Hindistan mayın 15-dək ölkədəki 32 hava limanının fəaliyyətini dayandırıb. SİA xəbər verir ki, bu barədə KİV-lər Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıblar. Hava limanlarının həmin tarixədək mülki uçuşlar üçün müvəqqəti bağlı qalacağı bildirilib.
Daha çoxDay: May 10, 2025
ABŞ-da əmək məhsuldarlığı 2022-ci ildən bəri ilk dəfə azalıb…
Bu ilin birinci rübündə ABŞ-da əmək məhsuldarlığında təxminən üç ildə ilk dəfə azalma qeydə alınıb. Bu, əmək məsrəfləri ilə bağlı inflyasiya təzyiqlərini nəzarətdə saxlayan səmərəliliyin artması dövrünü kəsən istehsalın azalması ilə əlaqədardır. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Əmək Statistikaları Bürosunun məlumatına görə, qeyri-təsərrüfat sektorunda saatda istehsal olunan məhsulun miqdarı kimi ölçülən məhsuldarlıq, əvvəlki rübdə yenidən işlənmiş 1,7 faiz artımdan sonra illik müqayisədə 0,8 faiz azalıb. Məhsuldarlığın azalması müəssisələrə məhsul vahidi istehsal etmək üçün əməyin ödənilməsi xərclərini əks etdirən əmək vahidi məsrəflərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur. Yanvar-mart ayları…
Daha çox“Lada” modeli Əmirliklərdə satılmağa başlanıb…
“Lada” modeli Əmirliklərdə satılmağa başlanıb…
Daha çoxMacarıstanın hərbi kəşfiyyat casus şəbəkəsi Ukraynada ifşa edilib…ilk dəfə?..
Agentlər Transkarpatiyada casusluq edirmişlər… …Ukraynanın Təhlükəsizlik Xidməti Ukrayna tarixində ilk dəfə olaraq Macarıstan hərbi kəşfiyyatının agentlərini ifşa edib. Onlar Transkarpatiyada casusluq edirmişlər. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Ukraynanın Təhlükəsizlik Xidməti məlumat yayıb. …Ukrayna tarixində ilk dəfə olaraq Təhlükəsizlik Xidməti dövlətimizin ziyanına casusluq fəaliyyəti həyata keçirən Macarıstan hərbi kəşfiyyatının agentləri şəbəkəsini ifşa edib. Məlumatda belə bildirilir. Bu hücrənin vəzifəsi Transkarpatiya (Zakarpatya) bölgəsinin hərbi təhlükəsizliyi haqqında məlumat toplamaq, bölgənin quru və hava hücumundan müdafiə sistemlərində həssas yerləri axtarmaq və yerli sakinlərin…
Daha çoxSi Cinpin Putini müharibəni dayandırmağa çağırıb…
Çin rəhbəri Ukrayna ilə “ədalətli” sülh sazişi imzalamağa çağırış edib… …Çin lideri Si Cinpin Moskvaya səfəri zamanı Rusiya lideri Vladimir Putinə Ukrayna üzrə “ədalətli” sülh sazişi görəcəyinə ümid etdiyini bildirib. SİA-nın məlumatına görə, Bloomberg bunu cümə günü, mayın 9-da xəbər verib. Mayın 8-də Putinlə danışıqlar zamanı Si Cinpin Çinin “bütün aidiyyəti tərəflər tərəfindən qəbul edilən ədalətli, davamlı və məcburi sülh sazişinə” ümid etdiyini və bunu dialoq yolu ilə əldə olunacağını bildirib. Qeyd edilməlidir ki, Çin lideri “ədalətli” razılaşma dedikdə nəyi nəzərdə tutduğunu açıqlamayıb. Bloomberg yazır ki,…
Daha çoxİtalyan mühəndis Venesiyanı 30 santimetr qaldırmağı təklif edir…
Planda təxminən onlarla xüsusi quyunun qazılması nəzərdə tutulur… …Venesiya yavaş-yavaş batır. Belə ki, son yüz ildə şəhər demək olar ki, 25 santimetr batıb, regionda dəniz səviyyəsi isə daha 30 santimetr qalxıb. Və bu ərəfədə, SİA-nın məlumatına görə, mühəndis Enter Teatini qeyri-ənənəvi bir həll təklif edib: yerin dərinliyinə duzlu su vurmaqla şəhəri yüksəltmək. …“Bild” yazır ki, bu, Venesiyaya “iki və ya üç onillik tənəffüs sahəsi” verəcək. İdeya qazın saxlanması üçün İtaliyanın şimalında istifadə edilən texnologiyaya oxşar texnologiyadan istifadə etməkdir. Yayda yeraltı anbarlar doldurulanda yer bir az…
