ABŞ-ın Kiyevdəki səfirliyi vətəndaşlarına təcili xəbərdarlıq etdi

ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarına təcili xəbərdarlıq edib. SİA xəbər verir ki, diplomatik nümayəndəlik yaxın günlərdə ciddi hava hücumu təhlükəsi olduğunu bildirib. Xəbərdalıqda deyilir: “Biz ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı verildiyi təqdirdə dərhal sığınacaq tapmağı tövsiyə edirik. Təhlükəsiz binalara və lazımi rabitə vasitələrinə çıxışınız olduğundan əmin olun”. Potensial hücumun dəqiq vaxtı və hədəfləri barədə açıqlama verilməyib

Daha çox

Bu da Türkiyənin uçan avtomobili

Türkiyənin “AirCar” şirkəti ikiyerlik uçan avtomobil modelinin ilk pilotlu sınaq uçuşunu həyata keçirib. SİA xəbər verir ki, sınaqlar ötən ay baş tutub. Həmin vaxt “AirCar”ın qurucusu və icraçı direktoru Eray Altunbozar birnəfərlik prototipdə havaya qalxıb və texnoloji parkın helikopter meydançasına enib. Daha sonra o, burada ikiyerlik modelə keçib və bir sərnişinlə həyata keçirdiyi ilk uçuşu da uğurla başa vurub. Güclü küləyə baxmayaraq uçuş 8 metr yüksəklikdə 10 dəqiqəyə yaxın davam edib.

Daha çox

Əlcəzairdə qurumlararası yazışmalarda fransız dilindən imtina edilir

Əlcəzair rəsmi və qeyri-rəsmi kargüzarlıqda, eləcə də qurumlararası yazışmalarda fransız dilinin istifadəsini dayandırmaq üçün müxtəlif tədbirlər həyata keçirir. SİA yerli KİV-lərə istinadla xəbər verir ki, Əlcəzair Futbol Federasiyasının əmri ilə yerli futbol federasiyalarından rəsmi sənədlərini və yazışmalarını “ən qısa zamanda” ərəb dilində hazırlamaları və bunun 2025–2026 futbol mövsümündən etibarən tətbiq olunması istənilir. Bundan başqa, intizam komitələrinin protokollarının hazırlanması, oyunları idarə edəcək hakimlərin təyinatları, oyunların planlaşdırılması və bütün yazışmaların ərəb dilində aparılması tələb olunur. Rəsmi sənədləşmədən fransız dilinin çıxarılması prosesi sürətlə davam edir. Əlcəzair şəhərinin su təchizatı şəbəkəsinin idarə edilməsinə cavabdeh…

Daha çox

Vaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə tədbir təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə Vaşinqtonda yaşayan Azərbaycan icmasının təmsilçiləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-də fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ümummilli liderin Azərbaycanın gələcəyi naminə irəli sürdüyü əsas ideyalarından bəhs edərək onun tək Azərbaycan deyil, dünya üçün dəyər təşkil etdiyini diqqətə çatdırıb. Səfir bildirib ki, o ideyaların davamı olaraq Azərbaycan güclü və inkişaf edən ölkəyə çevrilib. Bu gün Prezident İlham…

Daha çox

Trampın Qrenlandiya ilə bağlı yeni planı

Vaşinqtonda ABŞ-ın Qrenlandiyanı təsir dairəsinə cəlb etməklə bağlı yeni planı müzakirə olunur. SİA xəbər verir ki, bu barədə “Röyters” agentliyi yazıb. Agentlik qeyd edir ki, bu dəfə birbaşa ilhaq əvəzinə, daha əvvəl Sakit okeandakı bir neçə ada dövlətinə tətbiq edilmiş əlaqələrin gücləndirilməsi sxemindən istifadə oluna bilər. İki amerikalı rəsmi və müzakirələrdən xəbərdar olan başqa bir şəxsə istinadən bildirilir ki, Tramp administrasiyası Qrenlandiya rəhbərlərinə ABŞ ilə azad assosiasiya sazişi təklif etmək variantını nəzərdən keçirir. Bildirilir ki, keçmişdə belə razılaşmalar Mikroneziya, Marşall adaları və Palau kimi kiçik ada dövlətləri ilə imzalanıb. Hər…

Daha çox

Türkiyə XİN başçısı gündəmə dair sualları cavablandırıb

Azərbaycanda İsrail ilə Fələstin arasındakı qarşıdurmanın dayandırılması istiqamətində mexanizmin qurulması diplomatik üsullardan biridir. Hansısa əsaslı problem bir-iki görüşlə həll olunmur. Mexanizmlərin qurulması insanların qarşılıqlı niyyətləri və ya atacağı addımların müəyyənləşdirilməsi baxımından əhəmiyyətli ola bilər. Hazırda bu məsələnin həlli ilə bağlı diplomatik fəaliyyətimiz davam edir. Bir çox ölkə ilə müzakirələr aparırıq. İstər Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Donald Tramp arasında baş tutan telefon danışığı, istərsə də beynəlxalq görüşlərimizdə İsrail-Fələstin qarşıdurması, o cümlədən Qəzza zolağındakı humanitar böhranın aradan qaldırılması istiqamətində fəaliyyətimiz davam edir. SİA xəbər verir ki, bu ifadələri…

Daha çox

Tbilisidə Avropa Günü

Gürcüstanın paytaxtı Tbilisidə minlərlə insan etiraz etmək üçün küçələrə çıxıb. SİA xəbər verir ki, hökumət əleyhinə keçirilən yürüşdə bir neçə min insanın iştirak etdiyi bildirilir. Tədbir Avropa Gününə (9 may) təsadüf edib. İştirakçılar yeni parlament seçkilərinin keçirilməsini və aksiyalar zamanı saxlanılan vətəndaşların azadlığa buraxılmasını tələb ediblər. Jurnalistlər Avropa Meydanındakı mitinqin dinc şəraitdə keçdiyini qeyd ediblər. Ətrafda patrul polisi növbətçilik edib. Gürcüstanda etirazlar 2024-cü ilin oktyabr ayından davam edir. Müxalifət partiyaları və ölkənin keçmiş prezidenti Salome Zurabişvili hakim Gürcü Arzusu Partiyasının qələbəsi ilə nəticələnən parlament seçkilərinin nəticələri ilə razılaşmır. 2025-ci ilin…

Daha çox

Pakistan ordusu Hindistana cavab verəcəyini bəyan edib

Hindistan ordusu gecə saatlarında Pakistanda 3 məntəqəyə raket zərbəsi endirib. Hücuma məruz qalan ərazilər arasında Pakistan ordusunun Baş qərargahının yerləşdiyi Ravalpindi şəhəri də var. SİA xəbər verir ki, bu barədə Pakistan Ordusunun dövlət televiziyası ilə yayılan bəyanatında bildirilib. “Hindistan raket hücumuna başlayıb. Nur xan, Murid və Şorkut bazaları hədəfə alınıb. İndi isə cavabı gözləyin” – deyə televiziyada ingilis dilində yayımlanan bəyanatda deyilir.

Daha çox