Fransa Rusiya-Ukrayna danışıqlarında iştirak şərtlərini açıqlayıb


Avropa ölkələri İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarında iştirak etmək istəyərlər,.. ancaq bu şərtlə ki, atəşkəs əldə olunsun…

SİA-nın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot deyib.

O, Rusiya prezidenti Vladimir Putinin danışıqlara hazır olması ilə bağlı təşəbbüsünü müsbət qiymətləndirib.

Barronun sözlərinə görə, Avropa ölkələri Ukraynada uzunmüddətli sülhə gətirib çıxaracaq müzakirələrə başlamağa hazırdır.

Nazirin qeyd etdiyi kimi, Fransa “istəklilər koalisiyası” və eləcə də ABŞ ilə birlikdə Ukraynada mümkün atəşkəsin monitorinqi ilə bağlı təşəbbüsləri artıq müzakirə edib.

Bundan əvvəl Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya prezidenti Vladimir Putinin birbaşa danışıqları bərpa etmək təklifini rədd etməsi üçün güclü təzyiq altında olacağını proqnozlaşdırmışdı.

Öz növbəsində Almaniya kansleri Fridrix Merz bildirib ki, Rusiya və Ukrayna arasında sülh danışıqlarına başlamazdan əvvəl atəşkəsə nail olmaq lazımdır.

Əli Babayev

Əlaqəli Xəbərlər