Daha çoxRusların indi Xarkovda törətdiklərini, almanlar 1941-45-də törətməmişdilər…
Ruslar indi başa düşürlər ki, Xarkovu işğal etmək iqtidarında deyillər, ona görə də onu Hələbə çevirirlər, yəni dağıdırlar… …2022-ci ilin fevralında Xarkov rus işğalçıları qarşısında möhkəm dayandı və onlara qarşı mübarizəni davam etdirir. Şəhər amansızcasına atəşə tutulur… Amma o vaxt almanlar Sovetlə İttifaqına hücum edərkən, Xarkovu Rusiyanın indi bombaladığı kimi bombalamamışdı. SİA-nın məlumatına görə, bu barədə tarix tədqiqatçısı Andrey Paramonov Suspilne-ə müsahibəsində danışıb. Tarixçi xatırladıb ki, İkinci Dünya Müharibəsi zamanı almanlar Xarkovu tuta biliblər, ona görə də 1941-ci illə 2022-ci il şəhərini müqayisə etmək tamamilə…
Daha çoxCənubi Amerikadakı bu ölkələrə getməyin!?.
Cənubi Amerikanın bütün ölkələrini gəzən ingilis turist, bu qitədə hansı ölkələrindən uzaq durmağın daha yaxşı olduğunu söylədi… …Cənubi Amerika inanılmaz təbiəti və canlı mədəniyyəti ilə turistləri cəlb edir, həm də təhlükəsizlik vəziyyəti ilə onları qorxudur. SİA-nın məlumatına görə, qitənin 12 ölkəsinin hamısında olmuş 31 yaşlı britaniyalı səyyah Aleks Braun “Daily Mail”ə müsahibəsində onlardan hansını ziyarət etməyi ən yaxşı hesab etdiyini, həmçinin hara getməməyin daha yaxşı olduğunu deyib. Aleks Cənubi Amerikada ən çox sevdiyi yerin Argentina olduğunu deyir ki, “…sadəcə, dünyanın ən gözəl mənzərələri var. Pataqoniyada buzlaqlar, dəniz…
Daha çoxTürkiyənin xarici işlər naziri 5 il əvvəl sui-qəsdə məruz qalıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan təxminən 5 il əvvəl onu zəhərləmək cəhdinin olduğunu bildirib. SİA xəbər verir ki, bunu Türkiyə diplomatiyasının rəhbəri “24TV” kanalının efirində deyib. Onun sözlərinə görə, Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri olarkən FETÖ terror təşkilatı onu və ailəsini hədəf alıb: “FETÖ-çülərin və digər mütəşəkkil cinayət qruplarının mənim və ailəmlə bağlı apardıqları təbliğat yəqin ki, dünyanın heç bir yerində görülməyib. Fiziki olaraq sui-qəsdə məruz qaldım, zəhərləndim, müalicə aldım. Bundan başqa, davamlı xarakterli sui-qəsdlərə məruz qalırıq, amma bu, davanın bir hissəsidir. Əvvəllər bunu deməmişəm. Mənə ağır arsen və…
Daha çoxMeksika “Google”u məhkəməyə verdi
Meksika hakimiyyəti “Google” korporasiyasını məhkəməyə verib. SİA xəbər verir ki, buna səbəb “Google Maps” xəritə xidmətində Meksika körfəzinin adının Amerika körfəzi kimi dəyişdirilməsidir. Ölkə prezidenti Klaudia Şeynbaum mətbuat konfransı zamanı bu barədə söyləyib: “Artıq iddia qaldırılıb, hazırda baxılma mərhələsindədir”. O, Meksikanın tələbinin nə olduğunu da açıqlayıb: “Bizim yeganə istəyimiz odur ki, ABŞ hökumətinin Meksika körfəzinin adının Amerika körfəzi olaraq dəyişdirilməsi ilə bağlı sərəncamı yerinə yetirilsin. ABŞ hökumətinin Amerika körfəzinə dair sərəncamında yalnız ABŞ-nin materik şelfinə uyğun hissə qeyd olunur, bütün körfəz deyil, çünki hökumətin bütün körfəzə ad verməyə səlahiyyəti yoxdur”.…
Daha çox