ABŞ dövlət katibi Marko Rubio Şimali Atlantika Alyansının qeyri-rəsmi nazirlər toplantısında iştirak etmək üçün mayın 14-16-da Türkiyənin Antalya şəhərinə səfər edəcək. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat verilib. Bəyanatda deyilir ki, Rubio NATO-nun təhlükəsizlik prioritetlərini, o cümlədən müttəfiqlərin müdafiə investisiyalarının artırılması və Rusiya ilə Ukrayna arasında münaqişənin dayandırılmasını müzakirə etməyi planlaşdırır. Mayın 11-də gecə çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin Ukraynaya 2022-ci ilin yazında kəsilmiş birbaşa danışıqları bərpa etməyi təklif edib. Dövlət başçısının sözlərinə görə, bundan sonra Kiyev nümayəndə heyəti məsləhətləşmələrdə iştirakını dayandırıb…
Daha çoxDay: May 11, 2025
“Dördüncü yaşayış kompleksində 16 binanın inşası nəzərdə tutulub”
Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən qucaq açır. İndiyədək Şuşaya 376 ailə, ümumilikdə 1409 nəfərdən artıq keçmiş məcburi köçkün qayıdıb. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı İsmayıl İsmayılov bildirib ki, mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməli qoyulan dördüncü yaşayış kompleksində 16 binanın inşası nəzərdə tutulub. Kompleksin ümumi sahəsi…
Daha çoxTürkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda birgə təlim keçib
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda birgə təlim keçib. SİA-nın xəbərinə bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “X”dəki hesabında məlumat yayıb. Məlumata görə, Türkiyə Ordusunun 9-cu Komando Briqada komandanlığı və Naxçıvanın Əlahiddə Ümumqoşun Ordusunun bölmələri “Birgə komando təlimi” keçirib.
Daha çoxAİ-nin Rusiyaya qarşı 17-ci sanksiya paketinin yarısını Fransa XİN hazırlayıb
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı hazırladığı 17-ci sanksiyalar paketinə daxil ediləcək bütün məhdudiyyətlərin təxminən yarısı Fransa tərəfindən formalaşdırılıb. SİA-nın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “France Inter” radiosunun efirində deyib. “Avropalılar öz növbəsində artıq bir neçə həftədir ki, yeni sanksiyalar paketi üzərində işləyirlər. Biz buna töhfəmizi vermişik: hətta mənim nazirliyim bu sanksiyalar paketi üçün təriflərin yarısını belə formalaşdırıb və bu, artıq praktiki olaraq qəbul edilib”, – o deyib.
Daha çoxMacarıstan milli azlıqlarla bağlı Ukrayna ilə danışıqları təxirə salır
Macarıstan milli azlıqlarla bağlı Ukrayna ilə mayın 12-nə planlaşdırılan danışıqları təxirə salıb. SİA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ədliyyə Nazirliyi məlumat yayıb. “Əvvəllər Budapeştdə tərəflər Macarıstandan gələn 11 tövsiyəni nəzərdən keçirmək üçün ekspert qruplarının işi barədə razılığa gəliblər. Ukrayna nümayəndə heyəti ilk aralıq nəticələri mayın 12-də gözləyirdi”, – nəşr yazır. Bundan əlavə, məsləhətləşmələrin Ukrayna nümayəndə heyətinin artıq gəldiyi Ujqorodda keçirilməli olduğu bildirilir. Görüşün hansı tarixə dəyişdirildiyi açıqlanmayıb. Qeyd edilir ki, Macarıstanın Ukraynaya qarşı çoxlu tələbləri var. Buraya xüsusilə, macar dilindən sərbəst istifadə, regional və milli səviyyədə siyasi…
Daha çoxABŞ-İran danışıqları ekspert qruplarının məsləhətləşmələri ilə paralel aparılacaq
ABŞ-İran danışıqlarının dördüncü raundu texniki məsləhətləşmələrə paralel olaraq keçiriləcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib. Bəqayi deyib ki, iki ölkənin nümayəndə heyətləri Tehranın nüvə proqramı üzrə potensial razılaşmanın detallarını da müzakirə edəcəklər. Onun sözlərinə görə, İranın texniki qrupun ekspertlərindən ibarət nümayəndə heyəti danışıqlar zamanı lazımi məsləhətləşmələr aparmaq üçün Maskatdadır. Bəqayi qeyd edib ki, Maskatda danışıqlar yerli vaxtla günorta saatlarında başlayacaq. Danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Abbas Əraqçi artıq Omana uçub.
