Azərbaycanın Türkmənistandakı səfirliyinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Aşqabad şəhərində “Heydər Əliyev-enerji diplomatiyası: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib. Konfransda çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, ölkəmizin rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə dövlətimizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında məlumat verib. Q.Gözəlov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın qurucusu olaraq, ölkənin enerji siyasətinin formalaşdırılmasında əvəzsiz…
Daha çoxDay: May 11, 2025
Putin parad zamanı “yaman pis vəziyyətə” düşüb..?
Amerikalı analitiklər detalları açıqlayıb… …Yenə də, mən yox,.. amma deyirlər ki, guya Putinin paradda Ukraynaya qarşı müharibədən danışmağa heç bir əsası olmayıb deyə, buna görə də heç nə danışmayıb. …Yenə də deyirlər ki, yenə guya son bir ildə Rusiya ordusu Rusiya lideri Vladimir Putinin qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib. Belə ki, ruslar ötən ilin fevralında Avdeevkanın işğalından sonra Ukraynanın bir dənə də olsun mühüm şəhərini ələ keçirə bilməyiblər və həmçinin Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çata da bilməyiblər. Ona görə də…
Daha çoxPrezident və birinci xanım Mehriban Ağdam Muğam Mərkəzinin açılışında…
-Əziz dostlar, əziz ağdamlılar, bu gün ölkəmizin tarixində çox gözəl bir gündür. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir. Məhz onun 1993-cü ildə Azərbaycan rəhbərliyinə…
Daha çoxUkrayna partizanları Sankt-Peterburqdakı müdafiə zavoduna soxulublar…
Şirkət raketlər üçün pilotsuz təyyarələr, radarlar və təyinat sistemləri yaradır… …Partizanlar Sankt-Peterburqda Rusiya hərbi-sənaye kompleksi üçün vacib olan zavodda kəşfiyyat aparıblar. Qeyd edilir ki, bu şirkət raketlər üçün pilotsuz təyyarələr, radarlar və təyinat sistemləri yaradır. SİA-nın məlumatına görə, bu barədə “ATEŞ” partizan hərəkatının Telegram kanalı bildirib. Belə ki, agentlər Rusiyanın hərbi potensialının saxlanmasında əsas rol oynayan obyektlərin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirirlər. …Bu dəfə onlar Sankt-Peterburqda yerləşən “Elmi-İstehsalat Müəssisəsi Radar MMS” səhmdar cəmiyyətinin uğurlu kəşfiyyatını həyata keçiriblər. Bu, məlumatda deyilir. Kəşfiyyat zamanı “ATEŞ” agentləri təhlükəsizlik rejimini…
Daha çoxKreml Ukraynada atəşkəs üçün yeni ultimatum verib…
Peskov Moskvanın yeni tələbini səsləndirib… …Kremlin sözçüsü Dmitri Peskov Rusiyaya Ukraynada atəşi dayandırmaq üçün yeni şərt elan edərək bildirib ki, Qərb Kiyevə silah tədarükünü dayandırmalıdır. SİA-nın məlumatına görə, o, bu barədə ABC News-a müsahibəsində bildirib. …Əks halda, bu, Ukrayna üçün üstünlük olacaq. Ukrayna cəbhə xəttinə yeni qoşunlar təhvil verərək total səfərbərliyini davam etdirəcək. Ukrayna bu müddətdən yeni hərbi kadrlar hazırlamaq və artıq xidmətdə olanlara istirahət vermək üçün istifadə edir. Deyilənlərə görə, Peskov bunu kinli şəkildə deyib. O, həmçinin Ukraynanın guya “təcili danışıqlara hazır olmadığı” barədə Rusiyanın rəvayətini…
Daha çoxPrezident Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbinin binasının açılışında iştirak edib. SİA xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, 30 sinif otağı olan 484 şagird yerlik məktəbdə təhsil prosesinin müasir səviyyədə təşkili üçün lazımi şərait yaradılıb, otaqlar zəruri dərs vəsaitləri ilə təchiz edilib. Burada biologiya, kimya və fizika laboratoriyaları, informatika, çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, akt və idman zalları, yeməkxana mövcuddur. Təhsil ocağının ərazisində idman meydançası inşa olunub. Bu meydançadan şagirdlərlə…
Daha çoxDurov “WhatsApp”ın hiyləgər planını ifşa etdi
“Telegram”ın yaradıcısı Pavel Durov “WhatsApp”ı “Telegram” kanallarında “Telegram”ı tənqid edən şərhləri pulla almaqda ittiham edib. SİA xəbər verir ki, sübut kimi o, rusdilli kanallardan iki paylaşımın skrinşotlarını da yayımlayıb. Paylaşımlarda “Telegram” mesenceri “fırıldaqçılıq yaymaqda və reklamları qarışdırmaqda” günahlandırılır, “WhatsApp” isə interfeysdə reklam olmadığı və ödənişli abunə olmadığı üçün “yaxşı” kimi göstərilir. “Rəqiblərimiz çarəsizləşib və “Telegram” kanallarında özlərini reklam etməyə başlayıblar. Bundan əvvəl onlar əsasən Qərb mətbuatında sifarişli məqalələr dərc edirdilər. Onlar bizə qarşı yönəldilən marketinq büdcəsinin milyardlarla vəsaitini innovasiyaya xərcləsələr, daha yaxşı olardı”, – Durov yazıb. O əlavə edib ki,…
Daha çoxAğdamın Kəngərli kəndində körpələr evi-uşaq bağçasının açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. SİA xəbər verir ki, dövlətimizin başçısına məlumat verildi ki, müasir standartlara uyğun inşa edilmiş 120 yerlik körpələr evi-uşaq bağçasında azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olmaq, onların sağlam mənəvi və fiziki mühitdə yetişmələri üçün hər cür şərait var. Otaqların hamısı zəruri avadanlıqla təchiz olunub. Körpələr evi-uşaq bağçasında 6 qrup fəaliyyət göstərəcək. Bağçanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, müxtəlif attraksion və idman qurğuları quraşdırılıb, geniş abadlıq işləri görülüb. Ölkəmizdə yeni uşaq müəssisələrinin yaradılması prosesi işğaldan azad olunmuş…
Daha çoxPutinin elan etdiyi atəşkəs başa çatdı
Rusiyanın Qələbənin 80 illiyi şərəfinə elan etdiyi atəşkəs mayın 11-i saat 00:00-da başa çatıb. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin mayın 8-i saat 00:00-dan mayın 11-i saat 00:00-ə qədər atəşkəs elan etmişdi.
Daha çoxYAP nümayəndələri Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə əkil və gül dəstələri qoyublar. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha çox