Nigeriyada hökumət qüvvələrinin son antiterror əməliyyatları nəticəsində 11 terrorçu lider zərərsizləşdirilib. SİA xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Məhəmməd Badaru açıqlama verib. Nazirin sözlərinə görə, ölkənin şimalında “ən çox axtarılan” terrorçulardan biri kimi tanınan Bello Turji davam edən əməliyyatlar nəticəsində qaçıb və hazırda axtarışdadır.
Daha çoxDay: May 11, 2025
İran və ABŞ arasında nüvə danışıqlarının 4-cü raundu keçiriləcək
Bu gün ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı dolayı danışıqların dördüncü turu keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə “Mehr” məlumat yayıb. Qeyd edək ki, dünən İran xarici işlər naziri Abbas Araqçi ABŞ-la bərbər Avropa, Rusiya və Çinlə danışıqlar apardıqları bildirib. Tehranın nüvə silahı yaratmağa çalışmadığını söyləyən Abbas Araqçi İranın nüvə zənginləşdirilməsi də daxil olmaqla, nüvədən energetika üçün istifadəsinin müzakirə mövzusu olmadığını vurğulayıb.
Daha çoxTramp Kəşmir probleminin həllinə çalışacaq
ABŞ Prezidenti Donald Tramp Pakistan və Hindistan arasındakı Kəşmir probleminin həllinə çalışacaq. SİA-nın xəbərinə görə, Donald Tramp bu barədə “Truth Social”-da paylaşımında bildirib. ABŞ Prezidenti Pakistan və Hindistan rəhbərliyinin hazırkı qarşıdurmanı dayandırmağın vaxtı çatmasını anlayacaq müdrikliyə və iradəyə malik olması ilə qürur duyduğunu vurğulayıb: “Milyonlarla günahsız insan ölə bilərdi. Fəxr edirəm ki, ABŞ bu tarixi qərarın qəbulunda sizə kömək edə bildi”. Hər iki ölkə ilə ABŞ arasında ticarətin genişlənməsini istədiyini nəzərə çatdıran Donald Tramp Kəşmir probleminin həlli üçün hər iki tərəflə çalışacağını qeyd edib.
Daha çoxABŞ razılıq verdi
ABŞ Almaniyanın Ukraynaya “Patriot” HHM kompleksləri üçün 100 raket və 125 uzaqmənzilli raket verməsinə razılıq verib. SİA xəbər verir ki, bu barədə “The New York Times” (NYT) ABŞ Konqresindəki mənbəyə istinadən məlumat yayıb. “Kritik dərəcədə vacib olan silahlar Amerika Birləşmiş Ştatlarında istehsal olunur və Amerika hökumətinin razılığı olmadan – hətta başqa ölkənin mülkiyyətində olsa belə – ixrac edilə bilməz”, – məlumatda vurğulanıb.
Daha çoxSudan həbsxanasında 20 nəfər ölüb, 50 nəfər yaralanıb
Sudanın Qərbində yerləşən Şimali Kordofan əyalətinin Əl-Obeyd şəhərindəki mərkəzi həbsxanaya pilotsuz uçuş aparatının hücumu nəticəsində 20 nəfər ölüb, 50 nəfər isə yaralanıb. SİA xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli iqtidar orqanlarına istinadən məlumat yayıb. Bildirilib ki, ölənlər və yaralananların hamısı məhbuslardır. Hökumət nümayəndəsi Xalid Əli Əleysir bu hadisədə Çevik Reaksiya Qüvvələrini (ÇRQ) günahlandırıb. “Bu, sudanlı mülki şəxslərə qarşı silahlı qrupların törətdiyi cinayətlərin uzun siyahısına əlavə olunan tammiqyaslı hərbi cinayətdir”, – o bildirib və əlavə edib ki, ÇRQ şənbə günü səhər saatlarında Əl-Obeyd xəstəxanasına da dronla zərbə endirib. Hadisənin…
Daha çoxLondonda Ulu Öndər Heydər Əliyevlə bağlı tar konserti keçirilib
Mayın 10-da Azərbaycanın Böyük Britaniyadakı səfirliyində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibəti ilə tar konserti keçirilib. SİA xəbər verir ki, tədbirə Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının nümayəndələri, tələbələr, diaspor fəalları qatılıb. Konsertdə Əməkdar mədəniyyət işçisi, tanınmış tarzən Rafiq Rüstəmov xalq və bəstəkar mahnıları səsləndirib. Tarzən Rafiq Rüstəmovu nağarada Malik Təbrizli müşayiət edib. Konsertdən sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Ulu Öndərin Azərbaycan müsiqisinə, eləcə də sənətkar və musiqişünaslara hər zaman sevgi və qayğı ilə yanaşdığını deyərək onun tara və tar musiqisinə xüsusi rəğbətinin…
Daha çoxBu gün hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq…
Daha çoxİran nüvə dosyesi ilə bağlı hərəkətə keçdi
İran ABŞ, Avropa ölkələri, Çin və Rusiya ilə nüvə proqramı üzrə dialoqu davam etdirir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin paytaxtı Dohada ABŞ ilə dördüncü danışıqlar raundunun başlanmasından bir gün öncə bildirib. “Biz ABŞ, Çin, Avropa və Rusiya ilə səmimi şəkildə danışıqları davam etdiririk”, – o söyləyib. O, bir daha vurğulayıb ki, İran nüvə silahına sahib olmağa çalışmasa da, xalqının dinc nüvə texnologiyalarından istifadə etmək hüququndan imtina etməyəcək. Qeyd edək ki, İranın xarici işlər naziri şənbə günü Səudiyyə Ərəbistanına səfərindən…
Daha çoxPapa XIV Leo kilsənin rəqəmsal inqilaba cavab verməsinin əhəmiyyətindən danışıb
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Kardinallar Kollegiyasının üzvlərinə müraciətində kilsənin yeni sənaye inqilabına və süni intellektin inkişafına cavab verməsinin vacibliyini qeyd edib. SİA xəbər verir ki, Roma Papası kilsənin rəqəmsal inqilaba cavab verməsinin əhəmiyyətindən danışıb. “Bu gün kilsə başqa bir sənaye inqilabına və süni intellektin inkişafına cavab olaraq, öz sosial təlim xəzinəsini bütün bəşəriyyətə təqdim edir”, – deyə o bildirib. XIV Leo ad seçiminin səbəbini açıqlayan Roma Katolik Kilsəsinin rəhbəri bu adın kilsənin insan ləyaqətinə və sosial ədalətə olan daimi sadiqliyini əks etdirdiyini deyib. Bundan başqa, Papa XIV…
Daha çoxİrəvanda partlayış baş verdi
Ermənistanın paytaxtı İrəvanda “Toyota” markalı avtomobildə partlayış baş verib. SİA xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb. Mayın 10-da saat 21:08-də Popov küçəsində avtomobildən partlayış səsi eşidilib. Hadisə nəticəsində yanacaq sızması qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsindən bir nəfər xilasedici cəlb edilib. Xilasedicilər gələnədək bir nəfər zərərçəkən xəstəxanaya yerləşdirilib. Əraziyə gələn müvafiq xidmətlər yanacaq sızmasının qarşısını alıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Daha çox