Daha çoxPutinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil
Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinin Ukrayna ilə birbaşa danışıqlara dair təklifini qeyri-kafi qiymətləndirib. SİA xəbər verir ki, bu barədə “Frans Presse” (AFP) agentliyi məlumat yayıb. “Vladimir Putinin Kiyev və onun avropalı müttəfiqlərinin tələb etdiyi 30 günlük atəşkəsə cavab olaraq Rusiya və Ukrayna arasında birbaşa danışıqlar təklifi ilk addımdır, lakin kifayət deyil”, – Makron deyib. AFP Fransa prezidentinin sözlərindən sitat gətirir: “Şərtsiz atəşkəsdən əvvəl danışıqlar aparılmır”. Makron əlavə edib ki, Putin çıxış yolu axtarır, amma yenə də vaxt qazanmaq istəyir.
Daha çoxŞri-Lankada avtobus aşıb, 15 nəfər ölüb, 20 nəfər yaralanıb
Şri-Lankanın Mərkəzi əyalətinin Kotmale şəhərində avtobusun aşması nəticəsində 15 nəfər ölüb. Bu barədə SİA “Sinxua” agentliyinə istinadən xəbər verir. Daha 20 nəfərin yaralandığı bildirilir. Zərərçəkənlərin rayon xəstəxanalarına çatdırıldığı qeyd edilir. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Qəzanın səbəbləri araşdırılır.
Daha çoxAfrika dövlətlərinin səfirləri BMT-nin Azərbaycanda keçiriləcək forumu barədə məlumatlandırılıblar
BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə 9 mayda, Keniyanın Mombasa şəhərində keçirilən Afrika dövlətlərinin Keniyadakı diplomatik missiya rəhbərlərinin illik toplantısı keçirilib. Bu barədə SİA-ya Azərbaycanın Keniyadakı səfirliyindən bildirilib. Azərbaycanın bu ölkədəki səfiri Sultan Hacıyev xüsusi qonaq statusu ilə toplantıda iştirak edib. Tədbir çərçivəsində Azərbaycanın 2026-cı ilin 18-22 may tarixlərində ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunan iclas təşkil olunub. S.Hacıyev iclasda iştirak edən Afrika dövlətlərinin 60-dan çox yüksək vəzifəli rəsmi və diplomatik missiya rəhbərlərinə WUF13-ün hazırlıq prosesləri, foruma ev sahibliyi çərçivəsində Azərbaycanın qlobal hədəfləri və…
Daha çoxAlbaniyada parlament seçkiləri keçirilir
Bu gün Albaniyada parlament seçkiləri keçirilir. SİA -nın xəbərinə görə, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 19.00-da bağlanacaq. Əsas mübarizə hazırkı Baş nazir Edi Ramanın rəhbərlik etdiyi Sosialist Partiya və sabiq prezident və keçmiş Baş nazir Sali Berişa lideri olduğu Demokrat Partiya arasında gedir. 80 yaşlı mühafizəkar Sali Berişa partiyasının daxil olduğu müxalif alyansa rəhbərlik edir. Əgər 2013-cü ildən ölkəni idarə edən 60 yaşlı Edi Rama 2030-cu ilə qədər Avropa İttifaqına qəbulu hədəf seçibsə, əsas rəqibinin rəhbərlik etdiyi müxalif koalisiyanın şüarı “Böyük Albaniya”dır. Bu, ABŞ Prezidenti Donald Trampın…
Daha çox