Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı səsləndirib. “Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli…
Daha çoxDay: May 11, 2025
Danimarka məktəb qiymətlərini tamamilə ləğv etməyi planlaşdırır
Danimarkada ənənəvi qiymətləndirməni tamamilə ləğv etmək planları ilə birlikdə məktəb qiymətləndirmə sisteminə əsaslı dəyişiklik müzakirə edilir. Bu addım təhsil dairələrində və valideynlər arasında səs-küyə səbəb olub, çünki hesab olunur ki, qiymətlərin aradan qaldırılması uşaqlar üçün stressi azaltmağa və daha əlverişli öyrənmə mühiti yaratmağa kömək edəcək. Avropalı ekspertlər qeyd edirlər ki, yeni model formal ballara deyil, tələbələrin fərdi bacarıqlarının, motivasiyasının və yaradıcılığının inkişafına diqqət yetirməlidir. Eyni zamanda, tənqidçilər qiymətləndirmə sisteminin tamamilə ləğv edilməsinin öyrənmə motivasiyasını pisləşdirə və öyrənmə prosesini daha az strukturlaşdıra biləcəyindən qorxurlar. Ölkənin təhsil nazirinin müavini vurğulayıb ki, islahatlar…
Daha çoxPrezidentdən mühüm mesaj…
Prezidentdən mühüm mesaj…
Daha çox“Panasonic” 10 min iş yerini bağlayır
“Panasonic” 10 min iş yerini bağlayır
Daha çoxUlu Öndərin 102 illiyi Azərbaycan Ordusunda ehtiramla anılıb
Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Müdafiə Nazirliyindən bildirilib ki, tədbirlər planına əsasən Ulu Öndərin bölgələrdəki abidələri ziyarət olunub, önünə gül dəstələri düzülüb, ictimai-siyasi hazırlıq məşğələləri, dəyirmi masalar və konfranslar təşkil edilib. Həmçinin tarixi şəxsiyyət Heydər Əliyevə həsr olunan sənədli filmlər və videoçarxlar nümayiş etdirilib, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik tədbirləri və müxtəlif idman yarışları keçirilib. Şəxsi heyət, ictimaiyyət və Azərbaycan Respublikasının xarici ölkələrdə…
Daha çoxFridrix Merz Kiyevdən Putinə xəbərdarlıq edib…
Qərb sərt cavab verməyə hazırdır… …Almaniyanın yeni kansleri Fridrix Merz Kiyevə ilk səfəri zamanı atəşkəsə çağırıb və Rusiya diktatoru Vladimir Putini sanksiyalarla hədələyib. SİA-nın məlumatına görə, bu barədə UNİAN xəbər verir. …Biz 30 günlük atəşkəsə çağırırıq ki, bu müddət ərzində sülh danışıqları hazırlansın. İndi top Putinin meydançasındadır və o, bu təklifə cavab verməlidir. Bunu deyən almaniyalı kansler xəbərdarlıq edib ki, Kreml atəşkəslə razılaşmasa, Qərb sərt cavab verməyə hazırdır. …İmtina ediləcəyi təqdirdə sanksiyaların ciddi şəkildə sərtləşdirilməsi və Ukraynaya geniş miqyaslı dəstək – siyasi, maliyyə və hərbi…
Daha çoxTürkmənistanda Ulu Öndərə həsr olunmuş enerji konfransı təşkil edilib
Azərbaycanın Türkmənistandakı səfirliyinin təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Aşqabad şəhərində “Heydər Əliyev-enerji diplomatiyası: Yaşıl dünya naminə həmrəylik” adlı konfrans keçirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyindən məlumat verilib. Konfransda çıxış edən Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, ölkəmizin rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə dövlətimizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında məlumat verib. Q.Gözəlov bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycanın qurucusu olaraq, ölkənin enerji siyasətinin formalaşdırılmasında əvəzsiz…
Daha çoxPutin parad zamanı “yaman pis vəziyyətə” düşüb..?
Amerikalı analitiklər detalları açıqlayıb… …Yenə də, mən yox,.. amma deyirlər ki, guya Putinin paradda Ukraynaya qarşı müharibədən danışmağa heç bir əsası olmayıb deyə, buna görə də heç nə danışmayıb. …Yenə də deyirlər ki, yenə guya son bir ildə Rusiya ordusu Rusiya lideri Vladimir Putinin qarşısına qoyduğu məqsədlərin heç birinə nail ola bilməyib. Belə ki, ruslar ötən ilin fevralında Avdeevkanın işğalından sonra Ukraynanın bir dənə də olsun mühüm şəhərini ələ keçirə bilməyiblər və həmçinin Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çata da bilməyiblər. Ona görə də…
Daha çoxPrezident və birinci xanım Mehriban Ağdam Muğam Mərkəzinin açılışında…
-Əziz dostlar, əziz ağdamlılar, bu gün ölkəmizin tarixində çox gözəl bir gündür. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir. Məhz onun 1993-cü ildə Azərbaycan rəhbərliyinə…
Daha çoxUkrayna partizanları Sankt-Peterburqdakı müdafiə zavoduna soxulublar…
Şirkət raketlər üçün pilotsuz təyyarələr, radarlar və təyinat sistemləri yaradır… …Partizanlar Sankt-Peterburqda Rusiya hərbi-sənaye kompleksi üçün vacib olan zavodda kəşfiyyat aparıblar. Qeyd edilir ki, bu şirkət raketlər üçün pilotsuz təyyarələr, radarlar və təyinat sistemləri yaradır. SİA-nın məlumatına görə, bu barədə “ATEŞ” partizan hərəkatının Telegram kanalı bildirib. Belə ki, agentlər Rusiyanın hərbi potensialının saxlanmasında əsas rol oynayan obyektlərin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirirlər. …Bu dəfə onlar Sankt-Peterburqda yerləşən “Elmi-İstehsalat Müəssisəsi Radar MMS” səhmdar cəmiyyətinin uğurlu kəşfiyyatını həyata keçiriblər. Bu, məlumatda deyilir. Kəşfiyyat zamanı “ATEŞ” agentləri təhlükəsizlik rejimini…
Daha çox