Pakistanın Baş naziri Şahbaz Şərif Milli Komandanlığın iclasını çağırıb. SİA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunub ki, Milli Komandanlıq təhlükəsizlik məsələləri üzrə qərarlar qəbul edən mülki və hərbi vəzifəli şəxslərin ali orqanıdır.
Daha çoxDay: May 10, 2025
“Xalqımız ən çətin dönəmdə Ulu Öndərə bir daha etimad göstərdi”
“Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə milli-mənəvi dəyərlərin yaşadılmasına, eləcə də Azərbaycanın mədəniyyətinin inkişafına zəmin yaradıb”. SİA xəbər verir ki, bu sözləri YAP sədrinin müavini Tahir Budaqov jurnalistlərə açıqlaması zamanı deyib. O bildirib ki, Azərbaycanın nəinki Qafqaz regionunda, eləcə də Avrasiya regionunda qüdrətli dövlətə çevrilməsinin əsasını Heydər Əliyev qoyub: “Bütün bu işlər Azərbaycançılıq ideologiyasının formalaşmasında misilsiz əhəmiyyət kəsb edir. Təbii ki, xalqımız bütün bunları nəzərə alaraq ən çətin dönəmdə Ulu Öndərə bir daha etimad göstərdi. Heydər Əliyev xalqın tələbini yerinə yetirərək, həyatını təhlükəyə ataraq bütün məsuliyyəti öz…
Daha çoxDövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar
Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Daha çoxHeydər Əliyev və uşaqlar
“Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insan cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Azərbaycanın prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür”. Heydər Əliyev Uşaq xəyalların, arzuların ümid tumurcuğu, ailə qalasının misilsiz sevinç qaynağı, cənnətin qoxusunu dünyaya yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir. Çünki bir xalqın, millətin ən böyük mühafizəkarı,…
Daha çoxAzərbaycan Heydər Əliyevin xidmətləri sayəsində inkişaf yoluna qədəm qoyub
Azərbaycan Ümummilli Lider Heydər Əliyevin xidmətləri sayəsində inkişaf yoluna qədəm qoyub. SİA xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ulu Öndər Azərbaycanı Avrasiya məkanında söz sahibi edib: “Heydər Əliyev hələ sovet dövrü zamanı Azərbaycana rəhbərlik edərkən ölkənin milli-mənəvi dəyərlərinin, dilinin, mədəniyyətinin inkişaf etdirilməsinə böyük önəm verib. Bu, müstəqillik üçün zəmin yaradan əsas faktor olub. Azərbaycan xalqı bütün bunları nəzərə alaraq ölkənin ən çətin dönəmində Ulu Öndərə dəstək oldu. Heydər Əliyev də həyatını təhlükəyə ataraq…
Daha çoxPrezident Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib. SİA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Daha çoxMakron, Merts, Starmer və Tusk Kiyevə gediblər
Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tusk “qətiyyətlilərin koalisiyası”nın görüşü üçün Kiyevə gediblər. SİA xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb. Qeyd olunb ki, “qətiyyətlilərin koalisiyası”nın görüşündə ölkə liderləri Ukraynada davamlı atəşkəsi müzakirə edəcəklər. E.Makron bildirib ki, sülh sazişi Ukraynanın təhlükəsizliyinə zəmanət verməlidir: “Bu, üzərində işlədiyimiz məsələdir. Birlikdə irəliləyirik”.
Daha çoxSabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu…
Daha çoxAzərbaycan Hindistan-Pakistan məsələsində hər zaman ədalətin, haqqın yanında olacaq
Azərbaycan Hindistan-Pakistan məsələsində hər zaman ədalətin, haqqın yanında olacaq. SİA xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə müsahibəsində deyib. “Azərbaycanın mövqeyini həm xarici işlər naziri, həm deputatlar açıq şəkildə nümayiş etdiriblər. Hesab edirik ki, Pakistan bizim yaxın dostumuzdur. Pakistan hər zaman Azərbaycanın ən ağır günlərində yanında olub. Ona görə hesab edirəm ki, bu münasibətlər davam etdirilərək möhkəmlənəcək və Azərbaycan hər zaman ədalətin, haqqın yanında olacaq”, – deyə S.Seyidov bildirib.
Daha çoxAzərbaycanın Belarusdakı səfirliyi Heydər Əliyevlə bağlı paylaşım edib
Azərbaycanın Belarusdakı səfirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə paylaşım edib. SİA xəbər verir ki, paylaşım səfirliyin “X” sosial şəbəkəsindəki hesabında edilib. “10 may – müstəqil, müasir, güclü Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Qəlbimizdə əbədi yaşayan böyük liderin xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik”, – paylaşımda vurğulanıb.
Daha çox