Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,08 ABŞ dolları, yaxud 1,67 % artaraq 65,66 ABŞ dolları təşkil edib. SİA xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 63,59 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,20 ABŞ dolları və ya 1,9 % artaraq 64,27 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light”…
Daha çoxDay: May 10, 2025
Pakistan hava məkanını müvəqqəti bağladı
Pakistan öz hava məkanını müvəqqəti bağladığını elan edib. SİA xəbər verir ki, bu barədə Pakistan Hava Limanları İdarəsi məlumat yayıb. Qurumun məlumatına görə, Pakistan Hindistanın zərbələri ilə əlaqədar təhlükəsizlik məqsədilə 03:15-dən (Bakı vaxtı ilə 02:15) 12:00-dək (Bakı vaxtı ilə 11:00) hava məkanını bütün uçuşlar üçün bağlayıb.
Daha çoxBritaniya səfiri Ümummilli lider Heydər Əliyevi anıb
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə “X” sosial şəbəkə hesabında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Səfirliyin qiymətli arxiv materiallarını gəzirdim və ilk ziyarətçi kitabımızı tapdım. Onun ilk səhifəsində düz 30 il əvvəl Zati-aliləri Heydər Əliyevin yazdığı səmimi arzuları və imzası var. Allah rəhmət eləsin!”.
Daha çoxPakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladı
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib. SİA xəbər verir ki, bu barədə “Geo” telekanalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Pakistan Silahlı Qüvvələri Hindistanda çoxsaylı strateji hədəfləri vurur. Artıq Bisadakı “BrahMos” raket anbarının məhv edildiyi bildirilir.
Daha çoxABŞ-ın Kiyevdəki səfirliyi vətəndaşlarına təcili xəbərdarlıq etdi
ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarına təcili xəbərdarlıq edib. SİA xəbər verir ki, diplomatik nümayəndəlik yaxın günlərdə ciddi hava hücumu təhlükəsi olduğunu bildirib. Xəbərdalıqda deyilir: “Biz ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı verildiyi təqdirdə dərhal sığınacaq tapmağı tövsiyə edirik. Təhlükəsiz binalara və lazımi rabitə vasitələrinə çıxışınız olduğundan əmin olun”. Potensial hücumun dəqiq vaxtı və hədəfləri barədə açıqlama verilməyib
Daha çoxMehriban Əliyeva Heydər Əliyevin doğum günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. SİA xəbər verir ki, paylaşımda deyilir: “Heydər Əliyev – 102. Dahi şəxsiyyətin nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq”.
Daha çoxBu da Türkiyənin uçan avtomobili
Türkiyənin “AirCar” şirkəti ikiyerlik uçan avtomobil modelinin ilk pilotlu sınaq uçuşunu həyata keçirib. SİA xəbər verir ki, sınaqlar ötən ay baş tutub. Həmin vaxt “AirCar”ın qurucusu və icraçı direktoru Eray Altunbozar birnəfərlik prototipdə havaya qalxıb və texnoloji parkın helikopter meydançasına enib. Daha sonra o, burada ikiyerlik modelə keçib və bir sərnişinlə həyata keçirdiyi ilk uçuşu da uğurla başa vurub. Güclü küləyə baxmayaraq uçuş 8 metr yüksəklikdə 10 dəqiqəyə yaxın davam edib.
Daha çoxƏlcəzairdə qurumlararası yazışmalarda fransız dilindən imtina edilir
Əlcəzair rəsmi və qeyri-rəsmi kargüzarlıqda, eləcə də qurumlararası yazışmalarda fransız dilinin istifadəsini dayandırmaq üçün müxtəlif tədbirlər həyata keçirir. SİA yerli KİV-lərə istinadla xəbər verir ki, Əlcəzair Futbol Federasiyasının əmri ilə yerli futbol federasiyalarından rəsmi sənədlərini və yazışmalarını “ən qısa zamanda” ərəb dilində hazırlamaları və bunun 2025–2026 futbol mövsümündən etibarən tətbiq olunması istənilir. Bundan başqa, intizam komitələrinin protokollarının hazırlanması, oyunları idarə edəcək hakimlərin təyinatları, oyunların planlaşdırılması və bütün yazışmaların ərəb dilində aparılması tələb olunur. Rəsmi sənədləşmədən fransız dilinin çıxarılması prosesi sürətlə davam edir. Əlcəzair şəhərinin su təchizatı şəbəkəsinin idarə edilməsinə cavabdeh…
Daha çoxVaşinqtonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
Azərbaycanın ABŞ-dakı Səfirliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə tədbir təşkil edilib. SİA-nın məlumatına görə, tədbirdə Vaşinqtonda yaşayan Azərbaycan icmasının təmsilçiləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanın ABŞ-də fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim ümummilli liderin Azərbaycanın gələcəyi naminə irəli sürdüyü əsas ideyalarından bəhs edərək onun tək Azərbaycan deyil, dünya üçün dəyər təşkil etdiyini diqqətə çatdırıb. Səfir bildirib ki, o ideyaların davamı olaraq Azərbaycan güclü və inkişaf edən ölkəyə çevrilib. Bu gün Prezident İlham…
Daha çoxTrampın Qrenlandiya ilə bağlı yeni planı
Vaşinqtonda ABŞ-ın Qrenlandiyanı təsir dairəsinə cəlb etməklə bağlı yeni planı müzakirə olunur. SİA xəbər verir ki, bu barədə “Röyters” agentliyi yazıb. Agentlik qeyd edir ki, bu dəfə birbaşa ilhaq əvəzinə, daha əvvəl Sakit okeandakı bir neçə ada dövlətinə tətbiq edilmiş əlaqələrin gücləndirilməsi sxemindən istifadə oluna bilər. İki amerikalı rəsmi və müzakirələrdən xəbərdar olan başqa bir şəxsə istinadən bildirilir ki, Tramp administrasiyası Qrenlandiya rəhbərlərinə ABŞ ilə azad assosiasiya sazişi təklif etmək variantını nəzərdən keçirir. Bildirilir ki, keçmişdə belə razılaşmalar Mikroneziya, Marşall adaları və Palau kimi kiçik ada dövlətləri ilə imzalanıb. Hər…
Daha çox