Dünyaca məşhur şirkət 5 min iş yerini bağlayır

Yaponiyanın elektronika nəhəngi “Panasonik” şirkəti bir neçə ölkədəki əməkdaşlarının təxminən 5 faizini ixtisar etməyi planlaşdırır. SİA Yaponiya mediasına istinadən xəbər verir ki, bu addım zərərli biznesə yönələn köklü dəyişikliyin bir hissəsidir. Erkən pensiya proqramı kimi tədbirlər vasitəsilə bu maliyyə ilində həm ölkə daxilində, həm də xaricdə 5 min iş yeri bağlanacaq. Bağlanan iş yerlərinin böyük hissəsi satış və idarəetmə bölmələrinə düşəcək. Şirkət televizor biznesini satmağı, habelə məişət texnikası, kondisionerlər və işıqlandırma sahəsində ixtisaslaşan bölməni yenidən təşkil etməyi düşünür. “Panasonik” korporativ müştərilər üçün süni intellektə əsaslanan xidmətlərə daha çox resurs qoymağı…

Daha çox

Heydər Əliyevin sarsılmaz iradəsi ilə suveren Azərbaycanın əsasları qoyuldu

Moldovanın paytaxtı Kişineu şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. SİA xəbər verir ki, anım tədbirində Azərbaycanın Kişineudakı səfirliyinin, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) rəhbərliyi, Moldova Parlamentinin deputatları, xarici diplomatik korpusların rəhbərləri, yerli ictimai-siyasi xadimlər, diaspor fəalları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini anıblar. Sonra səfirlikdə keçirilən tədbirdə çıxış edən ölkəmizin Moldovadakı səfiri Ülvi Baxşəliyev görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan xalqının müasir dövlətçilik tarixinin formalaşmasında və inkişafında misilsiz rolu və…

Daha çox

Türkiyədə bir gündə baş verən yol qəzalarında 9 nəfər ölüb

Ötən gün Türkiyənin Çanaqqala vilayətində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb. İyirmi nəfər isə yaralı olaraq xəstəxanalara yerləşdirilib. SİA xəbər verir ki, hadisə ilə bağlı Çanaqqala valisi Ömer Toraman açıqlama verib. Bildirilib ki, qəza nəticəsində ölənlərdən biri yük maşınının sürücüsüdür. Avtobusda ümumilikdə 25 nəfər olub. Onlardan beşi hadisə yerində, üçü isə xəstəxanada həyatını itirib. 20 nəfərin müalicəsi davam edir, onlardan bəzilərinin vəziyyəti ağırdır. Türkiyədə daha bir qəza İstanbulda baş verib. Şəhərin Beylikdüzü rayonunda iki “metrobus” toqquşub. Hadisə zamanı bir nəfər həlak olub. 40 nəfər…

Daha çox

ABŞ Ukraynaya irimiqyaslı silah tədarükünü təsdiqlədi

ABŞ administrasiyası Ukraynaya irimiqyaslı silah paketinin təhvil verilməsinə icazə verib. SİA xəbər verir ki, bu barədə “The New York Times” rəsmi mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, buraya HIMARS və MARS II sistemləri üçün 125 uzaqmənzilli artilleriya raketi, həmçinin Patriot hava hücumundan müdafiə sistemləri üçün 100 tutucu raket daxildir. Zenit raketləri Almaniyadan tədarük ediləcək. Bu qərar əvvəlki tədarüklərlə bağlıdır – Ukrayna bundan əvvəl İsraildə saxlanılan 90-a yaxın Patriot raketi almışdı. Hərbi yardımın yeni tranşı Qərb müttəfiqlərinin Ukraynaya davamlı dəstəyini nümayiş etdirir.

Daha çox

Britaniya Ukraynaya “Raven” sistemlərini göndərir

Böyük Britaniya Ukraynaya “Raven” hava hücumundan müdafiə sisteminin ən son modelini göndərəcək. SİA xəbər verir ki, bu barədə Britaniya Dəniz Piyadalarının polkovniki Olli Todd məlumat verib. Tədarükün yaxın həftələrdə baş tutacağı bildirilib. Qeyd olunub ki, sözügedən sistemlərdən Ukrayna Prezidenti Vladimir Zelenskinin iqamətgahının qorunması üçün istifadə olunub.

Daha çox

Sovet planetlərarası stansiya Yerə düşüb…

…Sovet avtomatik planetlərarası stansiyası (AMS) “Kosmos-482” Hind okeanına düşüb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə “Roskosmos”un mətbuat xidməti məlumat yayıb. …“TsNIIMash” ASC-nin mütəxəssislərinin hesablamalarına görə, qurğu Orta Andaman adasından 560 kilometr qərbdə atmosferin sıx təbəqələrinə daxil olub və Cakartanın qərbində Hind okeanına düşüb. Delft Universitetinin elmi işçisi Marko Lanqbroekin hesablamalarına görə, istismardan çıxarılan Sovet Avtomatik Planetlərarası Stansiyasının (AİS) “Kosmos-482” fraqmentləri mayın 9-dan sonra Yerə çırpılacaqdı. Mütəxəssis AMS-in mayın 10-u Yer atmosferinin sıx təbəqələrinə daxil olacağını gözləyirdi. Qeyd edək ki, “Kosmos-482” AMS “Venera-8” stansiyasının ehtiyat nüsxəsidir. Qurğu 1972-ci…

Daha çox

“Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm də…”

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı səsləndirib. “Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli…

Daha çox

Danimarka məktəb qiymətlərini tamamilə ləğv etməyi planlaşdırır

Danimarkada ənənəvi qiymətləndirməni tamamilə ləğv etmək planları ilə birlikdə məktəb qiymətləndirmə sisteminə əsaslı dəyişiklik müzakirə edilir. Bu addım təhsil dairələrində və valideynlər arasında səs-küyə səbəb olub, çünki hesab olunur ki, qiymətlərin aradan qaldırılması uşaqlar üçün stressi azaltmağa və daha əlverişli öyrənmə mühiti yaratmağa kömək edəcək. Avropalı ekspertlər qeyd edirlər ki, yeni model formal ballara deyil, tələbələrin fərdi bacarıqlarının, motivasiyasının və yaradıcılığının inkişafına diqqət yetirməlidir. Eyni zamanda, tənqidçilər qiymətləndirmə sisteminin tamamilə ləğv edilməsinin öyrənmə motivasiyasını pisləşdirə və öyrənmə prosesini daha az strukturlaşdıra biləcəyindən qorxurlar. Ölkənin təhsil nazirinin müavini vurğulayıb ki, islahatlar…

Daha çox