını qadağan etmir.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər