Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri mayın 10-da Fəxri xiyabana gələrək Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha çoxDay: May 10, 2025
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb
Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. SİA xəbər verir ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 23 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.
Daha çoxHərbçilərə dövlət hesabına mənzillər təqdim olunub
Azərbaycan Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət hesabına mənzillər verilib. SİA xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbçilərə Sumqayıtda 59 mənzil təqdim edilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Fərmanına əsasən, Azərbaycan Ordusunda 20 il qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət hesabına daimi mənzillərin verilməsi prosesi davam etdirilir. Bu proses hərbi qulluqçuların sosial rifahının yüksəldilməsinə yönəlib. Qeyd edək ki, Hər il Maliyyə Nazirliyinin ayırdığı vəsait hesabına mənzillər alınır və hərbçilərə…
Daha çoxBu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Cari ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib. SİA xəbər verir ki, bunu açıqlamasında Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi və nazirliyin Mənzil Komissiyasının sədri Elçin Əliyev deyib. O qeyd edib ki, hər il Maliyyə Nazirliyi tərəfindən bununla bağlı vəsait ayrılır. Bu il də həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) 500-dən artıq ev alınıb. “Bu gün Sumqayıt şəhərində bu mərhələdə ümumilikdə 59 mənzil təqdim olunub. Həmin mənzillər bir və dörd otaqlıdır. Ümumilikdə bu il ərzində bir və dörd otaqlı olmaqla, 500-dən çox mənzil hərbi…
Daha çoxPrezident İlham Əliyev Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə video paylaşıb
Prezident İlham Əliyev Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə video paylaşıb
Daha çoxAzərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır
Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü tamam olur. Ulu Öndərin parlaq xatirəsi Bakıda, respublikamızın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə, eləcə də xarici ölkələrdə dərin ehtiramla anılır. SİA xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq müxtəlif idarə və müəssisələrin, təhsil ocaqlarının kollektivləri, hərbçilər, Qarabağ müharibəsinin veteranları, paytaxt sakinləri Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Məzar və abidə önünə təzə-tər güllər düzülür, əklillər qoyulur. Dahi şəxsiyyətin Vətən və xalq qarşısında misilsiz xidmətləri bir…
Daha çox“Heydər Əliyev xalqını çətin sınaqlardan uğurla çıxarmış dahi şəxsiyyətdir”
Ümummilli Lider Heydər Əliyev xalqını çətin və taleyüklü sınaqlardan uğurla çıxarmış, ölkəmizin inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyətdir. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibəti ilə “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Onun müdrikliyi, uzaqgörənliyi və yorulmaz fəaliyyəti sayəsində dövlətçiliyimiz möhkəmləndi, bugünkü güclü və müasir Azərbaycanın təməli qoyuldu. Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də ölkəmizin dinamik yüksəlişinin əsasını təşkil edir. Bu strateji xəttin bünövrəsində dayanan milli dövlətçilik amalları hər birimiz üçün zəngin örnəkdir. Ulu Öndər Heydər Əliyevi 102-ci ildönümündə ehtiramla…
Daha çoxÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Polşada qeyd edilib
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünün qeyd olunması çərçivəsində Polşada silsilə tədbirlər keçirilib. SİA xəbər verir ki, Azərbaycanın Polşadakı səfirliyində Ulu Öndər Heydər Əliyevin büstünün önünə əklil qoyulub. Səfir Nərgiz Qurbanova başda olmaqla səfirliyin heyəti, eləcə də Polşada akkreditə edilmiş Mərkəzi Avropa Ölkələri üzrə Ticarət Nümayəndəsinin aparatının əməkdaşları Ulu Öndəri ehtiramla yad ediblər. Polşanın ilk paytaxtı və dini mərkəzi olan Qnezno şəhərində yerləşən və üzərində Ümummilli Lider Heydər Əliyevin və polşaəsilli Roma papası II İonann Pavelin Azərbaycan haqqında fikirləri əks olunmuş Azərbaycan-Polşa “Dostluq” abidəsi ziyarət edilib.…
Daha çoxPakistan Silahlı Qüvvələri Hindistan aerodromunun məhv edildiyini açıqlayıb
Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti ölkə ordusunun Cammu və Kəşmir əyalətindəki Birnala şəhərində aerodromun və üç nəzarət-buraxılış məntəqəsinin məhv edildiyini açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bununla yanaşı, ölkə ordusunun Cammu və Kəşmir bölgəsinin Punç mahalının Bhimber-Qali kəndində Hindistan Silahlı Qüvvələrinin briqada qərargahını məhv etdiyi bildirilib. Qeyd edək k, mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Cavab olaraq Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.
Daha çoxPrezident İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib – YENİLƏNİR
Prezident İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib – YENİLƏNİR
Daha çox